Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalaboyun
Qalaboyun (Kəlbəcər) — Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. Qalaboyun (Tovuz) — Tovuz rayonunun Kiran inzibati ərazi vahidində kənd. Qalaboynu — Kəlbəcər rayonu ərazisində çay. Qalaboynu qalası — qala.
Qalaboyun (Kəlbəcər)
Qalaboyun, Qalaboynu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Qalaboynu kəndi Qalaboynu çayının sahilindədir. Yaşayış məntəqəsi şişqala və Dəyirman (qədim adi Salsal) adlı qalaların boynunda (keçidində) yerləşdiyinə görə belə adlanmışdır. Oykonim Qalaboyun variantında da qeydə alınmışdır. Bu kənd hər birinin başında qala olan iki dağın arasında yerləşdiyinə görə Qalaboyun adlanır. == Yaylaqlar == Qaragöl yurdu, Buzxana yurdu, Güngörməz yurd, Yelligədik yurdu, Sarıbirçək yurdu, Çövrüm yurd, Qaraarxac yurdu, Çiçəkli yurd, Yəhərdaş yurdu, Sünnətolan yurd, Dərə yurdu, Göllər yurdu, Qaraölən yurd, Biçənəyin düzü yurd, Abdultəpə yurdu. == Bulaqlar == Əlif bulağı, Şahmar bulağı, Məryəm bulağı, Turş su, Beədəf bulaq, Qulanuçan bulaq, Atlargedən bulaq, Qaynar bulaq, Quzey bulağı, Qalanın bulağı, Quru bulaq, Sarı bulaq. == Məşhur yerlər == Aralıq yalı, Dəmirçi, Gözəlölən, Qırxınyurdu, Qırmızıqaya, Darıyeri, Böyükdüz, Çaxnaq, Binnətin təpəsi, Çeyil, Dəligədənin qəbri, Seyid Teyfənin biçənəyi, Şahpələngdüşən yurd, Yaz yurdu, Daştəpə, Uşaq qəbirstanlığı, Orta kalafalıq, Bərkdərə, Pirinboynu, Saat daş qıran yer, Zalınqəbri, Ağdaşın dərəsi, Barmaqlar, Çaxçaxlı, Allahverdinin yeri.
Qalaboyun (Tovuz)
Qalaboyun — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd Koroğlu qalası adlı qalanın boynunda (keçidində) salındığı üçün belə adlandırılmışdır. Oykonim Qalaboynu variantında da qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının şimal ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qalaboyun kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaraboyun durna
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. == Təsviri == Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Qaraboyun maygülü
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb.
Qaraboyun qu quşu
Cygnus melancoryphus (lat. Cygnus melancoryphus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.