Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Iranda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Danquşu
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Agusta
Agusta, vertolyot və təyyarə mühərrikləri istehsal edən bir İtaliya şirkətidir. Şirkət son dəfə Türkiyə Silahlı Qüvvələrinin 50 helikopterlik tender layihəsini qazanmışdır.
Böyük danquşu
Böyük danquşu (lat. Botaurus stellaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin danquşu cinsinə aid heyvan növü.
Danquşu cinsi
Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi. Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir.
Misir manqustu
Misir Manqustu və ya Fironsıçanı (lat. Herpestes ichneumon) qədim Misirlilərin müqəddəs heyvanı kimi tanınır. Misirdə, çaylar sahillərində və tarlaları əhatə edən sıx yığınlarda yaşayır.Afrika xaricində olan Sina yarımadasında, həmçinin İsrail, Livanda da yaşayır. Жизнь животных / Под ред. В. Е. Соколова. — М.: Просвещение, 1989. — Т. 7. Млекопитающие. — С. 312. — 558 с.
Roma yaqutu
Roma yaqutu (ing. Ruby Roman) — dünyanın ən bahalı üzüm sortu. Bu üzüm növü yapon mütəxəssisləri tərəfindən kəşf edilib. Onun becərilməsi layihəsinə isə hökumət özü nəzarət edir. Qırmızı yaqut rəngdə olan gilələr çox böyükdür; onların biametri 3 santimetrə çatır və tərkibində yüksək dərəcədə şəkərin olması ilə seçilir. 2016-cı ildə Yaponiyanın Kanazava şəhərində keçirilən hərracda bu üzüm növünün bir salxımı 1,1 milyon yen və ya 11 min dollara satılmışdır. Hərracda satışa çıxarılan üzüm salxımının çəkisi cəmi 0,9 kiloqram olub. Salxımda 30 üzüm giləsi olub, başqa sözlə, hər üzüm giləsi alıcıya 350 dollara başa gəlib.
Məhəmməd Xurşid Daquqlu
Məhəmməd Xurşid Daquqlu — folklorşünas, ədəbiyyatşünas, publisist Məhəmməd Xurşid Daquqlu 1932-ci ildə Kərkükə bağlı Daquq qəsəbəsində anadan olmuşdur. Hələ 1 ayı tamam olmamış anasını itirmiş, bacısının himayəsində böyümüşdür. 1947-ci ildən başlayaraq bir il Ərbil şəhərində, üç il Duxoq və Bakubə şəhərlərində təhsil alır 1952-ci ildə diplomunu aldıqdan sonra Havicə qəsəbəsində 8 il müəllim kimi çalışır. Həmçinin, bu illərdə Ziraat Meslek Lisesinə aid yataqxananın müdiri vəzifəsini icra etmişdir. M.Xurşidin təyinatı 1966-cı ildə Daquq şəhərinə verilir. Buradakı 9 illik müəllimlik fəaliyyətinin son 3 ilini İmam Zeynalabidin kəndində tamamlayır. 1970-ci ildən Kərkükdə bir neçə məktəbdə müəllimliklə məşğul olur. 1983-cü ildən təqaüdə ayrılır. 1960-cı ildə ailə qurur. Bu evlilikdən 7 övladı dünyaya gəlir.
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
İstanbul yaqutu (göydələn)
Istanbul Sapphire — İstanbulda yerləşən göydələn. 261 metr hündürlüyü (antenlərlə) ilə Avropada (Rusiya istisna) "Şard London Briç" binasından sonra ən yüksək 2-ci binadır. İstanbulun Kağızxana bölgəsində yerləşir. İstanbulun Çeliktəpə səmtindəki Böyükdərə küçəsində yerləşən @Istanbul Sapphire@ binası Türkiyədə inşa edimiş ən böyük binadır. 261 metr hündürlükdəki göydələni İstanbulun bir çox yerindən görmək olar. Göydələn ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) binasının yanında yerləşir. 165.169 m2 sahəyə sahib bina yer altındakı 10 mərtəbə də daxil olmaqla 66 mərtəbədən ibarətdir. Bina 30 metr uzunluğunda antenlərə da malikdir. Binadan alış-veriş mərkəzi və yaşayış binası kimi istifadə olunur. Avtodayanacaq göydələnin ilk 6 mərtəbəsində yerləşir.
Bir Millətin Doğuşu (film,1915)
Bir millətin doğuşu (org. The Clansman adlanır) — 1915-ci il istehsal edilmişdir. Amerikan səssiz epik dram filmidir. D. W. Griffith tərəfindən istehsal edilmiş və baş rolda Lillian Giş rol almışdır. Ekran əsəri romandan götürülmüş və Tomas Dixon Jr tərəfindən səhnələşdirilmişdir. Griffith, ssenarisini Frank E. Woods ilə birlikdə yazmış və filmi Harry Aitken ilə birlikdə istehsal etmişdir. Onun süjeti, qismən fantastika və qismən tarix, Con Uilks But tərəfindən Abraham Linkolnun öldürülməsi və bir neçə il ərzində Vətəndaş Müharibəsi və Yenidənqurma dövrlərində iki ailənin - Birlik tərəfdarı (Şimali) Stounmenlər və tərəfdarlarının münasibətlərini əks etdirir. -Konfederasiya (Cənubi) Camerons. O, əvvəlcə fasilə ilə ayrılmış iki hissədə nümayiş etdirildi və orkestr üçün musiqi notuna malik ilk Amerika istehsalı film idi. O, yaxından çəkilişlər və sönük görünüşlərə öncülük etdi və o, minlərlə kimi görünmək üçün hazırlanmış yüzlərlə əlavə (başqa bir ilk) ilə diqqətlə hazırlanmış döyüş ardıcıllığını ehtiva edir.
Bir millətin doğuşu (film, 1915)
Bir millətin doğuşu (org. The Clansman adlanır) — 1915-ci il istehsal edilmişdir. Amerikan səssiz epik dram filmidir. D. W. Griffith tərəfindən istehsal edilmiş və baş rolda Lillian Giş rol almışdır. Ekran əsəri romandan götürülmüş və Tomas Dixon Jr tərəfindən səhnələşdirilmişdir. Griffith, ssenarisini Frank E. Woods ilə birlikdə yazmış və filmi Harry Aitken ilə birlikdə istehsal etmişdir. Onun süjeti, qismən fantastika və qismən tarix, Con Uilks But tərəfindən Abraham Linkolnun öldürülməsi və bir neçə il ərzində Vətəndaş Müharibəsi və Yenidənqurma dövrlərində iki ailənin - Birlik tərəfdarı (Şimali) Stounmenlər və tərəfdarlarının münasibətlərini əks etdirir. -Konfederasiya (Cənubi) Camerons. O, əvvəlcə fasilə ilə ayrılmış iki hissədə nümayiş etdirildi və orkestr üçün musiqi notuna malik ilk Amerika istehsalı film idi. O, yaxından çəkilişlər və sönük görünüşlərə öncülük etdi və o, minlərlə kimi görünmək üçün hazırlanmış yüzlərlə əlavə (başqa bir ilk) ilə diqqətlə hazırlanmış döyüş ardıcıllığını ehtiva edir.