Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Damcılı
Damcılı (Göygöl) — Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Damcılı (Qırxbulaq) — Qırxbulaq mahalında köhnə kənd. Damcılı (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. Damcılı mağarası — Qazax rayonunda yerləşən mağara.
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. == Əhalisi == Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Damcılı (Göygöl)
Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nun Qızılca i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.
Damcılı bulağı
Damcılı bulağı — Azərbaycanın Qazax ərazisində bulaq. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Ümumi hündürlüyü min metrə çatan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı təbii ovucda yığılaraq bulaq olur. Məşhur Azərbaycan şairi Səməd Vurğun Damcılını dünyanın 8-ci, Azərbaycanın 1-ci möcüzəsi adlandırıb. Bura Qazax rayonun əsas istirahət yeri, turizm mərkəzidir. Yay mövsümündə Qazax əhalisi sərinləmək üçün buraya üz tutur. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdə yerləşir.
Damcılı mağarası
Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər.
Dirili Qurbani
Aşıq Qurbani (az.-əbcəd آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qurbani 15–16-cı əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O, bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir. == Kitablar == Qurbani.
Dirili Surxay
Dirili Surxay (1902-1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı оğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul оlub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yоllarda ayaq döyüb, qоyun-quzu оtarıb. Anası Tüкəzban xanım Hacı Abbasəli bəy qızının fiкri Surxayı mоlla, ruhani еtməк idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq еtdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Cəfərqulu xan Dünbili
Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu — Xoy xanı, Marağa bəylərbəyi, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilk şəxslərdən biri. == Atasının adı ilə bağlı mübahisələr == Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır. == Həyatı == Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi.
Hüseynqulu xan Dünbili
Hüseynqulu xan Əhməd xan oğlu Dünbili (?-1798) — Xoy xanlığının hakimi. == Həyatı == Hüseynqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Cəsarət və şücaətdə məşhur olan qardaşı Cəfərqulu xan qısa bir müddətdə böyük qoşun toplayaraq qisas almaq və xanlığı xilas etmək üçün müharibəyə girişdi. Cəfərqulu xana Marağalı Əhməd xan, Urmiyəli Məhəmmdəqulu xan (Əhməd xanın kürəkəni) yardım edirdilər. Gürcü çarı II İrakli dünbülü tayfasının hörmətini qazanmaq və Xoy xanlığı ilə Gürcü çarlığı arasındakı münasibətləri nizama salmaq məqsədi ilə Cəfərqulu xanın sərəncamına (1786-cı ildə) 800 nəfər məharətli döyüşçü göndərdi. Qonşu xanlıqların və gürcü çarının yardımı ilə Cəfərqulu xan qısa bir vaxtda düşmənləri cəzalandırdı və həbsdən azad etdiyi böyük qardaşı Hüseynqulu xanı Xoy xanlığının taxtına oturtdu.
Kazım bəy Dünbili
Kazım bəy Əhməd xan oğlu Dünbili (?-?) — Xoy xanlığının sərkərdəsi, qalabəyi. == Həyatı == Kazım bəy Əhməd xan oğlu Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Kazım bəy atası Əhməd xan 1786-cı ildə öldürüləndən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O, İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi. Kazım bəy qardaşı Hüseynqulu xan Dünbilinin dövründə Xoy qalasının qalabəyisi olmuşdu. == Ailəsi == Kazım bəyin Əsədulla xan, Qasım xan, Əli xan adlı oğlanları vardı.
Kəlbəli xan Dünbili
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.
Mahmud xan Dünbili
Mahmud xan Məhəmməd bəy oğlu Dünbili (1772-?) — Xoyun hakimi, ədib. == Həyatı == Mahmud xan Məhəmməd bəy oğlu 1772-ci ildə Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. "Nigaristani-Dara" əsərində yazılır ki, o, elmdə, ədəbiyyatda bilikli və istedadlı şəxsiyyətlərdən olmuşdur. O, ilkin təhsil aldıqdan sonra fəlsəfə, tibb və tarix elmlərini öyrənmiş, şeir, ədəbiyyat və digər fənlərdə tay-tuşlarından üstün olmuşdur. "Təzkireyi-dilguşə" əsərində qeyd olunur ki, Mahmud xan ata-babası kimibir müddət Xoy və Səlmas şəhərlərinin hakimi olmuşdu. Sonra şah sarayında eşikağasıbaşı vəzifəsində qulluq etmişdi. Mirzə Məhəmmədəli xan Tərbiyyət onu Şahbaz xanın nəvəsi hesab edir.
Məhəmməd bəy Dünbili
Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan ədəbiyyatşünası, ədibi. == Həyatı == Məhəmməd bəy Əbdürrəzzaq bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ədəbiyyatşünas idi. Məhəmmədəli xan Tərbiyyət yazır: "O,ədib, ədəbiyyatşünas idi. Qurana ərəb dilində geniş izahat yazmışdır" == Ailəsi == Məhəmməd bəyin Əli bəy adlı oğlu vardı.
Nəcəfqulu xan Dünbili
Nəcəfqulu хаn Şahbaz bəy oğlu Dünbili (Xoy, Qərbi Azərbaycan ostanı – 1784, Təbriz) — Təbriz hakimi. == Həyatı == Nəcəfqulu хаn Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi. Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonar ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdi. Bundan əlavə,Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı. Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib. == Ailəsi == Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015.
Toppuz dimdikli ördək
Toppuz dimdikli ördək (lat. Sarkidiornis melanotos) — Çütləşmə mövsümündə xüsusilə nəzərə çarpan toppuzabənzər üst dimdiyi səbəbiylə adını alan ördəklər fəsiləsinə daxil olan quş növü. Cənubi və Cənub-Şərqi Asiya, Afrika və Cənubi Amerikanın tropiklərində yaşayır. Sarkidiornis cinsinin yeganə növüdür. == Təsviri == Tipik bir ördəkdən daha çox bir qaz kimi görünür. Bədən uzunluğu 56–76 sm, çəkisi 1230–2610 q təşkil edir. Erkəklər dişilərdən bir qayda olaraq daha böyük görünür. Baş və boyun ağımtıl rəngdə olsa da qara ləkələrə sahibdir. Bəzən bu ləkələr o qədər çox olur ki, erkəklərin başları bütünlüklə qara rəngə çalır. Dişilər erkəklərə nisbətdə daha kiçik pipiyə sahib olurlar.
Xudadad xan Dünbili
Xudadad xan Nəcəfqulu хаn oğlu Dünbili (1785-1787) — Təbriz hakimi. == Həyatı == Xudadad xan Nəcəfqulu xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təlim-tərbiyəsi almışdı. Xudadad xan 1784-cü ildə atasından sonra xanlıq taxtına əyləşdi. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkdi. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. == Həyatı == Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. == Hakimiyyəti == == Ailəsi == Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Əbdürrəzaq bəy Dünbili
Dünbüli Əbdürrəzaq bəy Nəcəfqulu xan oğlu (1762/63, Xoy ş. 1827/28, Təbriz) — Azərbaycan və İran tarixçisi, təzkirəçi, şair. == Həyatı və yaradıcılığı == Xoy bölgəsində yaşamış məşhur dünbililər nəslindəndir. Atası Təbriz bəylərbəyisi olmuşdur. 10 yaşın da ikən icti mai-siyasi səbəblər üzündən girov kimi Şiraza göndərilmiş, 14 il Şirazda ev dustağı, bir müddət isə İsfahanda qalmış, Ağa Mə həmməd şah Qacar İsfahanı tutduqdan sonra (1785) başqa azərbaycanlı girovlarla birlikdə vətənə qayıtmışdır. Mükəmməl təhsil almış, bir müddət vəliəhd Abbas mirzə Qovanlı-Qacarın yanında xidmət etsə də, əsasən, elmi-ədəbi fəaliyyətlə məşğul olmuşdur. Ərəb və fars dillərində yazmışdır. Avtobioqrafik səciyyəli "Hədaiq ül-cinan" ("Cənnət bağları") əsərində həyatının Şiraz dövrünü, şirazlı alim və şair müasirlərinin həyat və yaradıcılığını işıqlandırmışdır. "Hədiqə" ("Bağ"), "Rövzət ül-adab və cənnətül-əbvab" ("Ədəb bağçası və qəlb cənnəti", 1809), "Həqayiq ül-ənvar" ("Nurun həqiqəti", 1814), "Hədaiq ül-üdəba" ("Ədiblər bağı", 1816), "Nigaristani-Dara" ("Dara sərgisi", 1825) təzkirələrində klassik və müasir ərəb, fars və Azərbaycanlı şairlərinin, o cümlədən Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Əbülüla Gəncəvi, Mücirəddin Beyləqani və başqalarının həyat və yaradıcılığından danışılır. Fətəli şah dövründən bəhs edən "Məasiri-sultaniyyə" ("Sultan abidələri", 1826-cı ildə Təbriz də nəşr edilmişdir), "Camei-xaqani" ("Şahlığın mükəmməl tarixi"), Dünbülilər sülaləsinin tarixi haqqında "Riyaz ül-cənnə" ("Cənnət bağları"), "Məftun" təxəllüsü ilə yazdığı mənzum və mənsur bədii yaradıcılıq nümunələrinin bir hissəsinin toplandığı "Təcrübət ül-əhrar və təsliyyət ül-əbrar" ("Nəcabətlilər üçün təcrübə və müqəddəslər üçün təsəlli", 1813) əsərləri, qəzəl və qəsidələrdən ibarət "Divan"ı, "Naz və Niyaz", "Hümayün-namə", "Səlim və Səlfi" məsnəviləri var.
Əbuturab xan Dünbili
Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili (?-1846) — Xoy xanlığı və Şəki xanlığının sərkərdəsi. == Həyatı == Əbuturab xan Cəfərqulu xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Anası Şərəfnisə bəyimdir. Evin dördüncü övladı idi. Saray təhsili almışdı. Əzət bəyim ləqəbiylə tanınan İzzət bəyim İbrahimxəlil xan qızı ilə ailə qurandan sonra Şuşa şəhərinə köçmüşdü. == Ailəsi == Əbuturab xan Dünbili Əzət bəyim İbrahimxəlil xan qızı Cavanşirlə ailə qurmuşdu. Övladları: Bəyim xanım - 1824-cü ildə anadan olmuşdur və Süleyman ağa Ziyadxanlının həyat yoldaşıdır. Ata xan - 1827-də doğulub. Şuşa Uyezdinin Cavanşir mahalnda anası Əzətbəydən miras qalan Sarob, Qaraqədəm və Xasılı sarayları vardı.
Əhməd xan Dünbili
Əhməd xan Mürtəzaqulu xan oğlu Dünbili (1745-1786) — Xoy xanlığının hakimi (1763-1786). == Həyatı == Dünbili tayfası tamamiylə türkləşmiş Kürd əsilli tayfadır. Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü. == Hakimiyyəti == Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi. Rusiya dövləti xanlığın artan nüfuzundan Türkiyənin istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi. Lakin rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Türkiyəyə meyl edirdi. Hətta Türkiyə dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi.
Əli bəy Dünbili
Əli bəy Məhəmməd bəy oğlu Dünbili (?-?) — XIX əsr Azərbaycan şairi, tərcüməçisi. == Həyatı == Əli bəy Məhəmməd bəy oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Tehran Universitetinə qəbul olunmuşdu. Şair idi. Qərib təxəllüsü ilə ruhsar şeirlər yazırdı. Məhəmmədəli xan Tərbiyyət yazır: "Qərib Tehran Darülfünunun şagirdlərindən olmuş, piyada hərbi məktəbi bitirdikdən sonra hicri qəməri 1275 (1858) ci ildə oxumaq üçün Avropaya göndərilən tələbələr arasında Həsənəli xan Əmir-Nizamla birlikdə Parisə getmiş, orda təhsilini təkmilləşdirib, İrana qayıtmışdır.O, Avropa ölkələrinin ictimai vəziyyəti, inkişafı və hərbi təşkilatı haqqında tədqiqat apararaq, bir kitab yazmışdır. Qərib İngiltərə və Fransa dövlətlərinin Çin dövləti ilə müharibəsi haqqında bir kitabı fransız dilindən fars dilinə tərcümə etmişdir.
Əmiraslan xan Dünbili
Əmiraslan xan Əhməd xan oğlu Dünbili (?-1838) — Xoy xanlığının sərkərdəsi, hakim, vali. == Həyatı == Əmiraslan xan Dünbili əmirlərindən Əmir Əhməd xanın oğludur. Təbriz hakimi olan Əmiraslan xan, İran hökumətinin vəliəhdi Abbas mirzə Qovanlı-Qacarın yaxınlarından idi. H.l 240 (M. 1824)-cı ildə Xoy hakimi oldu. Məhəmməd şah Qacar zamanında Xəmsə və Zəncan valisi vəzifəsində xidmət edirdi. Daha sonra Qaradağ naibliyi vəzifəzinə təyin edildi. Fəzilətli bir şəxsiyyətə sahib olan Əmiraslan xan, hədis sahəsində yetkin bir alim idi. Ömrünün son zamanlarında sofulann yoluna girdi. İran şahı Osmanlı dövləti arasındaki savaşda Bayazidə hakim təyin edildi. Rus və Osmanlı hökmdarlannm yanında sayğın bir yer almışdı.