Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşdələn
Daşdələn (lat. Saxifraga) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə daxil olan bitkilər qayalıqlar arasında bitdiyinə görə daşdələn adlandırılmışdır (yunanca "saxum" — qaya deməkdir. Məlum olan 370 növdən gülçülükdə təxminən 80 növündən istifadə edilir. Onlardan ən geniş yayılanları aşağıdakılardır: Çimli daşdələn (S. caespitosa) hündürlüyü 20 sm-ə çatan, ağ gülləri süpürgə çiçək qrupuna toplanmış bitkidir. Daşdələnin vətəni tundradır. Əsasən bitkinin hibrid formalarından istifadə olunur. Dənəvər daşdələn (S. granulata) vegetativ çoxalma üçün rozetin bünövrəsində əmələ gələn xırda kök yumrularından istifadə edilir. Qığırdaqlı daşdələnin (S. cartilaginea) yarpaqları ağ, əhəngli dənəciklərlə örtülü olan bitkidir. Daşdələnin toxumlarını apreldə torpağa səpməklə çoxaltmaq olar.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Vəsli daşdələn
Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv). Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır. Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur.
Üçbarmaq daşdələn
Üçbarmaq daşdələn (lat. Saxifraga tridactylites) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü.
Daşdələn (Uludərə)
Daşdələn — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində Nirve kimi istinad edilir. Köhnə kənd boşaldılıb, magistral yolun kənarında yeni yaşayış məntəqəsi salınıb. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Daşdələn (dəqiqləşdirmə)
Daşdələn — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi. Daşdələn (Uludərə) — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd.
Daşdələnkimilər
Daşdələnkimilər (lat. Saxifragaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Daşdələnçiçəklilər
Daşdələnçiçəklilər (lat. Saxifragales) — bitkilər aləminə aid bitki dəstəsi.
Deniz Dağdelen
Deniz Dağdelen (18 iyul 1997, Türkiyə) — Türkiyəli taekvondoçu. Deniz Dağdelen Türkiyəni 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Deniz Dağdelen birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Zimbabvenin nümayəndəsi Admire Tşitşiliza üzərində 25:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldi. Növbəti mərhələdə Avstraliyanın nümayəndəsi Beyli Luis ilə üz-üzə gəldi və rəqibinə 18:8 hesabı ilə qalib gəldi. 1/8 final mərhələsində Dağdelen Misirin nümayəndəsi Moaz Nabil ilə üz-üzə gəldi və rəqibinə 21:9 hesabı ilə qalib gəldi. Növbəti mərhələdə isə rəqibi Cənubi Koreya nümayəndəsi olan Kim Tae-huna 7:27 hesabı ilə məğlub oldu.
Daşkəsən
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində şəhər, Daşkəsən rayonunun inzibati mərkəzi. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu ildə burada dəmir filizi çıxarılması ilə əlaqədar salınmışdır. Daşkəsən kəndi əsasında yaranmışdır. Oykonim "daş (dəmir filizi) çıxarılan yer" mənasındadır. == Tarixi == İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilmişdir. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Qardələn
Xədicəgülü (lat. Galanthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acrocorion Adans.
Daşkəsən (qəsəbə, Daşkəsən)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Almalı (Daşkəsən)
Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Gəlinqaya (Daşkəsən)
Gəlinqaya — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Gəlin qayası adlı dağın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gəlinqaya kənd kitabxana filialı, Gəlinqaya kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kollu (Daşkəsən)
Kollu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd kolluq ərazidə bina edildiyi üçün belə adlandırılmışdır. == Tarixi == Kəndin köhnə adı Köhnəqışlaq olmuşdur. Yaşayış məntəqəsini XIX əsrin sonunda Qarabağdan köçüb gəlmiş Məhərrəm adlı şəxs salmışdır. Hazırda kənddə məhərrəmli nəsli mövcuddur. Sonralar kənd əhalisi qərbə doğru 1–2 km. kəndin yerini dəyişmiş, əvvəlki yer isə Köhnəqışlaq adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Kollu kənd kitabxana filialı, Kollu kənd klubu fəaliyyət göstərir.
Kəmərqaya (Daşkəsən)
Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. == Toponimikası == Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib. == Mədəniyyəti == Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.
Mollahəsənli (Daşkəsən)
Mollahəsənli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. Antropooykonim Molla Həsən şəxs adından və mənsubluq bildirən "-li" şəkilçisindən düzəlib. Yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Yerli məlumata görə, kəndi vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs salıb. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Mollahəsənli kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Kənddə Mollahəsənli kənd kitabxana filialı, Mollahəsənli kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir.
Qabaqtəpə (Daşkəsən)
Qabaqtəpə — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır. Kənddə XIII-XIV əsrlərə aid qədim Alban kiləsi abidəsi var.Bu abidə kənddə yaşayışın çox qədimdən olduğunu sübut edir. Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi, Qabaqtəpə kənd xəstəxanası fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Quytul (Daşkəsən)
Quytul — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Oykonim türk dillərindəki qiytul (düşərgə) sözü ilə əlaqədardır. Yerli tələffüz forması Qotuldur. Keçmişdə maldar elatlarının yaylaq yeri olduğuna görə belə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Quytul kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Quşçu (Daşkəsən)
Quşçu (qəsəbə, Daşkəsən)
Rəsullu (Daşkəsən)
Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Suqovuşan (Daşkəsən)
Suqovuşan (əvvəlki adı: Gedəmiş) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Gedəmiş kəndi Suqovuşan kəndi adlandırılmışdır. Suqovuşan adı kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. Yerli məlumata görə, kəndi vaxtilə Qazax mahalından gəlmiş ailələr salmışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Suqovuşan kənd kitabxana filialı, Suqovuşan kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Yolqulular (Daşkəsən)
Yolqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində kəndin adı Yolqulular olaraq qeyd edilb. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncəçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Yolqullar kənd klubu fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Yolqullar kənd ibtidai məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Çovdar (Daşkəsən)
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. "Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur. Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Çovdar dağının şimal yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Şahkərəm (Daşkəsən)
Şahkərəm — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsini Şahkərəm adlı şəxs saldığı üçün kənd onun adı ilə adlandırılmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Şahkərəm adlı şəxs salmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqar dağının (Kiçik Qafqaz) yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Şahkərəm kənd kitabxana filialı, Şahkərəm kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Göygöl (Daşkəsən)
Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir. Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur.
Daşkəsən Göygölü
Göygöl və ya Bala Göygöl, Daşkəsən Göygölü — Azərbaycanın dağ göllərindən biridir. Daşkəsən rayonunda yerləşir. Şirinsulu və balıqla zəngin göldür. Gölün əsl adı Göygöl olsa da əhali ona Bala Göygöl və ya Daşkəsən Göygölü deyir. Şəmkir çayı hövzəsində, Hinaldağdan təqribən 4 km. qərbdə, 2470 m. hündürlükdə yerləşir. Əsasən Göygöl çayının suyu ilə qidalanır. Uzunluğu 1200 metr, maksimum eni 500 metr, sahəsi 34 hektardır. Noyabrdan mayadək donmuş olur.
Çıraqlı (Daşkəsən)
Çıraqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çıraqlı kənd inzibati ərazi dairəsində kənd. "Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur. Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.