Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Dolça (astrologiya)
== Dolça == (lat. Aquarius) 21 yanvar - 19 fevral Ünsürü - Hava Rəmzi - Dolça Rəngi - Mavinin müxtəlif çalarları Himayəçi planeti - Saturn Aparıcı motivi - Cəsur olması Rəmzi görkəmi - Göz Müsbət xüsusiyyətləri - Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli, idealistdir. Mənfi xüsusiyyətləri - Aqresivliyi, tez əsəbləşə bilməsi Uğurlu rəqəmi: - 2, 4 (4-ə bölünən bütün rəqəmlər), 8, 9, 11, 13.
Dolça (astronomiya)
Dolça (lat. Aquarius) — Zodiak qurşağında olan bürclərdən biri. Bu bürc haqqında ən qədim məlumatlar Babil Krallığı zamanındakı daş barelyeflərdə görünür. Ən parlaq ulduzu Sədalməlik adlanır. İkinci ən parlaq ulduzu Sadalsuuddur. Knidli Evdoksun, Aratoslu Solinin, Ptolomeyin antik ulduz kataloqlarına daxil edilmişdir. Messye (Messier) nömrələri M2, M72 və M73 olan ulduz topaları bu bürcə daxildir.
Dolça (bürc)
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dolça (dəqiqləşdirmə)
Dolça
Dolça bürcü
Dolça (astrologiya) — bürc Dolça (astronomiya) — Zodiak qurşağında olan bürclərdən biri.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolaşa
Dolaşa (lat. Coloeus monedula) (syn. lat. Corvus monedula) — qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü. Ənənəvi olaraq bu növü qarğa (Corvus) cinsinə aid etsələr də, müasir tədqiqatçılar dolaşanı dolaşa cinsinə aid edirlər. == Yarımnövləri == Corvus monedula monedula Linnaeus, 1758, Skandinaviyada yaşayır.. Corvus monedula spermologus (Vieillot, 1817). Qərbi və Mərkəzi Avropada yaşayır. Corvus monedula soemmerringii (Fischer, 1811). Şərqi Avropa, Ön və Mərkəzi Asiya.
Duruca
Duruca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Duruca — Oğuz rayonu ərazisində dağ. Duruca — Qax rayonu ərazisində çay. Duruca çayı (Şəki) — Şəki rayonu ərazisində çay. Durcaçay — Qəbələ rayonu ərazisində çay.
Qozluca
Qozluca (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisində kənd.
Solquca
Solquca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 25–30 km məsafədə yerləşir. Rayonun ən ucqar kəndlərindən biridir. Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430 nəfərdir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir. Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir. Ərazidə qaynayan mineral bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin əlacı hesab edilən və şöhrəti yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var.
Toxluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Toğluca
Toxluca — əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, sonralar Göyçə mahalında Çəmbərək rayonunda kənd (Çəmbərək rayonundan Göyçə mahalına aid olan 5 kənddən biri). Hal-hazırda Geğarkunik mərzində kənd. Ermənistan SSR AS RH-nin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur. Toponim Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində "dağ" mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü "bənd", "sədd", "çəpər" mənalarında işlənir. Toponim ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. "Dağlıq ərazi" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Molucca
Molusella (lat. Moluccella) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı halda molusella Azərbaycanda Kür-Araz, Mil-Muğan düzlərində yayılmışdır. Bu cinsə bir növ daxildir — hamar molusella (M.laevis). Bitkinin hündürlüyü 70 sm-ə qədər olub, böyük kasa yarpaqları borucuqlara birləşib. Onlar molusellaya gözəllik verir. Borucuqlarda gizlənən xırda ağ çiçəklər gözə çarpmır. Moluselladan quru kompozisiyalar yaratmaq üçün istifadə edirlər. Bunun üçün bitkiləri vaxtında qayçı ilə kəsirlər. Kəsilmiş bitkiləri dəstə bağlayaraq sərin və qaranlıq yerdə qurudurlar.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Diuca
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Ket Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. == Tərcümeyi-hal == Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Qozluca (Bostanabad)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (85 ailə).
Qozluca (Marağa)
Qozluca (fars. ‎‎قوزلوجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 544 nəfər yaşayır (106 ailə).
Qozluca (Sayınqala)
Qozluca (fars. قوزلوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (16 ailə).
Qozluca (Soyuqbulaq)
Qozluca (fars. قوزلوجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (29 ailə).
Qozluca (Xoy)
Qozluca (fars. قوزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (20 ailə).
Qozluca (Əcəbşir)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,320 nəfər yaşayır (312 ailə).
Riparia diluta
Riparia diluta (lat. Riparia diluta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Suluca (Heris)
Suluca (fars. سولوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (23 ailə).
Qozluca (Dərələyəz)
Qozluca — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. 1727-ci ilə aid mənbədə İrəvan əyalətinin Dərələyəz nahiyəsində Qozluca kəndin adı çəkilir. Həmin mənbədə qeyd olunur ki, kənddə adam yaşamır. Şiə olduqlarına görə köçüblər1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. "Qoz ağacı bol olan yer", "qozluq" mə'nasındadır.
Əlikösə (Duzluca)
Əlikösə — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Əlikosa kimi qeyd olunur. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər. Noyabrın 11-dən 12-nə keçən gecə XI Diviziya komandanlığı ermənilərə qarşı hücuma keçmiş və Türkiyə bayrağı İğdır bələdiyyəsinin binasına sancılmışdır. Bu hadisələrdən sonra 14 noyabrda ermənilər XV korpus komandiri Kazım Qarabəkir paşanın komandanlığı ilə Türkiyə ordusu tərəfindən Araz çayının şimalına doğru dəf edilmişdir. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafının Türkiyə ərazisi olduğu təsdiqlənmişdir. Kənd İğdır şəhər mərkəzinə 62 km, Duzluca şəhər mərkəzindən 26 km məsafədədir.
Duluçu
Şanyü Duluçu (v. 147) — bir hun əyanı idi, lakin hakimiyyətə imperator tərəfindən gətirilmiş və normalda heç bir gücü olmayan bir şanyü idi. 4 il şanyülükdən sonra ölmüşdü.