Qalaboyun, Qalaboynu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Qalaboyun | |
---|---|
Ölkə |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qalaboynu kəndi Qalaboynu çayının sahilindədir. Yaşayış məntəqəsi şişqala və Dəyirman (qədim adi Salsal) adlı qalaların boynunda (keçidində) yerləşdiyinə görə belə adlanmışdır. Oykonim Qalaboyun variantında da qeydə alınmışdır.[2]
Bu kənd hər birinin başında qala olan iki dağın arasında yerləşdiyinə görə Qalaboyun adlanır.[3]
Qaragöl yurdu, Buzxana yurdu, Güngörməz yurd, Yelligədik yurdu, Sarıbirçək yurdu, Çövrüm yurd, Qaraarxac yurdu, Çiçəkli yurd, Yəhərdaş yurdu, Sünnətolan yurd, Dərə yurdu, Göllər yurdu, Qaraölən yurd, Biçənəyin düzü yurd, Abdultəpə yurdu.
Əlif bulağı, Şahmar bulağı, Məryəm bulağı, Turş su, Beədəf bulaq, Qulanuçan bulaq, Atlargedən bulaq, Qaynar bulaq, Quzey bulağı, Qalanın bulağı, Quru bulaq, Sarı bulaq.
Aralıq yalı, Dəmirçi, Gözəlölən, Qırxınyurdu, Qırmızıqaya, Darıyeri, Böyükdüz, Çaxnaq, Binnətin təpəsi, Çeyil, Dəligədənin qəbri, Seyid Teyfənin biçənəyi, Şahpələngdüşən yurd, Yaz yurdu, Daştəpə, Uşaq qəbirstanlığı, Orta kalafalıq, Bərkdərə, Pirinboynu, Saat daş qıran yer, Zalınqəbri, Ağdaşın dərəsi, Barmaqlar, Çaxçaxlı, Allahverdinin yeri.[3]
Kalafalıq binəsi, Damın yanı binə.[3]
Kəlbəcər rayonu ərazisində çay. Xaçın və Şahmar adlı kiçik çayların birlaşməsi nəticəsində yaranmışdır. Qalaboynu kəndinin adi ilə adlanmışdır.[2]