Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konfor
Konfor (fr. Confort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01114. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 90 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 525 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 301 nəfər arasında 234 nəfər iqtisadi cəhətdən aktiv, 67 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 77,7, 1999-cu ildə 76,2% idi). 234 aktiv sakindən 211 nəfər işləyirdi (112 kişi və 99 qadın), 23 işsiz (10 kişi və 13 qadın) var.
Ofort
Ofort (fr. eau-forte — azot turşusu, hərfən – “dayanaqlı su”), həmçinin akvafort (it. acquaforte) — müxtəlif metal oyma, səthin turşularla qarışdığı görüntü yaratmaq zamanı çap formalarından ("lövhələr") izlər almağa imkan verən dəzgah qravür çap üsulu. XVI əsrin əvvəllərindən bəri məlumdur. Albrext Dürer, Jak Kallo, Rembrandt və başqaları ofort texnikasından istifadə ediblər. == Tarixi == Texnikanın uzaq XVI əsrdə populyar olmasına baxmayaraq, günümüzdə rəssamlar bu sənətdən özünü ifadə etmə üsulu kimi istifadə edirlər. Ofort – dərin çapın klişesinin hazırlanması və ya qravür variantlarından biridir. Eyni zamanda rəssamların emalatxanalarında ən çox istifadə olunan çap formalarındandır. Bu cür şəkillərin yaradılma texnologiyası olduqca çətindir. Əsas məsələ gələcək (istifadə olunacaq) lövhə üçün əsasın düzgün yaradılmasıdır.
Achillea conferta
Achillea conferta (lat. Achillea conferta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Ageratina contorta
Ageratina contorta (lat. Ageratina contorta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aristolochia contorta
Sucaqlıq zəravəndi (lat. Aristolochia contorta) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Baccharis conferta
Baccharis conferta (lat. Baccharis conferta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia conferta
Banksia conferta (lat. Banksia conferta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Calliandra conferta
Calliandra conferta (lat. Calliandra conferta) — paxlakimilər fəsiləsinin kalliandra cinsinə aid bitki növü.
Con Kornfort
Con Kornfort(ing. Sir John Warcup 'Kappa' Cornforth; 7 sentyabr 1917[…], Sidney – 8 dekabr 2013[…], Brayton, Cənub-Şərqi İngiltərə[d]) — Avstraliya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1975). == Həyatı == Con Kornfort 1917-ci ilin sentyabrın 7-də Avstraliyada Sidney şəhərində anadan olmuşdur. Sidney və Oksford (1939-cu ildən) universitetlərində oxumuşdur. İkinci Dünya müharibəsi zamanı R. Robinsonun rəhbərliyi ilə penisillinin quruluşunu aydınlaşdırmaq üzrə İngilis-Amerika proqramında iştirak etmişdir. 1946–1962-ci illərdə tibbi tədqiqatlar üzrə şurada (Böyük Britaniya) işləmiş, 1962–1975-ci illərdə "Şell" firmasının kimyəvi enzimologiya laboratoriyasının direktoru, 1975-ci ildən Sussek Universitetinin professoru olmuşdur. Əsas elmi işləri stereokimya və bioüzvi kimyaya aiddir. 1951-ci ildə qeyri aromatik steroidin ilk total sintezini həyata keçirmişdir. Xoles terinin biosintezinin mexanizmini aydın laşdırmışdır. Bu işin gedişində "nişanlanmış sələf" üsulunun inkişafına fundamental xidmət göstərmişdir.
Euseius consors
Euseius consors (lat. Euseius consors) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hermione contorta
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral-konsort

Kraliça-konsort

Mahonia conferta
Mahonia conferta (lat. Mahonia conferta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.
Mikania conferta
Mikania conferta (lat. Mikania conferta) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. == Həyatı == 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Persea conferta
Persea conferta (lat. Persea conferta) — dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü.
Pinus contorta
'Şimali Amerika nın qərb hissəsində, Sakit okean sahillərində, Alyaska dan Meksika ya qədər qayalıq dağlarda, dəniz səviyyəsindən 3500 m hündürlüyə qədər böyük sahələri əhatə edir. Hündürlüyü 50 m-dək olan kol və ya ağacdır. Gövdəsi düz və ya əyilmiş, qalınlığı 90 sm-ə qədərdir. Çətiri genetik mənşəyindən asılı olaraq, müxtəlifdir; aşağı budaqları çox vaxt tükcüklüdür, yuxarı budaqları isə şaxələnmiş və ya yuxarı qalxandır. Qabığı boz, qırmızı və ya qonur rəngli, şırımlıdır. Budaqları nazik, çox köbəli, narıncı və ya qırmızı-qonur, yaşlandıqda qonur rəngli olurlar. İynəyarpaqları iki dəstəyə yığılmış, şaxələnmiş və ya yuxarı istiqamətlənmiş, cod, tünd-yaşıl, uzunluğu 2-8 sm, qalınlığı 0,7-2 (3) mm, əyilmiş, yanlarında ağ məsaməli xətlər yaxçı görünür, kənarları xırda dişlidir; ucları küt və ya bizşəkillidir; qabığı 0,3-0,6 (-1) sm, həmişəlik bünövrəsi vardır. Yarpaqları ağacda 3-8 il qalır. Tumurcaqları ensiz və ya enli yumurtavarı, tünd-qırmızı qonur, uzunluğu 1,2 sm-ə qədər, bir az qatrandır. Erkək qozları elipsvari və ya silindrikdir, uzunluğu 5-15 sm olub, narıncı-qırmızı rənglidir.
Spiraea contorta
Qarağacyarpaq quşqonmaz (lat. Filipendula ulmaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Kökümsovluçoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. Iyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Avropanın əksər ərazilərində, Qərbi, Mərkəzi Sibirdə və Qafqaz. Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır. Pöhrəliklər şəklində rast gəlinir.
Thominx contorta
Thominx contorta (lat. Thominx contorta) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədənin kutikulası incə eninə zolaqlıdır.Basillyar lentlər yaxşı inkişaf etmişdir.Erkək:Bədənin uzunluğu 14,3-15,6 mm, Eni 0,05-0,07 mm-dir. Spikula incə,nazik olub,zəif görsənir. Freytas və Almeydaya (1935) görə uzunluğu 0,8-1,2 mm-ə çatır. Spikular balalıq yolu 0,9 mm uzunluğunda olan nazik tikanlarla örtülür. Spikulyar balalıq yolunun uzunluğu 0,30-0,52 mm-ə çatır. Arxa hissəsi bərk daralmış vəziyyətdədir.Cinsi bursa rudementar,kiçikdir və iki kiçik çıxıntıdan və kutikulyar qatdan ibarətdir. Dişi:Bədənin uzunluğu 28–32 mm-dir. Vulva dairə varidir,çıxıntılar olmur.Arxa hissəsi bərk daralmış vəziyyətdədir.
Şahzadə-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Dryandra conferta
Dryandra conferta (lat. Dryandra conferta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Bofort adası
Bofort adası — Ross dənizində yerləşən ada. Ross arxipelaqının şimal nöqtəsini təşkil edir. Ross adasında yerləşən Byord burnundan 21 km şimalda qərarlaşır. İlk dəfə 1841-ci ildə Ceyms Ross tərəfindən xəritəyə salınmışdır. Ada Bofort şkalasını hazırlayan Frensis Bofortun şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ada vulkanik məşhəllidir və bazaltdan ibarətdir. Yarımdairəvi formaya malik olaraq 18,4 km² sahəyə malikdir. Ən hündür nöqtəsi dənizçi Ceyms Pantonun şərəfinə adlandırılmış pikdir. Zirvənin hündürlüyü 771 metr təşkil edir. Yayda buzların əriməsi ilə su axarları meydana gəlir.
Bofort dənizi
Bofort dənizi (ing. Beaufort Sea, fr. mer de Beaufort) —Şimal Buzlu okeanın dənizi. == Coğrafiya == Dəniz şimal-qərbdə Yukon və Alyaska ərazilərin şimal sahiliylə həmsərhəddir. Bofort dənizini Kanada Arktik arxipelaqının qərb sahilini yuyur. Bofort dənizinin şimal-qərb sərhədi Barrau (Alyaska) burnundan Lends End burununa qədər hesab edilir. Şərqdə Banks adasıyla həmsərhəddir.. Dənizin sahəsi təxminən 476 000 km²-dir. Dəniz 1826-cı ildə qütb tədqiqatçısı Con Franklin və britaniya hidroqrafı və admiralı cənab Frensis Bofortun şərəfinə adlandırılmışdır.. Dənizə tökülən ən böyük çay Makkenzi çayıdır bundan başqa bu dəniziə çoxsaylı xırda çaylar tökülür.