QOZBEL
QRADİYENT
OBASTAN VİKİ
Qraben sinekliz
Qraben sinekliz-(rus. грабен-синеклиза, ing. graben-syneclise) sinklinal tipli uzunsov platforma strukturu. Böyüklüyünə görə qonşu antiklinal strukturlara nisbətən qırılmalar boyu düşmüş sineklizlə müqayisə edilə bilər. Q.-s. uzunluğu 500–1000 km, eni isə bir neçə 10 km-ə (bəzən 100–150 km) çatır.
Böyük Afrika qrabeni
Böyük Afrika çatı və ya qrabeni adı adını almış bu ərazi Afrika materikinin şərq hissəsində yerləşir. Belə ki, yer səthində şaquli və üfiqi hərəkətlər nəticəsində düşmə və qalxmalar müşahidə edilir. Bu düşmələr yəni qrabenlər, qalxmalar isə horstlar adlanır. Onların uzunluğu yüzlərlə km olub, yer səthinin aralanma zonalarında müşahidə edilir. Dünyanın ən iri sınma zolağı demək olar ki, Afrika materikindədir. Burada bu intensivliklə düşmə və qalxma prosesləri davam edərsə demək olar ki, Afrika materikinin yeganə iri yarımadası olan Somali yarımadası materikdən ayrılacagdır. Təbii ki, bu proses uzun bir vaxt tələb edəcək. Bildiyimiz ki, qrabenlərdə dünyanın ən dərin gölləri yerləşir. Bunlara misal olaraq ele, Afrika materiki daxilində Tanqanika, Nyasa və Rudolf göllərini deyə bilərik. Həmçinin Avrasiya materikindəki, Baykal və Urmiya gölləri də qraben mənşəli göllərdirlər.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik(rus. грабенообразный прогиб, ing. graben-like depression)- uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.

Значение слова в других словарях

...но́гий буржу́йчик называ́ться нало́бник предрешённость расхомута́ть троцки́стский воротни́к граби́тельски ла́рго ма́ло ли что мостоотря́д обнища́ть передра́зниваться поба́лтывать свитеро́к шу́ры-му́ры emphasis Gaelic salep typewriting vertebrata waggonette афера латиница