Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dimitri Jeltov
Dimitri Jeltov (tam adı: Dimitri Stepanoviç Jeltov, erz. Дмитрий Степанович Желтов, rus. Дмитрий Степанович Желтов; 1890, Napolnoye[d], Simbirsk quberniyası[d] – 1961, Bişkek) — partiya işçisi. == Bioqrafiyası == Dmitri Stepanoviç Jeltov 1890-ci ildə Napolnoe Alatır kəndində (indiki Pores rayonu) anadan olmuşdur. 1910-cu ildə Pores müəllimlər seminariyasını bitirmişdir. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Vətəndaş müharibəsinin iştirakçısıdır. 1914-cü ildə orduya çağırılmışdsır. 1918-ci ildə Komunist partiyası Alatır qəza komitəsində fəaliyyət göstərmişdir. 1921-24-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mordoviya katibi işləmişdir.
Dimitri Kipiani
Dmitri İvanoviç Kipiani (gürc. დიმიტრი ივანეს ძე ყიფიანი, 14 aprel (26), 1814, Mereti, Tiflis quberniyası - 24 oktyabr (5 noyabr) 1887, Stavropol, Rusiya imperiyası) - gürcü siyasətçisi, publisist, yazıçı və tərcüməçisi. == Həyatı == O dövrdə artıq Rusiya imperiyasının bir hissəsi olan Mereti kəndində (Qori yaxınlığında) knyaz ailəsindən törəyən bir ailədə dünyaya gəlmişdir. 1830-cu ildə 1-ci Tiflis zadəgan məktəbini bitirib, sonra onun əsasında yaradılan gimnaziyada müəllim işləyib. 1832-ci ildə Gürcüstanın müstəqilliyi məqsədi ilə gürcü zadəganlarının çar hakimiyyətinə qarşı çevrilişdə iştirak etmışdir. Buna görə Voloqda şəhərinə sürgün edildi və burada qısa müddət qqubernator dəftərxanasında çalışmışdır. 1837-ci ildə Dmitri Kipianiyə Gürcüstana qayıtmağa icazə verildi. O, burada dövlət qulluğuna girdi və 1864-cü ilə qədər qubernatorluqda müxtəlif vəzifələrdə çalışdı. 1861-ci ildə, təhkimçiliyin ləğv etmək islahatı zamanı, Dmitri Kipianiyə Gürcü zadəganları ilə danışıqlar aparmaq və Gürcüstanda təhkimçiliyin ləğv edilməsinin şərtlərini hazırlamaq həvalə edildi. 1862-ci ildəki Kipianinin planına görə, kəndlilər torpaq almadı, ancaq torpaq sahiblərinə kirayə haqqı ödəməli oldular.
Dimitri Kodzokov
Dmitri Stepanoviç Kodzokov (doğum adı — Lukman Kodzokov, Лэкъумэн Къуэдзокъуэ; 1818 – 1893) — Kabardalı ictimai xadimi. == Həyatı == Dmitri Kodzakov Dağ-Qafqaz eskadronu, leyb-qvardiyasında xidmət edən Maqomet Kodzakovun oğludur. 1820-ci illərin sonlarından Moskvada, Aleksey Xomyakovun ailəsində böyüyür. 1834-cü ildə məzunu olduğu professor Pavlovun xüsusi internat məktəbinə göndərilir. 1838-ci ildə Moskva Universitetinin Fəlsəfə Fakültəsinin 1-ci (Tarixi və Filologiya) bölməsini bitirir (Moskva Universitetini bitirən ilk Kabardalı). Burada "Qafqazın Təsviri" əsəri tələbə yazı müsabiqəsində birinci yerlərdən birini tutur. 1839-cu il iyulun sonunda Kodzokov Şimali Qafqaza, vətəninə qayıdır. Burada Kodzokov nümunəvi təsərrüfatların təşkili planlarını: dağlıların görə və mənimsəyə bildikləri kənd təsərrüfatının mütərəqqi formalarınını, yeni yiyələndikləri sənətkarlıq sahələri, onu övladlığa götürən valideynləri Xomyakovlara yazdığı məktublarda Avropa ev tikmə bacarıqları və məişət rahatlığı planlarını hazırlamağa başladı. Kodzokov Qafqaza gəldiyi ilk gündən at yetişdirməyə maraq göstərdi. Hələ 1840-cı ildə Xomyakovlar ailəsinə yazdığı məktubda qeyd edirdi: "Kunaklardan mənə bağışlanan atlardan, mal-qaradan və qoyunlardan təsərrüfat sakinləri üçün nümunəvi təməl qoymaq niyyətindəyəm.
Dimitri Kramarenko
Dmitri Kramarenko (12 sentyabr 1974, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet və azərbaycanlı futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Hazırda Neftçi PFK qapıçılar üzrə məşqçisidir. Sovet futbolçusu Sergey Kramarenkonun oğludur. == Bioqrafiyası == Bakının Neftçi klubunun yetirməsidir. İlk əvvəllər müdafiəçi mövqeyində məşqlərə qatılsada sonradan qapıçı olmuşdur. Profesional şəkildə Bakının Dinamo GOHM FK 1991-ci ildə debüt etmişdir. Növbəti il Azərbaycan Yüksək Liqasında Neftçi klubunun şərəfini qorumuşdur. 1993-cü ildə Moskvanın Dinamo klubundan təklif alır. Qapıçı bunu müsbət qarşılasa da Neftçi futbolçunu həvəssiz buraxmalı olur.
Dimitri Nəzərov
Dmitri Nazarov (4 aprel 1990, Tayınşa[d]) — Azərbaycanlı futbolçu. Almaniyanın 3-cü Liqa təmsilçisi "Ertsqebirqe Aue" komandasında çıxış edir. Dimitri Nazarov həmçinin 2014-cü ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 40 oyunda meydana daxil olan Dimitri Nəzərov 8 qol vurub. == Həyatı == Dimitri Nəzərov 4 aprel 1990-cı ildə Qazaxıstanın Tayınşa şəhərində anadan olub. Babası əslən azərbaycanlı olan Dimitri Nəzərov, 1 yaşı olanda ailəsi ilə birgə Almaniyaya köçüb. == Komanda karyerası == === Karlsrue FK === == Nəticələri == == Azərbaycan yığması karyerası == 2014-cü ilin may ayında Dimitri Nəzərov, Berti Foqts tərəfindən Amerika Birləşmiş Ştatları ilə oyun üçün Azərbaycan yığmasının heyətinə çağırıldı. 27 may 2014-cü ildə ABŞ-yə qarşı baş tutan yoldaşlıq oyununda, 60-cı dəqiqədə Vaqif Cavadovun əvəzinə meydana daxil olaraq Azərbaycan yığmasında debüt etdi. Dimitri Nəzərov 9 sentyabr 2014-cü ildə Bolqarıstana qarşı keçirilən UEFA Avro 2016-nın seçmə mərhələ oyununda 35 metrədən möhtəşəm qol vuraraq Azərbaycan yığmasında birinci qolunu vurdu. 2015-ci ildə Dimitri Nəzərov UEFA Avro 2016-nın seçmə mərhələsində Malta ilə baş tutan və Serbiyaya qarşı keçirilən yoldaşlıq oyunda qol vurdu.
Dimitri Ovçarov
Dimitri Ovçarov (2 sentyabr 1988) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Dimitri Ovçarov Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Dimitri Ovçarov Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə və Komanda turnirində bürünc medalarlın sahibi olub. Dimitri Ovçarov Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Dimitri Şevardnadze
Dimitri Şevardnadze (gürc. დიმიტრი შევარდნაძე; 1 dekabr 1885 – 1937, Tbilisi) — gürcü rəssamı, sənət kolleksiyaçısı və İosif Stalin repressiyaları zamanı Böyük təmizləmə qurbanı ziyalı. == Həyat == Gürcüstanın qərbində, o zaman Rusiya İmperiyasının bir hissəsi olan Quriya əyalətində kiçik bir kənd olan Baxvidə anadan olub, Sankt-Peterburq və Münhen rəssamlıq akademiyalarında təhsil alıb. Gürcüstana qayıtdıqdan sonra o, 1916-cı ildə Gürcüstan Rəssamları Assosiasiyasını yaradıb və ona rəhbərlik edib. O, həmçinin Milli İncəsənət Qalereyasının (1920) və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının (1922) yaradılmasına kömək etmişdir. O, bir sıra opera və teatr tamaşalarını, kinofilmləri bəzəyib, Tbilisi Dövlət Universitetinin rəsmi loqosunu tərtib edib. Həmçinin orijinal gürcü çapının, poçt markalarının və əskinaslarının dizaynını hazırlayıb. == Üsyan == 1937-ci ildə Gürcüstanın kommunist başçısı Lavrentiy Beriya Tiflisdəki orta əsr Metexi kilsəsini dağıtmaq niyyətində idi, lakin Dimitri Şevardnadzenin başçılıq etdiyi bir qrup gürcü ziyalısının inadkar müqaviməti ilə qarşılaşdı. Beriya müqavimətə cavab olaraq bildirir ki, hazırkı kilsə yerinə onun miqyaslı maketini insanların görə bilməsi üçün muzeydə saxlamaq kifayətdir. Daha sonra isə Şevardnadzeyə özəl olaraq bildirir ki, kilsəni xilas etmək səylərindən əl çəksə onu gələcək muzeyin direktoru təyin edəcəklər.
Müqəddəs Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Fessalonikili Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Solunlu Dimitri
Solunlu Dimitri və ya Fessalonikili Dimitri (yun. Δημήτριος της Θεσσαλονίκης), həmçinin Dimitri Mirotçets (yun. Δημήτριος ο Μυροβλύτης; ən tezi 270 və ən geci 281, Saloniki – təq. 306, Saloniki) — xristian müqəddəs, böyük əzabkeş kimi qarşılanır. İmperator Maksimian dövründə təqibə məruz qalmışdır.
Dimitri Kantakuzin
Dimitri Kantakuzin ( bolq. Димитър Кантакузин; XV əsr, Novo Brdo, Priştina rayonu – 1487, Qara dəniz) - (yunan və serb yunan mənşəli mənbələrinə görə) XV əsrin ikinci yarısında yaşamış bolqar ilahiyyatçı. XV əsrin Bolqar ədəbiyyatı onun birbaşa varisi olduğu üçün Tırnovo Kitab məktəbinin nümayəndəsi hesab olunur O, Osmanlı İmperiyasında yüksək vəzifə tutmuş, ədəbi fəaliyyətin inkişafına himayədarlıq etmiş və 1469-1479-cu illərdə Rila monastırında yaşamışdır. 1469-cu ildə "Zaqreb Kolleksiyası" nı yazmağı tapşıran görkəmli yazıçı Vladislav Qramatik ilə əlaqələri olmuşdur. Əsərlərini bolqar və yunan dillərində yazmışdır. Onun üslubu emosional-lirik olaraq müəyyən edilir. Dimitri Kantakuzin ilk başda Kantakuzinlər sülaləsi ilə əlaqəlidir və Bolqarıstan kralı Aseni ailəsinin nəslindən olan Georgiy Brankoviçin ikinci arvadı İrina Kantakuzinanın qohumudur. İrinanın George Brankoviç ilə evli olsa da, Kantakuzenlərin bəziləri Moraviya despotizminə keçdilər. Beləliklə, Dimitri Kantakuzinin atası 1435-ci ildə Dimitrinin doğulduğu Novo Brdo qeysəri təyin edildi. Onun kiçik qardaşları Yan (İohann), Aleksey və Georgi idi.
Dimitri Çupovski
Dimitri Çupovski (mak. Димитрија Чуповски;8 noyabr 1878 – 29 oktyabr 1940, Leninqrad) — Makedoniyalı ictimai xadim, filoloq və leksikoqraf, "Makedon dili" dərsliklərinin müəllifi. == Həyatı == Dimitri Çupovski Osmanlı imperiyasının (indiki Şimali Makedoniya) Papradişte kəndində (indiki Çaşka icmasına daxildir) anadan olub. Onu atası, o, hələ dünyaya gəlməmiş vəfat edib. Çupovskinin 10 yaşı olanda yaşadığı kənd yandırılır və o, ailəsi ilə birgə anasının doğulduğu Kruşevo kəndində məskunlaşır. Təhsilini tamamladıqdan sonra o, qardaşları ilə birlikdə iş üçün Sofiyaya getməli olur. Yeni yaradılmış Bolqarıstan çarlığının paytaxtında Çupovski gün ərzində çalışıb, Damyan Qruyev, Petar Pop Arsov və digər tələbələrin təşkil etdiyi məktəbdə də təhsilini davam etdirib. Sonraki təhsilini Çupovski, Belqrad və Sankt-Peterburqda davam etdirib. O zaman Sankt-Peterburqda yaşayan bolqar inqilabçı Xristo Şaldev Çupovskini rusiyayönlü baxışları olan şəxs kimi xarakterizə edirdi. Sankt-Peterburq və Daxili Makedoniya İnqilabi Təşkilatında gizli Makedoniya dərnəyinin üzvü Şaldevin fikrincə, Çupovski serb professorlar Stoyan Novakoviç, Yovan Sviyiç və Aleksandr Beliç kimi ideoloqlardan təsirlənib.
Dimdim döyüşü
Dimdim döyüşü — Səfəvi imperiyası ilə Osmanlı imperiyasının sünni kürdləri arasında 1609–1610-cu illərdə baş vermiş döyüş nəzərdə tutulur. == Yer == Döyüş İranın şimal-qərbində, Urmiya gölünün ətrafındakı Bradost bölgəsindəki İslamdan əvvəlki dövrə aid Dimdim qalasında baş vermişdir. Əmir xan Lepzerin tərəfindən yenidən ucaldılan qala sonda Səfəvi qoşunu tərəfindən ələ keçirildi. Sonradan isə Osmanlı valisinin əmrilə dağıdıldı. Qalanın dağıdılmasına baxmayaraq, bu gün qalannı dəqiq yeri hələ də müəyyən edilə bilir. Qalanın yerində qalanın divarlarının bir hissəsi və bəzi tikinti materiallarının qalıqları hələ də qalır. == Döyüş == Döyüş Dimdim qalası ətrafında baş vermişdir. Dağılan qala 1609-cu ildə Əmir xan Lepzerin tərəfindən bərpa edildi. O, genişləyən bəyliyinin müstəqilliyini həm Osmanlıya, həm də Səfəvilərə qarşı müdafiə etmək istəyirdi. Buna görə də, Dimdim qalasını bərpa edərək, orada möhkəmlənməyi planlayırdı.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Toppuz dimdikli ördək
Toppuz dimdikli ördək (lat. Sarkidiornis melanotos) — Çütləşmə mövsümündə xüsusilə nəzərə çarpan toppuzabənzər üst dimdiyi səbəbiylə adını alan ördəklər fəsiləsinə daxil olan quş növü. Cənubi və Cənub-Şərqi Asiya, Afrika və Cənubi Amerikanın tropiklərində yaşayır. Sarkidiornis cinsinin yeganə növüdür. == Təsviri == Tipik bir ördəkdən daha çox bir qaz kimi görünür. Bədən uzunluğu 56–76 sm, çəkisi 1230–2610 q təşkil edir. Erkəklər dişilərdən bir qayda olaraq daha böyük görünür. Baş və boyun ağımtıl rəngdə olsa da qara ləkələrə sahibdir. Bəzən bu ləkələr o qədər çox olur ki, erkəklərin başları bütünlüklə qara rəngə çalır. Dişilər erkəklərə nisbətdə daha kiçik pipiyə sahib olurlar.
Dimdik-bazu əzələsi
== Həmçinin bax ==
Kimdir müqəssir (pyes)
"Kimdir müqəssir" (pyes) - Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qələmə alınan iki məclisdən ibarət vodevil. == Əsər haqqında == "Kimdir müqəssir" pyesi 1909-cu ildə Kaspi mətbəəsi tərəfindən Bakıda nəşr edilib. Əbdürrəhim bəy Haqverdiyevin 1909-cu ildə qələmə aldığı bu vodevil iki məclisdən ibarətdir. Vodevildə gənc ailə Mahmud və Baharın başına gələn hadisələr təsvir olunur. Yoxsulluqdan bezən Mahmud və Bahar həmişə varlı olmağın xəyalını qururlar. Onlara bu şəraiti Qasım bəy yaradır. Lakin buna baxmayaraq, sonda yenə yoxsullaşırlar. Bu yolla yazıçı varlı olmaq üçün insanın ağıllı olmağının vacibliyini vurğulayır. "Kimdir müqəssir" pyesi yazıçının məşhur əsərləri arasında yer almamasına rəğmən bəzi teatrların repertuarındadır. == Əsərin xülasəsi == Vodevilin əvvəlinci məclisi Mahmudun evində kənddə baş verir.
Müqəddəs Dimitri kilsəsi (Novoçerkassk)
Müqəddəs Dimitri Kilsəsi ( rus. Свя́то-Дими́триевский храм) — Novocherkasskda Rus Pravoslav kilsəsi. Müqəddəs Dimitriyə həsr olunmuşdur. Kilsə şəhər qəbiristanlığında yerləşir və buna görə bəzən Müqəddəs Dimitri qəbiristanlığı kilsəsi adlanır. == Tarixi == 1810-cu ilin payızında, şəhər qəbiristanlığının yerində Müqəddəs Dimitrinin taxta bir kilsəsi təqdis edildi. Bu taxta kilsə 1861-ci ilə qədər mövcud idi. Don kazağı Ataman Çomutov və Novoçerkassk arxiyepiskopu Conun təşəbbüsü ilə 1857-ci ildə taxta kilsənin yerində yeni bir daş kilsənin inşaatı başladı. İnşaat Don kazakları və müxtəlif tacirlər tərəfindən maliyyələşdirilmiş və 1859-cu ildə tamamlanmışdır. Layihənin memarı məşhur memar İvan Valpred idi. 1901-ci ildə kilsənin tərkibində bir kilsə məktəbi açıldı və hələ də fəaliyyətini davam etdirir.
Çadır-Lunqa Dimitri monastırı
Çadır-Lunqa Dimitri monastırı — Qaqauziyanın Çadır-Lunqa şəhərində yerləşən Rus Pravoslav Kilsəsinin Kahul və Komrat yeparxiyasının monastırı. == Tarixi == 1972-ci ilin sentyabr ayında Sovet hakimiyyəti şəhərin mərkəzində yerləşən Müqəddəs Dimitri kilsəsini partlatmışdır. 14 yaşlı Dimitri Kirioqlo xarabalıqların altından sağ qalan iki ikona çıxarda bilmişdir. 1980-ci illərin sonlarında Dimitri Kirioqlo Moskva Ruhani Akademiyasını bitirib Çadır-Lunqaya geri qayıtdı. 1988-ci ildə əhalidən yüzlərlə imza toplayaraq məbəd tikmək üçün SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət etdi. Ərizə qəbul edildi, lakin torpaq mərkəzdə deyil, şəhərdən kənarda, qəbiristanlığın yaxınlığında verildi. Yeni tikilmiş məbədin divarlarını Dimitri qızı Kseniya ilə birlikdə boyadılar. Dimitri həmçinin 17-ci əsr Balkan oyma tərzində ikonostas eskizlərini hazırlamışdır, hansıları ki sonra ukraynalı ustalar düzəltmişdilər. 7 oktyabr 2000-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Müqəddəs Dimitri kilsəsini monastıra çevirməyə qərar verdi. 27 iyul 2009-cu ildə rahibə Elisaveta (Popova) monastırın başçısı təyin edildi.
Sahibi kimdir? (film, 1988)
== Məzmun == Kinolent yeni təsərrüfatçılıq üsulları haqqındadır. Filmdə əsas obyekt respublikamızın İsmayıllı bölgəsindəki məşhur Kalinin adına kolxozdur. == Film haqqında == Film Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Süleyman Süleymanov, Ş.Hüseynov Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Məsləhətçi: M.Süleymanov == Sponsor == Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Dəniz cıdırı adaları
Dəniz cıdırı adaları (ing. Seahorse Islands) — uzun və ensiz formaya malik adalar. Adalar Alyaskanın sahilindən bir qədər aralıda ,Çukot dənizinin şelf sularında yerləşir. Perd köfəzi ilə Çukot dənizi arasıda qərarlaşır. Arxipelaq Franklindən 1,7 km (1,1 dəniz mili) şərqdə yerləşir. Adaların maksimal hündürlüyü 2 metr təşkil edir. Arxipelaqa daxil ən böyük ada 5 km uzunluğa malikdir. Sahilləri daim dəyişir.