Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Depilyasiya
Depilyasiya — arzuolunmaz tüklərdən müvəqqəti olaraq xilas olmağı bildirən bir termindir. Mumla depilyasiya, maqqaş, tük tökən kremlər, epilator depilyasiya vasitələridir. Epilyasiya isə daimi və ya uzunmüddətli tüklərdən xilas olmağı ifadə edən termindir.
Mumla depilyasiya
Mumla depilyasiya, arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir. Mum depilyasiyası- ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə (birdən) qopardılır. Bu üsul, tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün falikulu bu vəziyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasientin həssaslığından asılıdır. Mum depilyasiyası ən qədim üsullardan biridir. Amma baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum depilyasiyası öz yerini vermir.
Epilyasiya
Epilyasiya — bioepilyasiya, elektroepilyasiya, lazerli epilyasiya mövcudur.
Deflyasiya
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir. Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın mübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir. == Əsas səbəbləri == Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində firmalar istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır.