Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Craşen
Craşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Acacia caven
Vachellia caven (lat. Vachellia caven) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == Acacia cavenia (Molina) Hook. & Arn.
Mimosa caven
Vachellia caven (lat. Vachellia caven) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == Acacia cavenia (Molina) Hook. & Arn.
Raven Aleksis
Raven Aleksis və ya Reyven Aleksis (26 yanvar 1987 – 23 mart 2022, Las-Veqas, Nevada) — ABŞ pornoaktrisası. == Həyatı == Reyven Aleksis 26 yanvar 1987-ci il tarixində doğulub. İlk karyerasına 2007-ci ildə modelliklə başlayıb. Reyven Aleksis 2009-cu ildə şəxsi studiyası olan "Raven Alexis Productions" ilə "Digital Playground" arasında müqavilə imzalayıb və bu studiya ilə 2010-cu ilin axırına kimi işləyib. 2010-cu ildən sonra parodiya janrlı pornoqrafik filmlərdə çəkilib. 8 iyul 2011-ci il tarixindən etibarən porno karyerasına xərçəng xəstəliyi səbəbindən son qoyur və bu xəstəliyi ilə mübarizə aparmağa başlayır. Reyven Aleksis Kaliforniyada iki övladı ilə yaşayırdı.
Vachellia caven
Vachellia caven (lat. Vachellia caven) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Sinonimləri == Acacia cavenia (Molina) Hook. & Arn.
Clavena
Şeytanqanqalı (lat. Carduus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Clavena DC. Clomium Adans.
Flaven
Flaven (fr. Flavin, oks. Flavinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12102. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 8 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1413 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1094 nəfər İqtisadi cəhətdən fəal, 319 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 75.3%).
Qrafen
Qrafen — karbonun çoxatomlu təbəqəsi. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, qrafenin tezliklə elektronika sənayesində geniş tətbiqinə başlanacaq. Rus alimləri Konstantin Novselov və Andrey Qeym qrafen yaradılması üçün apardıqları elmi işlərinə görə 2010-cu ildə Fizika sahəsində Nobel mükafatına layiq görülüblər. == Sintez == Karbonun təbii allotrop modifikasiyası olan qrafitin izole olunmuş təbəqəsi qrafen adlanır. Qrafit qədim zamanlardan məlum olsa da və müxtəlif məqsədlərlə çox geniş istifadə olunsa da, bu mineralı təşkil edən təbəqələri bir-birindən ayırmaq yalnız son illərdə mümkün olmuşdur. İlk dəfə 2004-cü ildə K. S. Novoselov və A. K. Geim mexaniki üsulla qrafen təbəqəsini qrafitdən ayırmağa müvəffəq olmuş və onun elektrik və optiki xassələrini tədqiq etmişlər.
Gramen
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.
Cavea
Cavea (lat. Cavea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm.
Crvej
Crvej — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cevriş formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir. Ermənicə bu kənd hal-hazırda "Crvej" adlanır, və kəndin adının mənasının erməni dilində "şəlalə" olduğu bildirilir. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1929-cu illərdə İran və Türkiyədən köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1873-cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdular. İndi burada ermənilər yaşayır.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Rayen
Rayen — İranın Kirman ostanının Kirman şəhristanının Rayen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,623 nəfər və 2,405 ailədən ibarət idi.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Eravan şəlaləsi
Eravan (tay. น้ำตกเอราวัณ, oxu. "namtok eravan") — Tailandda şəlalə. Ölkənin Kançanaburi bölgəsində, Eravan Milli Parkı (tay. อุทยานแห่งชาติเอราวัณ) ərazisində yerləşir. Kaskad tipli şəlalə 7 piildən ibarətdir. Kaskadların ümumi hündürlüyü 831 metrdir. Şəlalə Monqlay və Omtala çayları hövzəsində yerləşir. == Ümumi məlumat == Eravan şəlaləsi Kançanaburi şəhərinin (tay. กาญจนบุรี), 65 km-də yerləşir.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².
Qraben sinekliz
Qraben sinekliz (rus. грабен-синеклиза, ing. graben-syneclise) — sinklinal tipli uzunsov platforma strukturu. Böyüklüyünə görə qonşu antiklinal strukturlara nisbətən qırılmalar boyu düşmüş sineklizlə müqayisə edilə bilər. Q.-s. uzunluğu 500–1000 km, eni isə bir neçə 10 km-ə (bəzən 100–150 km) çatır.
Qravon çayı
Qravon çayı - Korsika adasında yerləşən Fransa çayıdır. == Coğrafiyası == Çayın uzunluğu 46 km, hövzəsinin sahəsi isə 298 km²-dir. Çay öz mənbəyini Monte Renoso dağından götürür. Çayın hündürlüyü dəniz səviyyəsindən 1700 m-dir. Çay sonrada cənub-qərb istiqamətində axır. Mənsəbi isə Aralıq dənizidir. == İqlimi == Çay qışda axım sürəti dekabrdan marta kimi maksimum həddə çatır. Ən aşağı səviyyəsi isə yay aylarında müşahidə edilir.
Heaven Knows
Heaven Knows — ingiltərəli musiqiçi PinkPantheress-in ilk albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albom "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə) mahnılarını ehtiva edir. == Haqqında == PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində müxtəlif musiqi növlərini sınamaq istədiyini və ilk albomunu bu il buraxmağı planlaşdırdığını dedi. O, "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğurundan sonra oktyabrın 12-də albom çıxaracağını elan etdi. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu dilə gətirib.
Rave
Reyv (ing. to rave — "coşmaq", "cinlənmək, "sərsəmləmək") — elektron rəqs musiqisinin daimi səsləndirilməsini təmin edən diceylərin iştirakı ilə təşkil olunmuş diskoteka. Reyv diskotekaları üçün yerlər gecə klubları, açıq festivallar və ya digər ictimai yerlər ola bilər. Xüsusi təyin edilmiş yerlərə əlavə olaraq, onlar çox sayda iştirakçının yerləşdiyi səhra ərazilərində, məsələn, keçmiş fabriklərin, anqarların, anbarların və digər sənaye sahələrinin ərazisində keçirilə bilər. Danışıq dilində "reyv" bu cür tədbirlərdə ifa olunan faktiki elektron rəqs musiqisinin sinonimi kimi də istifadə olunur (əvvəlcə diskoteka mənasını verən "disko" kimi). 2015-ci ildə aparılan bir araşdırmaya görə, amerikalı reyv həvəskarlarının 35,5 faizi marixuanadan başqa narkotiklərdən, o cümlədən MDMA-dan istifadə edirlər. == Həmçinin bax == Klabbinq (altmədəniyyət) == İstinadlar == == Əlavə ədəbiyyat == Олег Азелицкий, Кирилл Иванов, Илья Стогов. Рейв. Шесть поколений. СПб.: ТИД Амфора.
Brave (brauzer)
Brave — Chromium brauzeri koduna əsaslanan Brave şirkəti tərəfindən hazırlanmış pulsuz və açıq mənbəli veb brauzerdir. Bir çox digər brauzerlər də Chromium koduna əsaslanır,Microsoft Edge və Opera bunlardan bir neçəsidir. Reklamları və veb sayt izləyicilərini bloklamağı ilə fərqlənir. 2019-cu ildən etibarən Brave Windows, macOS, Linux, Android və iOS üçün buraxılıb. Hazırkı versiyada partnyoru DuckDuckGo da daxil olmaqla bir qayda olaraq beş axtarış motoru mövcuddur.
Bəxtsiz cavan
Bəxtsiz cavan — Ə. Haqverdiyev “Bəxtsiz cavan” pyеsini 1900-cü ildə Şuşada yazmışdır. Pyеs еlə həmin ildə tamaşaya qоyulmuşdur. == Əsərin mövzusu == XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür. “Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır. Ədib qismən öz həyatının təsvir еtdiyi “Bəxtsiz cavan” pyеsində gənc Fərhadı özünə оxşatmağa çalışmışdır. Bu, təbii bir haldır.
Cavan ulduzlar
Cavan ulduzlar dedikdə ulduz təkammülünün başlanğıc mərhələsində olan ulduzlar başa düşülür. Bu sinfə iki qrup obyektlər daxildir: protoulduz və ilkin baş ardıcıllıq ulduzları. Astronomlar , çox qədim bir elliptik qalaktikanın ətrafında yerləşən bir sıra cavan ulduz topası aşkar etdilər - bu kəşf qədim qalaktikaların yalnız qədim ulduzlardan ibarət olması fikrini təkzib etdi. Araşdırma qrupu, Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'u istifadə edərək, NGC 4365 qalaktikasının seria halında görünüşlərini aldılar, aparılan bu müşahidələr nəticəsində məlum oldu ki, bu qalaktikanın əksər ulduzlarının yaşı12 milyard və daha böyükdür, bu baxmayaraq bu qalaktikada bir-neçə milyard yaşa malik ulduzlarda var. Bu qalaktikanın belə bir gənc və yaşlı ulduz komleksinə malik olmasının səbəbi hələdə naməlumdur. NASA / ESA Habbl Kosmos Teleskopu və ESO Çox Böyük Teleskop'tan (VLT) əldə edilən məlumatları birləşdirən bir qrup avropalı və amerikalı astronomlar, böyük bir kəşf etdi. Köhnə bir eliptik qalaktikada çox sayda 'gənc' ulduz təsbit etdilər. İlk dəfə, qalaktikada bu qədər köhnə olan bir neçə ulduz meydana gəlmə dövrünü müəyyənləşdirmək mümkün olmuşdur. Eliptik qalaktikaların hər zaman bir ulduz meydana gəlmə dövründən keçdiyi və daha sonra ulduz meydana gəlməsindən məhrum olduğu düşünülmüşdür. Bununla birlikdə, ən yaxşı və ən böyük teleskoplardan kosmosda və yerdə bir araya gətirilməsi, artıq gözlə görülemədən daha çox olduğunu açıqca göstərmişdir.[1] == Spektral enerji parlanmasına əsasən təsnifat == Ulduzun formalaşması kosmik maddənin protoulduz diskinin və ya örtüyünün altında cəmləşməsi nəticəsində baş verir.
Ravənd
Rheum rhabarbarum (lat. Rheum rhabarbarum) — qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü.
Caravə
Caravə — xristianlığı qəbul etmiş köçəri bəbrər zənata qəbilə konfederasiyası idi. Onlar VII əsrdən əvvəl və həmin əsrdə Afrikanın şimal-qərbində hökmranlıq edirdi. Kraliça Dihyənin rəhbərliyi altında qəbilə VII əsrin sonlarında Əməvilərin işğalına qarşı bərbər müqavimətinə rəhbərlik etmişdir.
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Çavan
Çəvan (Marağa)
He Çjiven
He Xiven (31 yanvar 1962) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == He Xiven İspaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra He Xiven İspaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. He Xiven İspaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra He Xiven İspaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.