Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dueyn Consonun filmoqrafiyası
Bu siyahı ABŞ aktyoru və prodüseri Dueyn Consonun yer alıdığı ekran işlərini və bu barədə məlumatları ehtiva edir. "The Rock" ləqəbi ilə də tanınan amerikalı aktyor Dueyn Consonun filmlərdə, teleseriallarda və video oyunlarda, bir sözlə mediada uzun müddətli karyerası var. Onun filmləri Şimali Amerikada 3,5 milyard dollardan çox, dünya üzrə isə 12,5 milyard dollardan çox gəlir əldə edərək Consonu bütün zamanların ən uğurlu və ən çox gəlir gətirən ulduzlarından birinə çevirib. Conson aktyorluq debütünü Mumiya qayıdır (2001) filmi ilə, baş rol debütünü isə Əqrəb kral (2002) filmi ilə etmişdir. Dueyn o vaxtdan bəri Amazon xəzinəsi (2003), Hündür yerimək (2004), Doom (2005), Cənub nağılları (2007), Oyun planı (2007), Ağıllı ol (2008), İfritə dağına yürüş (2009), Diş pərisi (2010), Səyahət 2: Sirli ada (2012), C.İ. Co: Qisas (2013), Qan-tər içində (2013), Herakl (2014), San-Andreas (2015), Mərkəzi kəşfiyyat (2016), Moana (2016), Rempeyc (2018), Göydələn (2018) və Cəngəllik kruizi (2021) kimi bir çox uğurlu filmlərdə rol almışdır. Consonun ən uğurlu kassa rolu Forsaj franşizasında Lyuk Hobbs olmuşdur. O, ilk dəfə Forsaj 5: Rio soyğunu (2011) filmində personaj kimi göründü və film seriyasını tarixdə ən çox gəlir gətirən film françayzlarından birinə çevirməyə kömək etdi. O, "Forsaj seriyası"nın davam filmləri olan Forsaj 6 (2013), Forsaj 7 (2015) və Forsaj 8 (2017) filmlərində rol almışdır. Personajın populyarlığı Forsaj: Hobbs və Şou (2019) adlı spin-off filminə səbəb oldu. Consonun baş rolda yer aldığı digər diqqətəlayiq filmlər seriyası Cumanci françayzıdır, belə ki, o, Cumanci: Cəngəlliyə xoş gəlmisiniz (2017) və davam filmi olan Cumanci: Növbəti mərhələ (2019) uğurlu filmlərində rol almışdır.