Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diferensial Diaqnoz
Diferensial diaqnoz (lat. differentia "fərq") — tibbdə oxşar simptomları olan hər hansı bir fakta uyğun olmayan xəstəlikləri istisna edən diaqnostik üsuldur və diaqnozun nəticəsi yeganə ehtimal olunan xəstəliyi üzə çıxarmalıdır. == Kompüter texnologiyasından istifadə == Diferensial diaqnozu tam və ya qismən aparmağa imkan verən kompüter proqramları mövcuddur. Şizofreniya, Lyme xəstəliyi və ya pnevmoniya kimi xəstəliklərin diaqnozu üçün nəzərdə tutulmuş sistemlər və QMR, DiagnosisPro, və VisualDx kimi proqramlar var.
Yekun diaqnoz (roman)
Sianoz
Sianoz — dəri və selikli qişanın göyümtül rəngə boyanmasıdır. Sianoza səbəb qanda oksigenin azalması, oksigenin hemoqlobinlə birləşməməsidir.
Yevgeni Dianov
Yevgeni Dianov (31 yanvar 1936, Tyoplo-Oqaryovsk rayonu[d], Moskva vilayəti – 30 yanvar 2019, Moskva) – rus fiziki, akademik. 2002-ci ildən Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin üzvü. SSRİ Dövlət mükafatı laureatı (1974). Rusiya Federasiyasının Dövlət mükafatı laureatı (1998). Moskva Dövlət Universitetini bitirmişdir (1960). 1960–83 illərdə SSRİ EA-nın P. N. Lebedev adına Fizika İnstitutunda, 1983-cü ildən Rusiya Elmlər Akademiyasının Ümumi fizika institutunda işləmişdir, 1994-cü ildən bu institutun nəzdində Lif Optikası Elmi Mərkəzinin direktoru olub. Əsas elmi işləri lazer fizikası və lif optikasına aiddir. Dianovun rəhbərliyi altında lif işıqötürənlər üzrə lazer şüalanmasının yayılmasım müşayiət edən hadisələr aşkar edilib öyrənilmiş, yeni tipli şüşə lif işıqötürənlər işlənib hazırlanmış və lif lazerlərinin yeni nəsli yaranmışdır.
Süleyman Bəşir Diaqne
Süleyman Bəşir Diaqne (fr. Souleymane Bachir Diagne. fransız: [djaɲ]; 8 noyabr 1955, Sen-Lui (Seneqal)) — Seneqal və Fransa filosofu. Onun yaradıcılığı məntiq və riyaziyyat tarixi, qnoseologiya, islam dünyasında fəlsəfə ənənəsi, şəxsiyyətin formalaşması, Afrika ədəbiyyatı və fəlsəfələrinə həsr olunmuşdur. == Əsərləri == === Kitabları === ingiliscə Open to Reason: Muslim Philosophers in Conversation with the Western Tradition, Translated by Jonathan Adjemian, Columbia University Press (2018). The Ink of the Scholars: Reflections on Philosophy in Africa (2016). African Art as Philosophy: Senghor, Bergson, and the Idea of Negritude, Translated by Chike Jeffers, (2011). fransızca Le fagot de ma mémoire (2021) Comment philosopher en Islam (2010) Léopold Sédar Senghor: l’art africain comme philosophie. Paris: Riveneuve Editions, 2007. 100 mots pour dire l’islam.
Diagenez
Diagenez, Gumbel, 1888; Walter, 1893 - etimoloji baxımdan diagenez sözu "dəyişilmə" və ya "yenidən əmələ gəlmə" mənasını verir. Elə buna görə də onu iki mənada işlədirlər. Tədqiqatçıların bir qisimi diagenez dedikdə çöküntünün ilk halından metamorfizmə qədər olan bütün dəyişilmələr məcmusunu nəzərdə tutur və Qərb litoloji ədəbiyyatında diagenez məhz bu mənada başa düşülür. Digər tədqiqatçılar isə çöküntü yalnız ilk anlarda, yəni onun çöküntü süxura çevrilməsinə qədər baş verən dəyişilmələri nəzərdə tutur və sonrakı dəyişmələri isə xüsusi mərhələlər (katagenez və metagenez), yaxud da erkən metamorfizm mərhələsi kimi ayırırlar. Rus və Azərbaycan geoloji ədəbiyyatında diagenez məhz bu mənada işlədilir. == Diagenezin geokimyası == Diagenezin geokimyası formalaşmaqda olan çöküntü süxurlarda kimyəvi elementlərin miqrasion prosesləri (o cümlədən səpələnmə və konsentrasiya). Erkən və gec diagenez mərhələləri üçün bu proseslər müxtəlif olur. Diagenezin erkən mərhələsində geokimyəvi proseslər əsasən hipergen tipli olub oksidləşmə proseslərinin üstünlük təşkil etməsi, həll olma və yenidən kristallaşma, su axını təsirindən maddələrin yerdəyişməsi, həmçinin dibyanı makro- və mikroorqanizmlərin həyat fəaliyyəti ilə bağlı olan müxtəlif dəyişilmələrlə səciyyələnir. Diagenezin gec mərhələsində kimyəvi elementlərin miqrasiyasının əsas şərti sərbəst oksigenin itməsidir. Bu zaman oksigen parçalanan üzvi maddələrin oksidləşməsinə, Elektrik hərəkəti qiymətini mənfi 500 mV qədər azalması ilə bərpaedici mühitin inkişafına sərf olunur.