Quytul — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd.[2]
Quytul | |
---|---|
40°37′03″ şm. e. 46°02′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim türk dillərindəki qiytul (düşərgə) sözü ilə əlaqədardır. Yerli tələffüz forması Qotuldur. Keçmişdə maldar elatlarının yaylaq yeri olduğuna görə belə adlandırılmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 48 | 31 | 17 |
2009[5] | ↘30 | ↘23 | ↘7 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Quytul kənd kitabxana filialı fəaliyyət göstərir.[6]
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.