Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klint Mensell
Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi. == Karyera == Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir. 1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı. Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Stormi Deniels
Stormi Deniels və ya Stefani Qreqori Klifford (17 mart 1979, Baton-Ruj, Luiziana, ABŞ) — ABŞ pornoaktrisası. Porno karyerasına 2000-ci ildə başlayıb.
Deniel Kaneman
Deniel Kaneman (ing. Daniel Kahneman; 5 mart 1934, Tel-Əviv, İsrail – 27 mart 2024) — İsraildə anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı və psixoloq. == Həyatı == Deniel Kaneman Yerusəlim Yəhudi Universitetində psixologiya və riyaziyyat üzrə təhsil almışdır. Sonra isə Berkli Kaliforniya Universitetində psixologiya təhsilinə davam etdi. Deniel Kaneman Anna Trismenlə evlidir. == Fəaliyyəti == Deniel Kaneman Gözləmə nəzəriyyəsini Emos Tverski ilə birlikdə quran iki təcrübi psixoloqdan biridir. Fərdlərin riskli və qeyri-müəyyən şəraitlərdə qərar və seçim proesesləri ilə bağlı suallar meydana gətirərək cavablarını da vermiş, minlərlə qərar nümunəsi təkmilləşdirmişlər. Deniel Kaneman fərdlərin nəticələri dəqiq olan hadisələri şişirdərək bunlara nəticələri dəqiq olmayan hadisələrdən daha çox önəm verdiyini qəbul etmişdir. Yəni insanlar qarışıq, riskli hadisələrdə, qərar verərkən hər zaman məntiq və ağılla hərəkət etmirlər. Məqbul qərarlar qəbul etməyən insan modeli iqtisadiyyat sahəsində ümumiliklə qəbul olunmuş, rasional və məntiqli hərəkət edən, öz mənafeyini güdən insan modeli ilə ziddiyət yaratmışdır.
Deniel Kreyq
Deniel Routon Kreyq (2 mart 1968[…], Çester, Çeşir[d]) — ingilis-amerikalı aktyor. Canlandırdığı uydurma cəsus Ceyms Bond ilə tanınma qazanıb. Onun çəkildiyi Bond filmlərinə daxildir: "Royal kazinosu", "Mərhəmət kvantı", "Skayfoll", "Spektr" və "Ölməyə vaxt yoxdur". == Həyatı == Deniel Kreyq 2 mart 1968-ci ildə İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft: Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Coli ilə birlikdə çəkilir. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal kazinosu” filmindəki 007 nömrəli agent Ceyms Bond rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər.
Deniel Makfadden
Deniel Makfadden (ing. Daniel Little McFadden) (29 iyul 1937[…], Roli[…]) — amerikalı iqtisadçı. 2000-ci ildə Ceyms Hekmanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmə səbəbini İsveç Kral Elmlər Akademiyası bu şəkildə ifadə etmişdi: "Deniel Makfadden kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə təltif olunur". Deniel Makfadden hələ də Berkli Kaliforniya Universitetində iqtisadiyyat professoru olaraq işləyir. == Həyatı == Deniel Makfadden 29 iyul 1937-ci ildə Relic şəhərində anadan olub. 19 yaşında olarkən Minnesota Universitetindən fizika ixtisası üzrə məzun oldu və 5 il sonra iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Minnesota Universitetində olarkən elmi rəhbəri Leonid Qurvitsdi. Leonid Qurvits də 2007-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Deniel Makfadden 1964-cü ildə Berkli Kaliforniya Universitetində işləməyə başladı.
Deniel Redklif
Deniel Ceykob Redkliff (ing. Daniel Jacob Radcliffe; 23 iyul 1989[…]) — Britaniyalı teatr və kino aktyoru. Harri Potter haqqında filmlərdə Harri Potter rolunu ifa edən ingilis aktyoru. 2001-ci ildən 2011-ci ilədək Emma Uotson və Rupert Qrint ilə birlikdə 8 Harri Potter filmində oynayaraq məşhurlaşmışdır. == Həyatı == === İlk İlləri === Daniel, Londonda Alan Redklif və Marsia Qrişemin ailəsində anadan olmuşdur. Ailədə tək uşaqdır. Anası Marsia Qrişem BBC üçün çəkilən bəzi filmlərdə (The Inspector Lynley Mysteries, Walk Away və I Stumble) rol almışdır. Anası yəhudidir və Vestklif-Esseksdə böyümüşdür. Atası isə protestantdır və Şimali İrlandiyalıdır. Deniel 1999-cu ilin dekabr ayında ilk aktyorluq təcrübəsini yaşamış, Çarlz Dikkensin "Devid Kopperfild" romanı əsasında çəkilən filmdə epizodik rol canlandırmışdır.
Deniel Redkliff
Deniel Ceykob Redkliff (ing. Daniel Jacob Radcliffe; 23 iyul 1989[…]) — Britaniyalı teatr və kino aktyoru. Harri Potter haqqında filmlərdə Harri Potter rolunu ifa edən ingilis aktyoru. 2001-ci ildən 2011-ci ilədək Emma Uotson və Rupert Qrint ilə birlikdə 8 Harri Potter filmində oynayaraq məşhurlaşmışdır. == Həyatı == === İlk İlləri === Daniel, Londonda Alan Redklif və Marsia Qrişemin ailəsində anadan olmuşdur. Ailədə tək uşaqdır. Anası Marsia Qrişem BBC üçün çəkilən bəzi filmlərdə (The Inspector Lynley Mysteries, Walk Away və I Stumble) rol almışdır. Anası yəhudidir və Vestklif-Esseksdə böyümüşdür. Atası isə protestantdır və Şimali İrlandiyalıdır. Deniel 1999-cu ilin dekabr ayında ilk aktyorluq təcrübəsini yaşamış, Çarlz Dikkensin "Devid Kopperfild" romanı əsasında çəkilən filmdə epizodik rol canlandırmışdır.
Denzel Dumfris
Denzel Custus Morris Dumfris (18 aprel 1996, Rotterdam, Niderland) — Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubunda və Niderland milli futbol komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən peşəkar Niderland futbolçusu. == Klub karyerası == Dumfris 2014-cü ildə həvəskar komanda olan Barendrext klubundan Sparta Rotterdam klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 20 fevral 2015-ci ildə Emmen klubuna qarşı oyunda etmişdir. Dumfris Sparta ilə 2016-cı ildə Erediviziyaya vəsiqə qazandı və həmin il Eerste Diviziyada mövsümün ən istedadlı oyunçusu mükafatına layiq görüldü. 2017-ci ilin yayında o, belçikalı oyunçu Stefano Marzonun gedişindən sonra Herenveen klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin iyununda Dumfris Coşua Brenet və Santyaqo Ariasın klubdan gedişindən sonra Erediviziya təmsilçilərindən olan "PSV Eyndhoven" klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Hələ Barendrext klubunda çıxış edərkən Dumfris Aruba milli futbol komandasında oynamaq üçün dəvət almışdır. 2014-cü ilin mart ayında o, Quam millisi ilə yoldaşlıq oyununda millidə debüt etmişdir. Bir neçə gün sonra həmin milli ilə qarşılaşmada Dumfris qolla yadda qalmışdır. Ronald Kuman 2018-ci ilin oktyabr ayında ilk dəfə Dumfrisi Niderland milli futbol komandasına dəvət etmişdir.
Denzel Vaşinqton
Denzel Vaşinqton (ing. Denzel Hayes Washington, Jr.; 28 dekabr 1954[…]) — ABŞ aktyorudur. 2010-cu ildə populyar olan İlayın kitabı filminə çəkilmişdir. Bu filmdə "İlay" personajının rolunu canlandırmışdır.
Deniel Dey-Lüis
Deniel Day-Lyuis (ing. Daniel Michael Blake Day-Lewis, 29 aprel 1957[…], Kensinqton və ya London) — ingilis aktyorudur. == Həyatı == Deniel D. Lyuis 1957-ci il aprelin 29-da Londonda, şair Sesil Dey-Lyuis və aktrisa Cill Belkonun ailəsində dünyaya göz açmışdır. İrland əsilli atası iki yaşından etibarən İngiltərədə yaşayırdı. Anası yəhudi əsillidir. Lyuis uşaqlıq illərindən öz davranışına görə valideynlərinin hiddətinə səbəb oldu və onu Kent vilayətində yerləşən “Sevenoaks School”-a göndərdilər. Bu məktəbə nifrət etməsinə baxmayaraq, o, burada maraq göstərdiyi üç sahə ilə tanış oldu: ağacişləmə, aktyorluq və balıqçılıq. İki ildən sonra onu digər məktəbə, Hempşirdə yerləşən “Bedales”-ə köçürdülər. 14 yaşında Lyuis "Sunday Bloody Sunday" (az.Qanlı Bazar Günü) filmində çox kiçik rolda debüt etdi və buna görə 2 avro qazandı. O, həmin anları “cənnət” deyə təsvir edirdi.
Xənşəla
Xənşəla (ərəb. خنشلة‎) — Əlcəzairdə şəhər, eyniadlı vilayətin və eyniadlı dairənin inzibati mərkəzi. 2005-ci ilin məlumatlarına görə, əhalisi 110 min nəfərdir. == Coğrafiya == Şəhər Əlcəzairin şimal-şərqində, Ores dağlarında, dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Əyn-Bəyda 50 km şimalda, Batna 100 km qərbdə və Tebessa 120 km şərqdədir. Şərqdən 150 km-dən az məsafədə Əlcəzairin Tunislə sərhədi var.
Xenşela vilayəti
Xenşela vilayəti (ərəb. خنشلة‎) — Əlcəzairin 48 vilayətindən biri. Özündə 8 rayonu birləşdirən Xenşela vilayətinin ərazisi 9 811 Km2-dır. == Ərazisi == Xenşela vilayətinin ərazisi 9 811 Km2-dır. Xenşela vilayətinə 8 rayon daxilidir. Vilayətin paytaxtı Xenşela şəhəridir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Xenşela vilayətinin əhalisi 386 684 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Azərbaycan mənşəli sözlər
Azərbaycan mənşəli sözlər — müxtəlif dövrlərdə Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsilə digər dillərə keçən sözlər. Azərbaycan sözləri digər dillərərə həmin dillərdə danışan xalqların Azərbaycan dilinin daşıcıları ilə sıx mədəni-tarixi, sosial-iqtisadi və ticari əlaqələrin nəticəsində keçirdilər. Azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb. == Ədəbiyyat == Əsgərova Q. İ. Dünya dillərində Azərbaycan mənşəli sözlər // Filologiya məsələləri. — Bakı, 2015. — No 4. Асланов Г. Н. Функционирование азербайджанских элементов в русском языке // Научные труды Азербайджанского педагогического института русского языка и литературы. — 1979. — № 1. — С. 19–27.
Bitki mənşəli toksinlər
Fitotoksinlər — bitki mənşəli toksinlər. Fitotoksikologiya bitkilərin bioloji sitemlərdə zərərli təsirlərə səbəb olan toksik birləşmələrini öyrənən elm sahəsidir. İnsanlar və heyvanların bitkilərlə zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Zəhərli bitkilərin təsadüfən qəbul edilməsi Digər zəhərli orqanizmlərlə ,məs:zəhərli göbələklərlə qarışdırılması Bitkinin tərkibindəki az miqdarda toksiki birləşmələrin müəyyən həssas insanlarda təsirliliyi Mikotoksinlərlə kirlənmiç ərzaqların qəbulu. Bitkinin coğrafi yayılması səbəbi ilə torpağın tərkinbindəki toksiki birləşmələri udması.
Göbələk mənşəli toksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Fransız mənşəli Roma papalarının siyahısı
Roma papalarından on altısı fransız mənşəlidir, onların hamısı Papa taxtında orta əsrlərin ikinci yarısında hakimiyyətdə olmuşlar. Yeddi Avinyon papası yalnız fransızlar olmuşdur (Siyahıda 10-dan 16-yadək) Müqəddəs taxtda oturan Roma papaları arasında fransızlar italyanlardan sonra sayca ikinci yerdədirlər.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti