Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Daamat
Daamat (geez ደዐመተ, DʿMT; nəzəri olaraq ዳዓማት, yəni Daamat və ya ዳዕማት, yəni Daəmat kimi tələffüz olunur) — e.ə. X–V əsrlərdə Eritreya və şimali Efiopiyada mövcud olmuş çarlıq. Bu dövlət haqqında az sayda yazı sağ qalmışdır və çox az arxeoloji iş aparılmışdır. Nəticədə, Daamatın Aksum krallığının erkən mərhələlərindən əvvəl bir sivilizasiya olaraq sona çatması, Aksum dövlətinə çevrilməsi və ya təxminən 150-ci ildə Aksum krallığında birləşən kiçik dövlətlərdən biri olması məlum deyil.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. == Həyatı == Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Havaçağ
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər.Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Davaçı
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Davaçı xan
Davaçı xan (Dabaçı) (+1759) — 1753–1755-ci illərdə Dörben Oyrot ulusunun (Дөрвн өөрд улс) hökmdarı xuntayci titulu ilə, Çoros soyundan, Şuno Dabo-baatarın oğlu. == Həyatı == Xuntayci Qaldan-Tseren öləndən sonra Cunqariyada ixtişaşlar başladı. Ara vuruşmalarından Davaçı zəfərlə çıxdı. Amma bəzi noyonlar öz namizədləri Nemexu-Jirqalı taxta əyləşdirmək istədilər. Cunqariyada iki xan oldu. Amursanın yardımı olə Davaçı rəqibini öldürdü. Xoyt xanı bu yardıma görə Davaçıdan bəzi bölgələri tələb etdi. Davaçı onun tələblərini rədd etdiyindən yeni döyüşlər başladı. 1754-cü ilin avqustunda Amursan məğlub oldu. O, Xalxuya qaçdı.
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Davaçı (film, 1986)
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.