Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daşbaşı
Daşbaşı (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Daşbaşı (Zəngəzur) — Qərbi Azərbaycannın Qafan rayonununda kənd. Daşbaşı (Kvemo-Kartli) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd.
Başdaşı
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Dikdaş
Dikdaş (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dikdaş dağı — Culfa rayonu ərazisində dağ Dikdaş — Gədəbəy və Ağdərə r-nları sərhədində dağ. Dikdaş — Kəlbəcər rayonu ərazisində dağ; Dikdaş — Tovuz rayonunun c.-unda, Böyük QıĢlaq kəndindən q.-də dağ.
Bildaşı (Germi)
Bildaşı (fars. بيلداشي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (51 ailə).
Daşbaşı (Ağdam)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Qafan)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Daşbaşı (Xocalı)
Daşbaşı — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Daşbaşı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbaşı kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır. Dağətəyi ərazidədir. Oykonim daş (burada "qaya" mənasındadır) və başı (üstü) sözlərindən düzəlib, "qaya üstündə kənd" deməkdir.
Daşbaşı (Xocavənd)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Daşbaşı (Xudafərin)
Daşbaşı (fars. داش باشي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Daşbaşı (Zəngəzur)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Daşbaşı dağı
Daşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən 3,5 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər, cənub yamacı sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Daşbaşı asimmetrik antiklinalın tağ hissəsində yerləşir. Zirvəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.
Daşbaşı faciəsi
Daşbaşı qətliamı — Birinci Qarabağ müharibəsi zamanı 1993-cü il avqustun 14-dən 15-də ötən gecə, saat 04:00-05:00 radələrində Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələri tərəfindən Cəbrayıl rayonunun mühafizəsi üçün strateji əhəmiyyətə sahib olan Daşbaşı postuna olan hücumdur. Hücum zamanı mövqelərdə olan 28 hərbçidən 18-i öldürülmüşdür. Postun ermənilər tərəfindən nəzarətə alınmasından bir həftə sonra Cəbrayıl şəhəri işğal edilmişdir. == Döyüşlər == Cəbrayıl rayonunun eksklavı, Xocavənd rayonunun isə anklavı olan Daşbaşı rayon üçün strateji əhəmiyyətə sahib idi. Kəndin mühafizəsi üçün post qurulmuşdu. Məhz bu səbəbə görə də uzun müddət hərbi xidmətdə olmuş və döyüş təcrübəsi olan əsgərlər o posta göndərilmişdir. Daşbaşı mövqeyi irəlidə döyüşən Azərbaycan əsgərlərinə artilleriya dəstəyinin verilməsi və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərin hava rabitəsi ilə verdiyi məlumatlar əsasında açdıqları yaylım atəşlərlə erməni mövqelərinə zərbələrin endirilməsi idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol cinahında ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ cinahında isə Daşbaşı məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda zenitçilər durmuşdular. Avqustun 14-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələrinin posta birinci hücumu olmuşdur.
Daşbaşı (Barmaqsız)
Daşbaşı (gürc. დაშბაში) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd. Çoçiani yaylasında, dəniz səviyyəsindən 1,500 metr yüksəklikdə, Tsalkadan 2,5 km məsafədə yerləşir. 2014-cü ilin məlumatına görə, kəndin əhalisi 295 nəfərdir. == Tarixi == Kəndin tarixi adı Axalkalakidir. Bu ərazi eneolit dövrünə aid silahların kəşfi əsasında məlum olmuşdur ki, qədim zamanlardan insanlar tərəfindən məskunlanmışdır. Yaxınlıqdakı kanyonda e.ə. VI–V əsrlərə aid mağaralar var. Bu regionun urbanizasiyası Gürcüstanda "yeni şəhərləşmə" dövründə, IX–X əsrlərdə baş vermişdir və buradan keçən yolun inkişafı ilə sıx bağlıdır. 1392-ci ilə aid qeydlərdə katolik mülklərində Axalkalakinin adı çəkilir.
Dikdaş (Germi)
Dikdaş (fars. ديك داش‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (46 ailə).
Dikdaş (Gədəbəy)
Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır. 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dikdaş dağı
Dikdaş dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1411,0 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli Pilələr qolunun suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş, cənub və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının cənub-qərb qanadında yerləşir.
Distasis
Chaetopappa (lat. Chaetopappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Daşbaşı qətliamı (1993)
Daşbaşı qətliamı — Birinci Qarabağ müharibəsi zamanı 1993-cü il avqustun 14-dən 15-də ötən gecə, saat 04:00-05:00 radələrində Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələri tərəfindən Cəbrayıl rayonunun mühafizəsi üçün strateji əhəmiyyətə sahib olan Daşbaşı postuna olan hücumdur. Hücum zamanı mövqelərdə olan 28 hərbçidən 18-i öldürülmüşdür. Postun ermənilər tərəfindən nəzarətə alınmasından bir həftə sonra Cəbrayıl şəhəri işğal edilmişdir. == Döyüşlər == Cəbrayıl rayonunun eksklavı, Xocavənd rayonunun isə anklavı olan Daşbaşı rayon üçün strateji əhəmiyyətə sahib idi. Kəndin mühafizəsi üçün post qurulmuşdu. Məhz bu səbəbə görə də uzun müddət hərbi xidmətdə olmuş və döyüş təcrübəsi olan əsgərlər o posta göndərilmişdir. Daşbaşı mövqeyi irəlidə döyüşən Azərbaycan əsgərlərinə artilleriya dəstəyinin verilməsi və hava hücumundan müdafiə məqsədi ilə yaradılmışdı. Bu mövqenin vəzifəsi ön cəbhədə döyüşən əsgərlərin hava rabitəsi ilə verdiyi məlumatlar əsasında açdıqları yaylım atəşlərlə erməni mövqelərinə zərbələrin endirilməsi idi. Bu məqsədlə Daşbaşı mövqeyinin sol cinahında ucalan iri və tənha armud ağacının adı ilə adlandırılan "Armudluq" postunda topçular, sağ cinahında isə Daşbaşı məzarlığının qarşısında yerləşdiyinə görə onun adına uyğun adlandırılmış "Qəbirstanlıq" postunda zenitçilər durmuşdular. Avqustun 14-də, səhər saatlarında Ermənistan silahlı qüvvələri və erməni hərbi birləşmələrinin posta birinci hücumu olmuşdur.
Daşbaşı (Kvemo-Kartli)
Daşbaşı (gürc. დაშბაში) — Gürcüstanın Tsalka bələdiyyəsinin Trialeti Sadabo icması kənd. Çoçiani yaylasında, dəniz səviyyəsindən 1,500 metr yüksəklikdə, Tsalkadan 2,5 km məsafədə yerləşir. 2014-cü ilin məlumatına görə, kəndin əhalisi 295 nəfərdir. == Tarixi == Kəndin tarixi adı Axalkalakidir. Bu ərazi eneolit dövrünə aid silahların kəşfi əsasında məlum olmuşdur ki, qədim zamanlardan insanlar tərəfindən məskunlanmışdır. Yaxınlıqdakı kanyonda e.ə. VI–V əsrlərə aid mağaralar var. Bu regionun urbanizasiyası Gürcüstanda "yeni şəhərləşmə" dövründə, IX–X əsrlərdə baş vermişdir və buradan keçən yolun inkişafı ilə sıx bağlıdır. 1392-ci ilə aid qeydlərdə katolik mülklərində Axalkalakinin adı çəkilir.
Hisaşi
Hisaşi — Yaponiya kişi adı. Bu adı olan tanınmışlar Hisaşi Kaneko — keçmiş Yaponiya futbolçusu. Hisaşi Kato — keçmiş Yaponiya futbolçusu. Hisaşi Kurosaki — keçmiş Yaponiya futbolçusu.
Daşların sirdaşı (film, 2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Daşbaşı Kanyonu Təbiət abidəsi
Daşbaşı və ya Tsalka kanyonu (gürc. წალკის კანიონი) — Gürcüstanda kanyon. Kanyon Anaxatır çay dərəsinin bir hissəsini təşkil edir. Kanyona ən yaxın kənd Daşbaşıdır. Tsalka şəhəri kanyonun 3 km-dir. Kvemo-Kartli bölgəsində yerləşən kanyonun dəniz səviyyəsindən hündürlüyü 1110-1448 metr arasında dəyişir. Daşbaşı kanyonundan bölgənin tanınmış Algeti milli parkına qədər olan məsafə 42 km-dir. == Ümumi məlumat == Daşbaşı kanyonu qədim vulkanik yaylanın eroziyaya uğraması nəticəsində meydana gəlmiş. Kanyonun ümumi uzunluğu 7 km-dir. Kanyon dəniz səviyyəsindən 1448 metr hündürlükdən başlayır və 1110 metr hündürlükdə bitir.
Beyker kistası
Beyker kistası və ya dizaltı kista (ing. Baker´s cyst) – diz oynağının arxa səthində sinovial cibdən və ya kapsulanın zəifliyi nəticəsində sinovial membranın qabarmasıdır. Dizaltı çuxurda minimal ağrı ilə gedən şişkinlik yaranır.
Ako qisası
47 ronin və ya Ako qisası — XVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir. == Səbəb == 1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir. Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir. == Qisas əməliyyatının həyata keçirilməsi == 47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.
Hisaşi Kaneko
Hisaşi Kaneko (d. 12 sentyabr 1959) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Hisaşi Kato
Hisaşi Kato (d. 24 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.
Hisaşi Kimura
Hisaşi Kimura (木村 栄, Kimura Hisaşi, 10 sentyabr 1870, Kanazava – 26 sentyabr 1943, Setaqaya, Tokio) – Yaponiya astronomu. O, coğrafi enliklərin variasiyalarını müşahidə edərək onları hesablamaq üçün bərabərlik tərtib etmişdir. == Həyatı == Hisaşi Kimura 1870-ci ildə Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində doğulmuşdur. 1892-ci ildə Tokio Universitetinin nəzdində olan Elm kollecinin astronomiya fakültəsindən məzun olmuşdur. Daha sonra Tokio Astronomiya Rəsədxanasında işləməyə başlamış və 1899-cu ildə Mizusava Enlik Rəsədxanasının ilk direktoru seçilmişdir. Bu rəsədxana Beynəlxalq Enlik Xidmətinin yaranması ilə əlaqədar olaraq qurulmuş 6 stansiyadan biri idi. Kimura burada qütblərin hərəkəti nəticəsində yaranan enlik variasiyalarını tədqiq etməyə başlamışdır. Həmin dövrdə qütblərin hərəkətindəki dalğalanmanı ifadə etmək üçün iki termdən istifadə olunsa da, stansiyalarda müşahidə olunan variasiyalar gözlənilməz nəticələr vermişdi. Kimura 1902-ci ildə müşahidə olunan enlik variasiyalarının 3 termlə daha yaxşı ifadə olunacağını bildirmişdir və təqdim etdiyi term Kimura termi adlanmağa başlamışdır. Kimuranın 1902-ci ildəki qeydləri "Astronomical Journal" və "Astronomische Nachrichten" jurnallarında nəşr olunmuşdur.
Hisaşi Kurosaki
Hisaşi Kurosaki (d. 8 may 1968) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 4 qol vurub.
Tomori şisası
Tomori daş şiri (富盛のシーサー, Tomori no şisa) – Yaponiyanın Okinava prefekturasının Yaese qəsəbəsində yerləşən şisa. == Tarixi == Şisa Okinava mədəniyyətində şirə oxşayan heykəllərdir və adanın mədəni simvollarından biridir. Okinavada ilk şisanın 1689-cu ildə Tomori kəndində quraşdırıldığına inanılır. 1740-cı illərdə yazılmış Ryukyu krallığının xronikaları olan "Kyuyo" əsərində qeyd olunur ki, Tomori kəndinin əhalisi tez-tez baş verən yanğınlardan əziyyət çəkirdi. Bu zaman fenşey təlimi ilə məşğul olan bir şəxs onlara Alov dağı kimi tanınan Yaese dağına tərəf baxan daş şir quraşdırmağı məsləhət görmüşdür. 1689-cu ildə Ciri-qusuku məbədinin yerləşdiyi təpənin başına Tomori daş şiri yerləşdirilmişdir. İnanca görə Tomori daş şiri daha sonra digər kəndlər tərəfindən imitasiya olunaraq bütün Okinavaya yayılmış, əvvəl apotropoik heykələ, daha sonra yerli mədəniyyət simvoluna çevrilmişdir. Keçmişdə yerli əhali bu heykəlin ətrafına yığışır, rəqs edərək onları yanğından qoruması üçün dua edirdi. === İkinci Dünya müharibəsi === İkinci Dünya müharibəsi zamanı baş vermiş Okinava döyüşündə Tomori daş şiri ABŞ əsgərləri tərəfindən sipər kimi istifadə olunmasına görə tanınmışdır. Belə bir anı əks etdirən, 18 iyun 1945-ci ildə çəkilmiş foto Okinava döyüşünün ikonik fotolarınan biri olmuşdur.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.