Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diferensial Diaqnoz
Diferensial diaqnoz (lat. differentia "fərq") — tibbdə oxşar simptomları olan hər hansı bir fakta uyğun olmayan xəstəlikləri istisna edən diaqnostik üsuldur və diaqnozun nəticəsi yeganə ehtimal olunan xəstəliyi üzə çıxarmalıdır. == Kompüter texnologiyasından istifadə == Diferensial diaqnozu tam və ya qismən aparmağa imkan verən kompüter proqramları mövcuddur. Şizofreniya, Lyme xəstəliyi və ya pnevmoniya kimi xəstəliklərin diaqnozu üçün nəzərdə tutulmuş sistemlər və QMR, DiagnosisPro, və VisualDx kimi proqramlar var.
Yekun diaqnoz (roman)
Yekun diaqnoz — Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == Rusiyanın ən məşhur alim və siyasətçilərindən birinin ölümü ən azı yöndəmsiz görünürdü. Əslində, kristal kimi təmiz şərəfinə görə əfsanəyə çevrilmiş bir adamı kim güllələyə bilərdi? Bundan başqa, qatil, Moskva ətrafının ən elit və ən yaxşı mühafizə olunan qəsəbəsinə gözə görünmədən necə girə bilərdi? Bunun ardınca isə yeni – birinci qurbanın bağ qonşusunun ondan heç də az qəribə olmayan qətlindən sonra rəsmi təhqiqat dalana dirənir. Beləcə, agent Dronqonun karyerası boyunca ən çətin işlərindən biri başlayır. O iş ki, orda suallar getdikcə artır, cavablar isə yoxdur ki, yoxdur… == Obrazlar == Dronqo; Edqar Veydemanis; Leonid Aleksandroviç Potapov; Fyodor Qriqoryeviç Qluşkov və d.
Sianoz
Sianoz — dəri və selikli qişanın göyümtül rəngə boyanmasıdır. Sianoza səbəb qanda oksigenin azalması, oksigenin hemoqlobinlə birləşməməsidir.
Diagenez
Diagenez, Gumbel, 1888; Walter, 1893 - etimoloji baxımdan diagenez sözu "dəyişilmə" və ya "yenidən əmələ gəlmə" mənasını verir. Elə buna görə də onu iki mənada işlədirlər. Tədqiqatçıların bir qisimi diagenez dedikdə çöküntünün ilk halından metamorfizmə qədər olan bütün dəyişilmələr məcmusunu nəzərdə tutur və Qərb litoloji ədəbiyyatında diagenez məhz bu mənada başa düşülür. Digər tədqiqatçılar isə çöküntü yalnız ilk anlarda, yəni onun çöküntü süxura çevrilməsinə qədər baş verən dəyişilmələri nəzərdə tutur və sonrakı dəyişmələri isə xüsusi mərhələlər (katagenez və metagenez), yaxud da erkən metamorfizm mərhələsi kimi ayırırlar. Rus və Azərbaycan geoloji ədəbiyyatında diagenez məhz bu mənada işlədilir. == Diagenezin geokimyası == Diagenezin geokimyası formalaşmaqda olan çöküntü süxurlarda kimyəvi elementlərin miqrasion prosesləri (o cümlədən səpələnmə və konsentrasiya). Erkən və gec diagenez mərhələləri üçün bu proseslər müxtəlif olur. Diagenezin erkən mərhələsində geokimyəvi proseslər əsasən hipergen tipli olub oksidləşmə proseslərinin üstünlük təşkil etməsi, həll olma və yenidən kristallaşma, su axını təsirindən maddələrin yerdəyişməsi, həmçinin dibyanı makro- və mikroorqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan müxtəlif dəyişilmələrlə səciyyələnir. Diagenezin gec mərhələsində kimyəvi elementlərin miqrasiyasının əsas şərti sərbəst oksigenin itməsidir. Bu zaman oksigen parçalanan üzvi maddələrin oksidləşməsinə, Elektrik hərəkəti qiymətini mənfi 500 mV qədər azalması ilə bərpaedici mühitin inkişafına sərf olunur.