Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Depozit
Depozit — fiziki və ya hüquqi şəxs tərəfindən dövlət qeydiyyatına alınmış kredit təşkilatına gəlir əldə etmək üçün yerləşdirilmiş pul vəsaiti. Depozit müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir..
Depozit bankı
Depozit qəbzi
Depozit sertifikatı
Depozit sertifikatı (ing. deposit certification) — üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır. Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir. Bu sertifikatın nominal qiyməti yüksək olur. Depozit əmanət müqaviləsindən fərqli olaraq, müvafiq hüquqları təslim etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. Depozit sertifikatı üzrə hüquqların təslim edilməsi haqqında razılaşmanı hər tərəfdən iki şəxs imzalayır və tsedentlə tsessionari möhürləyir. Sertifikatlar aşağıdakı mütləq rekvizitlərə malik olmalıdır ki, bunların birinin olmaması sertifikatı yararsız edir: depozit və ya əmanət sertifikatının adı Sertifikatın verilmə səbəbinin göstərilməsi Sertifikatla təsdiqlənmiş vəsait qoyuluşunun məbləği (rəqəm və yazı ilə) bankın əmanət qoyulmuş vəsaiti kreditora mütləq qaytarılması haqda şərtsiz öhdəliyi depozitin və ya əmanətin qoyulduğu tarix Sertifikat üzrə əmanətçinin məbləği tələb etdiyi tarix depozitin və ya əmanətdən istifadə edildiyi üçün (faizlə) gəlir dərəcəsi nəzərdə tutulan gəlir dərəcəsinin pul vahidi ilə göstərilməsi depozit Sertifikatı üçün emitent-bankın adı və ünvanı, əmanət bankı üçün yatırımçının ünvanı 2 nəfər bank müvəkkillərinin imzası bankın möhürü. == İstinadlar == == Mənbə == Kənan Aslanlı. Dövlət Maliyyəsi Terminləri Lügəti.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi - Azərbaycan Respublikasında depozitar və reyestr saxlayıcı kimi fəaliyyət göstərən dövlət təşkilatı. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir . Yeni qanuna əsasən qurum Azərbaycan Respublikasının Mərkəzi Depiztarı olacaq.
Defisit
Defisit (lat. deficit – “çatışmazlıq” mənasında işlənir) — zərər məxarici mədaxildən artıq olması deməkdir. == Balanslaşdırılmış büdcə == İdeal olaraq, dövlət büdcə sisteminin istənilən səviyyəsinin büdcəsi tarazlaşdırılmalıdır. Lakin müxtəlif amillərin (iqtisadi, siyasi, təbii və s.) Təsiri nəticəsində büdcə gəlirlərinin (vergi və vergi olmayan) büdcə sisteminin müvafiq səviyyəsi üçün lazım olan bütün xərcləri ödəməməsi vəziyyəti tez-tez yaranır. Balanslaşdırılmış büdcə prinsipi hər bir dövlətin büdcə sisteminin ən vacib prinsiplərindən biridir. Büdcə xərclərinin ümumi məbləğinin büdcə gəlirlərinin ümumi məbləğinə uyğun gəlməsindən ibarətdir. Eyni zamanda, büdcə gəlirləri yalnız büdcə gəlirləri deyil, həm də borc kimi digər mənbələr deməkdir. Beləliklə, büdcə kəsirinin özlüyündə xərclər və büdcə gəlirlərinin ümumi məbləği arasında bərabərliyin əldə edilməsi vəziyyətində bir dengesizlik demək deyil. Balanssız bir büdcə (yəni xərclərin həcminin gəlirləri üstələdiyi bir büdcə) əslində büdcə adlandırıla bilməz, çünki həyata keçirilməsi açıq-aşkar real deyil. Büdcə profisiti ilə (gəlir hissəsinin xərc hissəsindən çox olması ilə) mənfi nəticələrə səbəb olur.
Deport
Nərimanov (elektrik deposu)
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Xocəsən (elektrik deposu)
Xocəsən — Bakı metrosunun sayca ikinci elektrik deposu. Bənövşəyi xəttin bir hissəsini təşkil edir. Xocəsən metrostansiyasının yanında yerləşir. == Tarixi == "Xocəsən" elektrik deposunun açılışı 23 dekabr 2022-ci ildə baş tutmuşdur. Açılışda Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. Elektrik deposunun tikintisi üç mərhələli plan üzrə aparılmış və birinci mərhələ başa çatmışdır. Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək.İkinci mərhələdə məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq. Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi planlaşdırılır. == Xüsusiyyətlər == Elektrik deposu 24 hektardan çox ərazini əhatə edir. Depoda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.