Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Düzləndirici
Düzləndirici — elektrik enerjisinin çeviricisi; dəyişən cərəyanı sabit cərəyana çevirmək üçün nəzərdə tutulmuş mexaniki, elektrovakuum, yarımkeçirici və ya digər cihazdır. Əksər düzləndiricilər sabit deyil, pulsasiya edən cərəyan yaradır; dalğaları hamarlamaq üçün filtrlər istifadə olunur. Əks funksiyanı yerinə yetirən cihaz — sabit cərəyanı dəyişən cərəyana çevirən — invertor adlanır.
İdarəolunan silikon düzləndirici
idarəolunan silikon düzləndirici (SCR) 1. (silicon controlled rectifier, кремниевый управляемый выпрямитель, silikon kontrollü doğrultucu)-sabit cərəyan üçün bloklayıcı açar kimi fəaliyyət göstərən elektron komponent.2. Ekran qoruyucusu (SCREEN SAVER) fayllarının uzantısı. Windows əməliyyat sistemində . SCR faylı . EXE faylı kimidir, sadəcə, o, ekran qoruyucusu kimi quraşdırıla bilər; hesab edilir ki, o, ekranda qrafika əks etdirəcək. İnsanların aldanaraq ziyanverici proqramları başlatmaları üçün belə bir praktika geniş yayılıb: həmin proqramlara . EXE uzantısı deyil (çünki bu faylları hamı tanıyır), . SCR uzantısı verilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,750 s.
Elektron gücləndirici
Elektron gücləndirici siqnalın gücünü artıran elektron qurğudur. Gücləndirici qida mənbəyinin enerjisini sərf etməklə, girişdə olan az güclü siqnalı çıxışda tələb olunan gücə malik siqnala çevirir. İstənilən gücləndirici çıxış siqnalını gücə görə gücləndirir. Belə ki, gücləndirici elektrik qidalandırma blokunun çıxışını modullaşdırır. Elektron gücləndiricinin 4 əsas tipi var: Gərginlik gücləndiricisi Cərəyan gücləndiricisi Transkonduktans gücləndirici Transresistans gücləndirici Gücləndiricilər siqnal zəncirində fiziki yerləşməsinə görə də kateqoriyalara bölünə bilər.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.