Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ahmet Demirok
Ahmet Demirok (türk. Ahmet Demirok; 21 avqust 1970, Kulu[d], Konya ili) — Türkiyə diplomatı. == Həyatı və təhsili == Ahmet Demirok 21 avqust 1970-ci ildə Türkiyənin Konya şəhərində anadan olmuşdur. O, Orta Şərq Texniki Universiteti İqtisadi və İdarəetmə Fakültəsinin Dövlət İdarəetmə Bölməsinin məzunudur. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === 1993-cü ildə Türkiyə Xarici İşlər Nazirliyində təcrübəçi məmur olaraq işə başlayıb. 1997–1999-cu illər arasında Komotininin Baş Konsulluğunda Konsul Köməkçisi, 1999–2002-ci illərdə Kanberra Səfirliyində Üçüncü və İkinci Katib, 2002–2004-cü illərdə Baş Katib, 2004–2006-cı illərdə Bratislava Səfirliyində Baş Katib, 2006–2008-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Vyana Ofisində Türkiyənin birinci katibi və daimi nümayəndəsinin müavini, 2008–2010-cu illərdə Nazirlərin Xüsusi Məsləhətləri Departamentinin direktoru vəzifəsində çalışıb. 2010–2013-cü illərdə Londonda Baş Konsulluq etmiş 1 oktyabr 2013–28 fevral 2017-ci il tarixlərində Dohada Türkiyə Cümhuriyyətinin səfiri olmuşdur. 20 iyun 2017-ci il tarixində Resim Gazete-də dərc olunmuş kabinet fərmanı ilə Dövlət Qulluqçuları Etik Şurasının üzvü təyin edilib. 9 dekabr 2020-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsə də, bu təyin gerçəkləşmədi və onun əvəzinə Cahid Bağçı bu vəzifəyə təyin olundu.
Pembrok qalası
Pembrok qalası (ing. Pembroke Castle) — Uelsdə Pembrokşir əyalətindəki Pembrok qəsəbəsində yerləşən orta əsrlərə aid qala. Qala Pembrok qraflığının mərkəzi olmuşdur və 1951-ci ildən etibarən I dərəcə olaraq qoruma altına alınmışdır. XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Qala İngiltərənin norman işğalı ərəfəsində 1093-cü ildə Arnulf adlı normand zadəganı tərəfindən inşa edilmişdir. Təxminən 1 əsr sonra qala I Riçard tərəfindən dönəmin güclü adamlarından Uilyam Marşala verildi. O isə qalanı hal-hazırkı vəziyyətdə inşa etdirdi və həcmini böyütdü. Qala hal-hazırda xalqa açıqdır və Uelsdəki şəxsi mülkiyyətdə olan ən böyük qaladır. == Mənbə == Day, Alice; Ludlow, Neil (2016), Pembroke Castle: Geophysical Survey 2016 Bruce Sinclair (10 May 2016). "Me Before You movie release will see Pembroke on the silver screen".
Bartelemi Derblo
Bartelemi Derblo (fr. Barthélemy d'Herbelot de Molainville; 14 dekabr 1625, Paris – 8 dekabr 1695, Paris) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır. Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir.
Dəmbəlov
Dəmbəlov — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 82 nəfərdir. == Toponimiyası == Yerli əhali oykonimi Dəmbolovu kimi tələffüz edir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan gəlmiş kalışların (talışların qolu) Dəmbəlovu adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim talış dilindəki dəmbo (xoş iy), lev (kənar) və ov (su) sözlərindən ibarət olub, "xoş iyli su kənarı" kimi izah olunur. Kəndin adı, sözsüz ki, ərazidəki istiliyi 50 dərəcə olan bulaqla bağlıdır. Oykonimi "yerdən qaynayıb çıxan su kənarı" kimi də izah etmək olar.