Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vərəmum
Vərəmum – bitkilərin tumurcuglarının arılar tərəfindən toplanmış qatranabənzər müalicəvi məhsul. Tumurcuqlar bitkilərin yenicə doğulmuş, ən zərif və ətraf mühitə qarşı ən həssas hissəsidir. Müdafiə təbəqəsi tumurcuqları ətraf mühitin dəyişkənliklərindən, müxtəlif ziyanvericilərindən, istisindən, soyuğundan qorumaq məqsədi daşıyır,tumurcuq zədələndikdə isə onun bərpasında mühüm rol oynayir. Arılar vərəmumu toplayıb oz yuvalarının dəliklərini tutur, yuvaya düşmüş və ya daxil olmuş yad cisimləri bürüyürlər. Bu da vərəmumun xassələrini müəyyən edir: Çox güclü antibiotik, antivirus və antiseptik xassəyə malikdir. Çox güclü ağrıkəsicidir. Bu xassəsinə gorə vərəmum hatta kokaini üstələyir. Bərpaedici Büzücü antitokcik ümumi mohkəmləndirici iltihab əleyhinə ətirləndirici və c.xassələrə malikdir Bütün by xassələr bitkilərə tumurcuqlarını arılara isə özlərini və yuvalarınımüxtəlif xəstəliklərdən, zərərvericilərdən, ətraf mühitin əlverişsiz təsirlərindən qorumağa kömək edir. Vərəmum müxtəlif rənglərdə -tünd qonur sarımtıl-qonur, qırmızımtıl, sarımtıl-yaşıl, sarı, bozumtul-yaşıl və s. Vərəmumun rəngi onun botaniki mənşəyindən, yəni toplandığı bitkinin növutündən asılıdır Aran zonasının vərəmumu qırmızımtıl, qonur, qonur- sarı rənglərdə olyr və daha yüngül və daha bərkdir.
Dərətumb
Dərətumb — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Kəndin ərazisində X əsrdən əvvələ aid tarixi abidələr vardır. == Toponimi == 1727-ci ilə aid mənbədə "Tərətum" kimidir. Mənbədə qeyd olunur ki, bu kənddə adam yaşamır (yenə orada). XIX əsrin ortalarından sonra kəndin adı çəkilmir. Türk dillərində tara-"çayın ağzında şaxələnmə", "delta" və tumb-"təpə" sözlərindən ibarətdir. Erməni tədqiqatçıları tumb sözünü mənşəcə ermənicə sayırlar, halbuki Altay dillərinin hamısında bu söz vardır. Toponim Azərbaycan dilində "iki dağ və ya təpə arasında eləcə də düzənlikdə dərin çuxur", "çay yatağı, çayın axdığı yer" mənasında işlənən dərə sözü ilə türk dilində "təpə, dağ, zirvə" mənasında işlənən tumb sözünün birləşməsindən əmələ gəlmişdir. Tumb sözü həm də domba, tomba, tump formasında işlənir. Azərbaycan dilinin Zəngilan şivəsində domba sözü coğrafi termin kimi "dağ üzərində günbəzvan xırda təpəcik" mənasında işlənir.
Dərəşam
Dərəşam nahiyəsi —
Ərəmus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Birinci Dərəşam
Birinci Dərəşam — Babək rayonunda kənd. == Toponimi == Dərəşam toponiminin adı ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda Səkrəyin boyunda çəkilmişdir. Dərəşam kəndindən yaranmış kənd İkinci Dərəşam adlanır. Dərəşam toponimi Azərbaycan dilində dərə və şam sözlərindən ibarət olub, «işıqlı dərə» mənasındadır. «Şam» həm də çay sahillərindəki sıx qamışlığa da deyilir.
Dərəzəm (Urmiya)
Dərəzəm (fars. درزم‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (26 ailə).
Dərəşam dağı
Dərəşam dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Araz çayınin Nehrəm dərəsindədir. İki zirvədən ibarətdir. Dağın yamacları sıldırımdır, zirvələri isə konudvaridir. Cənub və cənub-qərb yamacları sıldırımlı iki konusvari zirvədən (hünd. 946,0 m və 948,0 m) ibarətdir. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşı və dolomitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir.
Dərəşam mağarası
Dərəşam mağarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqində, qayaların arasında arxeoloji abidə. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış əsasən birinci salonda olmuşdur. Lakin mağaranın daxilinə doğru uzanan ikinci, xüsusən üçüncü salon ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaqdır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə etməklə daşdan hörülmüş hündür divarla kəsil mişdir. Vaxtilə mağaranın təbii girişi olmuşdur. Lakin hazırda divarın bir qismi və girişi tamamilə dağılmışdır. Buradakı mədəni təbəqə əsasən mağaranın divar hörülmüş qabaq hissəsində olmuşdur. Toplanmış materiallara, bitki qalıqlarına əsaslanaraq demək olar ki, mədəni təbəqənin alt hissəsi gec çürüyən tikanlı bitkilərdən-gəvən və gəngiz dən ibarət olmuşdur. Divarla mağaranın arasındakı döşəməyə müxtəlif tullantılar və bitki çürüntüləri dolmuşdur.
Dərəşam nahiyəsi
== Tarixi == Dərəşam Culfa rayonu ərazisində, Araz çayının sol sahilində qədim yurd yeri, vaxtilə Naxçıvan sancağının inzibati ərazi bölgüsünə daxil olan nahiyə adıdır. Dərəşam nahiyəsi XVI əsrdə təşkil olunmuş, Nehrəm kəndindən Araz çayı boyunca indiki Gülüstan kəndi də (Culfa rayonu) daxil olmaqla böyük bir ərazini əhatə etmiş və nahiyənin mərkəzi Başkənd olmuşdur. Həmin dövrdə Dərəşam nahiyəsi “Dibkənd”, “Başkənd” və “Ortakənd” adlı yaşayış məntəqələrini, XVIII əsrdə isə Culqa kəndi də (Culfanın əvvəlki adı) daxil olmaqla, 4 kəndi (Başkənd, Dibkənd, Ortakənd və Culqa) əhatə etmişdir. 1840-cı ildə Dərəşam nahiyəsi ləğv edilmiş, nahiyəyə daxil olan Dibkənd, Başkənd və Ortakənd yaşayış məntəqələri dağılmış, tarixin dolaylarında itib-batmışdır. “Dərəşam” adına ilk dəfə Dədə Qorqud dastanlarında rast gəlinir. Dastanın “Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər” boyunda deyilir: “İki qardaş qara donlu kafirlərin üstünə at sürüb qılınc çaldı; onları qırıb çatdılar, qovub qalaya saldılar. Hərlədib, fırladıb atları qabaqlarına qatdılar. Dərəşam suyunu üzüb keçdilər”. Bu fakt sübut edir ki, “Dərəşam” adı nahiyə təşkil edilməmişdən əvvəl məlum olmuş və nahiyə öz adını “Dərəşam” ərazi adından almış, onomastik leksikamıza “Dərəşam dağı”, “Dərəşam” yaşayış yeri, “Dərəşam nahiyəsi”, “Dərəşam” dəmiryol keçidi, “Dərəşam mərtəbəsi”, “Dərəşam mineral bulağı” və sair kimi adlar daxil olmuşdur. Hazırda Şahbuz şəhəri ərazisində qədim Şamlar yaşayış yeri, Şamlar massivi, Şamlar arxı, Şamlar nekropoluu, Culfa rayonu ərazisində Şamlu dərəsi, Ordubad, Zəngilan, Saatlı, Sabir­abad, Laçın rayonlarında, Zəngəzurda “şam” komponentli onomastik vahidlər mövcuddur.
İkinci Dərəşam
İkinci Dərəşam — Babək rayonunun Nehrəm inzibati ərazi vahidində qəsəbə. Araz çayı dərəsindədir. Yaşayış məntəqəsi 1964-cu ildə Dərəşam dəmir yolu platforması yanında salınmış və eyniadlı kənddən fərqləndirmək üçün İkinci Dərəşam adlandırılmışdır.
Dərəşam mineral bulağı
Dərəşam mineral bulağı — Azərbaycanın Culfa rayonu ərazisində, Araz çayının dərəsində bir neçə yerdən çıxaraq axıb çaya tökülür. Bulaqların suyu Rusiyadakı Kislovodsk (Şimali Qafqaz) “Narzan-5” mineral suyunun analoqudur. Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin müalicəsində istifadə etmək olar. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. "Naxçıvanın təbii sərvətləri", Naxçıvan, 2008.
Derem drasenası (Əjdaha ağacı)
Derem drasenası (Əjdaha ağacı) == Təbii yayılması == Afrikanın tropiklərində yayılıb. == Botaniki təsviri == Hündürlüyü 150-250 sm-dir.Düz gövdəli bitki olub,qalın,oduncaqlaşmış,əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir.Yarpağının uzunluğu 50 sm,eni 5 sm,kənarları ağ zolaqlıdır.Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır;üstdən tünd-qırmızı,içərisi ağdır,xoşagəlməz qoxusu vardır.Meyvəsi narıncı giləmeyvədir.Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır. == Ekologiyası == Parlaq,düz günəş şüalarından qorunmalıdır.Rütubətsevəndir.Çimli,çürüntülü,torflu,qumlu torpaq qarışığında yaxşı bitir.Unlu qurd və kök böcəyi xəstəliklərinə yoluxur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 2003-cü ildə introduksiya olunmuşdur.Respublikanın bir çox rayonlarında mədəni şəraitdə becərilir. == İstifadəsi == Şəhər yaşıllaşdırmasında,bəzək memarlığında geniş istifadə edilir. == İstinadlar == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.