Deniel Makfadden (ing. Daniel Little McFadden) (29 iyul 1937[2][3][…], Roli[4][5][…]) — amerikalı iqtisadçı. 2000-ci ildə Ceyms Hekmanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Deniel Makfaddenin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmə səbəbini İsveç Kral Elmlər Akademiyası bu şəkildə ifadə etmişdi: "Deniel Makfadden kəsikli seçkilərin analizi üçün nəzəriyyə və metodlar təkmilləşdirdiyinə görə təltif olunur". Deniel Makfadden hələ də Berkli Kaliforniya Universitetində iqtisadiyyat professoru olaraq işləyir.
Deniel Makfadden | |
---|---|
ing. Daniel Little McFadden | |
Doğum tarixi | |
Doğum yeri | Relic, Şimali Karolina ABŞ |
Milliyyəti | ABŞ |
Elm sahəsi | ekonometrika |
Elmi dərəcəsi | professor |
İş yerləri | Berkli Kaliforniya Universiteti, Massaçusets Texnologiya İnstitutu |
Təhsili |
|
Elmi rəhbəri | Leonid Qurvits |
Tanınır | kəsikli seçki |
Üzvlüyü | |
Mükafatları | 1975 Con Beyts Klark, 1986 Friş medalı, 2000 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Deniel Makfadden 29 iyul 1937-ci ildə Relic şəhərində anadan olub. 19 yaşında olarkən Minnesota Universitetindən fizika ixtisası üzrə məzun oldu və 5 il sonra iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Minnesota Universitetində olarkən elmi rəhbəri Leonid Qurvitsdi. Leonid Qurvits də 2007-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü.
Deniel Makfadden 1964-cü ildə Berkli Kaliforniya Universitetində işləməyə başladı. 1977-ci ildə Massaçusets Texnologiya İnstitutuna keçdi, lakin 1991-ci ildə yenidən Berkli Kaliforniya Universitetinə geri döndü. 1975-ci ildə Con Beyts Klark, 1986-cı ildə isə Friş medalına layiq görülmüşdür. 1981-ci ildə ABŞ Beynəlxalq Elmlər Akademiyasına üzv seçilmişdir.