DANIŞMAQ

f.
1. Sözlə ifadə etmək, bildirmək, anlatmaq, demək, söyləmək, nəql etmək. Ağır-ağır danışmaq. Düzünü danışmaq. Həyəcanla danışmaq. Danışa bilməmək. Əhvalatı danışmaq. Məsələni açıq danışmaq.
[İkram] Səlimovun yanına gedib, əmisi haqqında bildiklərini ona danışmalı idi. Ə.Əbülhəsən.
Əbil çalışırdı ki, Dildar arvadın qəlbinə toxunan bir söz belə danışmasın. Ə.Vəliyev.

// Dinmək, söz söyləmək. Heç kəs danışmırdı.
– Bir-birimizin qorxusundan ağzımızı açıb danışa bilmirdik. M.S.Ordubadi.
Hakim müqəssirin yerindən danışmağına qəzəbləndi. Mir Cəlal.

2. Bir dildə fikrini yaxşı ifadə etməyi bacarmaq. Rusca yaxşı danışmaq.
3. Söhbət etmək.
Yenə o bağ olaydı; Yenə sizə gələydik; Danışaydıq, güləydik. M.Müşfiq.
[Sarıköynək] xəlvət qalın bir meşə içində bulunduğumuzu qətiyyən nəzərə almayaraq, sərbəstcəsinə danışır, məni məşğul edirdi. S.Hüseyn.

4. Fikir söyləmək, mühakimə yürütmək, müzakirə etmək. Bütün şəhər bu barədə danışır. Bu xüsusda hələ danışacağıq.
– Hər yerdə müharibə təhlükəsindən böyük bir nifrət və həyəcanla danışırlar. M.İbrahimov.

5. Çıxış etmək, nitq söyləmək. Atəşin danışmaq. Hərarətlə danışmaq.
– Səlim qızğın danışırdı. Ə.Vəliyev.

6. Qiymət haqqında bir qərara gəlmək, şərtləşmək; kirə etmək.
Faytonları danışdıq. M.S.Ordubadi.
Bu qoçular gedib, üç gecə oxumağa xanəndə danışarlar. R.Əfəndiyev.

7. Bəhs etmək, xəbər vermək, yazmaq.
On altıncı nömrəmizdə molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə.

Синонимы

  • DANIŞMAQ 1. DANIŞMAQ (müxtəlif mənalarda) O gecəni Zəki Əhmədlə çox xoş keçirdilər. Yedilər, içdilər, müxtəlif mövzularda danışdılar (A
  • DANIŞMAQ bildirmək — anlatmaq — demək — söyləmək
  • DANIŞMAQ şərtləşmək — sözləşmək

Антонимы

  • DANIŞMAQ DANIŞMAQ – DİNLƏMƏK Danış bir-bir, dinləyim; Kaman kimi inləyim (S.Rüstəm). DANIŞMAQ – SUSMAQ Kişi var nə dinər, nə də danışar; Qoyar el yolunda ürəyi
DANIŞMA
DANIŞMAMAZLIQ
OBASTAN VİKİ
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. == Uşaqların öz-özünə danışmağı == 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. == Özünüzlə yüksək səslə danışmağın koqnitiv əhəmiyyəti == Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..

Значение слова в других словарях

в поло́ски вски́дываться де-ю́ре заводи́ться минаре́т наволочи́ться свежи́тельный ферлаку́рничать архалу́к вкра́питься дослужи́ться откла́дка парово́й рассыпаться мелким би́сером электроаку́стика escuage metacorollary mining-hole modesty panel outer city phylogeny Pintsch gas viaduct зигзагообразный цареубийство