Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manişgah (Çaroymaq)
Manişgah (fars. منيشگه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (21 ailə).
Danish Singles Chart
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. == Uşaqların öz-özünə danışmağı == 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. == Özünüzlə yüksək səslə danışmağın koqnitiv əhəmiyyəti == Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Bizdən danışaq (mahnı)
Bizdən danışaq — azərbaycanlı müğənnilər Aygün Kazımova və Raufun duetidir. Mahnı NƏFƏS Sənət mərkəzi tərəfindən hazırlanıb. Mahnı 26 yanvar 2020-ci ildə Aygün Kazımovanın doğum günündə təqdim olunmuşdur. Bu sayca Aygün və Raufun 3-cü duetidir. == Mahnı haqqında == Sözləri Fidan Cəbiyevaya, musiqisi Aygün Səmədzadəyə aiddir.
Danışan İşıqlar(1965)
== Məzmun == Təlim tərbiyə xarakterli filmin mövzusu işıqların insanlara xidməti haqqındadır. Misal üçün, işıqforun işıqları adamlara, maşınlara, dənizdə mayaklar gəmilərə yol göstərir və s. == Film haqqında == Film ilk Azərbaycan televiziya cizgi filmidir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rasim İsmayılov Rejissor: Rasim İsmayılov Operator: Vaqif Behbudov Rəssam: Rafiz İsmayılov Bəstəkar: Ruhəngiz Qasımova Səs operatoru: İqor Popov Operator assistenti: Rza Məmmədqulu == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Danışan işıqlar (film, 1965)