Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Homofob
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada birfobiya deyil. == Terminologiya və əlaqəli anlayışlar == === Terminin tarixi === "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. === Ensiklopedik təriflər === Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Domokoş Koşar
Domokoş Koşar (mac. Kosáry Domokos; 31 iyul 1913, Banska Ştyavnisa – 15 noyabr 2007, Budapeşt) — 1990-1996-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və yazıçısı. == Fəaliyyəti == Domokoş Selmecbanyada anadan olmuş və İkinci Dünya müharibəsi zamanı Macarıstanın Almaniya ilə əməkdaşlıq etməsinə qarşı çıxmışdır. 1956-cı ildə uğursuz Macarıstan inqilabından sonra kommunist rejiminə qarşı çıxdığı üçün həbs olunmuşdu. Domokoş 1990-cı ildə Macarıstan Elmlər Akademiyasının (MEA) prezidenti seçilmiş və 1993-cü ildə ikinci dəfə üç il müddətinə yenidən seçilmişdir. MEA-da daha yeni, daha demokratik qanunlar həyata keçirtmək üçün səy göstərmişdi. MEA-nı tənzimləyən yeni qanunlar 1994-cü ildə Macarıstan Parlamenti tərəfindən qəbul edilmişdir.Domokoş Koşar 15 noyabr 2007-ci ildə 95 yaşında Budapeşt şəhərində vəfat etmişdir.
Omolon çayı
Omolon çayı (saxa Омолоон) — Rusiyanın Uzaq Şərq regionunun şimalından axan çay. Kolıma çayının sağ və ən iri qoludur. Saxa, Çukotka muxtar dairəsi və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 1114 km təşkil edir. Çay hövzəsinin ümumi sahəsi 113 000 km²-dir. Çayın adı Yukagirlərin Omol ("yaxşı") qəbiləsinin adı və on ("çay") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni "Omol qəbiləsinin çayı" mənasını verir. == Hidroqrafiya == Başlanğıcını Otaykaçan silsiləsinin yamaclarından götürür və Kolyma silsiləsi arasındakı vadidə axır. Çay qar və yağış ilə qidalanır. Orta su axını təxminən 680 m³/s.