DİÁQNOZ

[ yun. ] tib. Xəstəni hərtərəfli müayinə nəticəsində onun xəstəliyinin müəyyən edilməsi.
Əziz əlini ürəyinin üstünə qoyandan sonra həkim diaqnozunun dürüstlüyünə daxilən sevindi. Ə.Vəliyev.
Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm. Mir Cəlal.

□ Diaqnoz qoymaq – xəstəni hərtərəfli müayinə edərək onun xəstəliyini təyin etmək.
Uranla zəhərlənmələrin diaqnozunu qoymaq üçün sidikdə albuminlərin, amin turşularının tapılmasının … böyük əhəmiyyəti vardır. A.Qarayev.

DİAQNÓSTİKA
DİAQONÁL
OBASTAN VİKİ
Diferensial Diaqnoz
Diferensial diaqnoz (lat. differentia "fərq") — tibbdə oxşar simptomları olan hər hansı bir fakta uyğun olmayan xəstəlikləri istisna edən diaqnostik üsuldur və diaqnozun nəticəsi yeganə ehtimal olunan xəstəliyi üzə çıxarmalıdır. == Kompüter texnologiyasından istifadə == Diferensial diaqnozu tam və ya qismən aparmağa imkan verən kompüter proqramları mövcuddur. Şizofreniya, Lyme xəstəliyi və ya pnevmoniya kimi xəstəliklərin diaqnozu üçün nəzərdə tutulmuş sistemlər və QMR, DiagnosisPro, və VisualDx kimi proqramlar var.
Yekun diaqnoz (roman)

Значение слова в других словарях