Homofob

Siz homoseksual münasibətləri məqbul hesab edirsinizmi? “Bəli” cavabını verən respondentlərin faizi (2013):

Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksualtransgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər.

"Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizmseksizmlə bərabər qoyulur.[2] "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada bir fobiya deyil.

Terminologiya və əlaqəli anlayışlar

[redaktə | mənbəni redaktə et]

Terminin tarixi

[redaktə | mənbəni redaktə et]

"Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir.[3] Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi.[4] İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith)

2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi.[4][5]

Ensiklopedik təriflər

[redaktə | mənbəni redaktə et]

Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur. Lakin mövcud çatışmazlıqlara baxmayaraq, ingilis dilində “homofobiya” termini geniş yayılıb. Müəlliflər vurğulayırlar ki, homofobiya klaustrofobiyaagorafobiya kimi irrasional qorxu kimi deyil, daha çox irqçilikantisemitizmlə müqayisə edilərək qərəz kimi dəqiq müəyyən edilməlidir.

Britannika Ensiklopediyası homofobiyanı homoseksual insanlara qarşı mədəni əsaslı qorxu və ya qərəz kimi müəyyən edir ki, bu da qanuni məhdudiyyətlərdə və ya ekstremal hallarda onlara qarşı zorakılıq şəklində özünü göstərə bilər. Ensiklopediya qeyd edir ki, tərkibində “ fobiya ” sözünü ehtiva edən terminlər irrasional qorxulara aid edilsə də, bu halda söhbət romantik və ya seksual müstəvidə olan insanlara qarşı yüngül rəftardan tutmuş tam ikrah hissini əhatə edən mənfi münasibətdən gedir. Vurğulanır ki, homofobiya mədəni cəhətdən müəyyən edilmiş reaksiyadır və homoseksuallığa münasibət müxtəlif mədəniyyətlərdə və zamanla əhəmiyyətli dərəcədə dəyişə bilər.[3]

Oksford ingilis dili lüğəti bu tərifi verir: "Homoseksual insanları bəyənməmək və ya onlara qarşı qərəzli olmaq".[6]

Sosiologiyada homofobiya anlayışı

[redaktə | mənbəni redaktə et]

Bəzi fikirlərə görə, homofobiya homoseksual və biseksual insanlara qarşı izaholunmaz qorxu və qeyri-refleks, irrasional düşmənçilik və ya nifrətlə ifadə olunan fobiyanın bir formasıdır. Homofobiyanın homoseksual xarakterli öz fantaziyalarından qorxması ilə bağlı ola biləcəyi və şüursuz homoseksuallığın əlaməti olduğuna dair fikirlər də var.

Bəzi alimlər homofobiyanı daha geniş şəkildə “ lezbiyan, gey, biseksual və transgender şəxslərə qarşı çəkinmə, qorxu, qərəz, ayrı-seçkilik, təqib və ya zorakılıq hərəkətləri” kimi müəyyən edirlər.[7]

90-cı illərdə ABŞ-da Homofobiya Şkalası Lester Rayt tərəfindən hazırlanmış,[8] şkalanın rus versiyası isə 2017-ci ildə Tuzyak B. B tərəfindən təqdim edilmişdir.[9]

Hökumət sənədlərində qeyd olunması

[redaktə | mənbəni redaktə et]

Sosial bir hal kimi homofobiya anlayışı Qərbi Avropa sosial-mədəni paradiqması daxilində yaranmışdır. Avropa Parlamentinin 18 yanvar 2006-cı il tarixli “Avropada homofobiya” adlı qətnaməsi (ing. Homophobia in Europe) Avropada homofobiyanı “ irqçilik, ksenofobiya, antisemitizmseksizm kimi qərəzlərə əsaslanan homoseksuallığa - lezbiyan, gey, biseksualtransseksual insanlara qarşı irrasional qorxu və ikrah” olaraq təyin edir.

"Homofobiya" termini özü psixi pozuntu deyil, belə bir xəstəlik Ümumdünya Səhiyyə Təşkilatının Xəstəliklərin Beynəlxalq Təsnifatında və Amerika Psixiatriya Assosiasiyasının Psixi Pozğunluqların Diaqnostik və Statistik Təlimatında yoxdur.

Belə bir fikir var ki, homofobiya ksenofobiyanın bir növüdür və buna görə də ilk növbədə başqalarından, kütlə arasından seçilənlərə qarşı qorxu ilə əlaqələndirilir.[10]

Lesbofobiya, bifobiya və transfobiya

[redaktə | mənbəni redaktə et]

Bəzi mütəxəssislər və fəallar lezbiyanlara qarşı mənfi reaksiyaların xüsusi təyinatı üçün xüsusi bir termin - lesbofobiya terminini təklif etdilər (ing. lesbophobia ). Fransanın Homofobiya ilə Mübarizə Mərkəzinin nümayəndələrinin fikrincə, belə təcrid ona görə vacibdir ki, lezbiyanlar geylərlə müqayisədə onlara qarşı ayrı-seçkilik faktlarını etiraf etməkdən çəkinirlər, baxmayaraq ki, reallıqda belə faktlar baş verir.[11] Lesbofobiya bəzi spesifik stereotiplərlə əlaqələndirilir, məsələn, qadın idmançıların əksəriyyətinin lezbiyan olduğuna dair şübhələrə görə onlara qarşı qərəzli münasibət.[12] Bəzi mütəxəssislər və fəallar bifobiyanı - biseksuallığa qarşı mənfi münasibət və hissləri də qeyd edirlər. Transfobiya isə cinsi oriyentasiyasından asılı olmayaraq transgender insanlara qarşı mənfi münasibətdir.

Homofobiyanın fəsadları

[redaktə | mənbəni redaktə et]

Homoseksualların sağlamlığına təsirləri

[redaktə | mənbəni redaktə et]

Araşdırmalar göstərir ki, homoseksuallar heteroseksuallara nisbətən psixi pozğunluqlardan daha çox əziyyət çəkirlər.[13] Homofobiyanın sağlamlığa vurduğu fəsadlarla əlaqələndirilən azlıqların stres nəzəriyyəsi ilk dəfə 1977-ci ildə Virciniya Bruks tərəfindən doktorluq dissertasiyasında qeyd edilmişdir.[14] 2003-cü ildə bu nəzəriyyə psixiatrik epidemioloq İlon Meyer tərəfindən genişləndirilmişdir.[13] Onun nəzəriyyəsinə görə, homoseksuallarda və heteroseksuallarda psixi pozğunluqların yayılmasında fərqliliklərin səbəbi azlıqların stressidir. Azlıqların stressi damğalanmış sosial qruplardan olan insanların yaşadığı əlavə xroniki sosial stressdir. Azlıqların stressi bir neçə prosesdən ibarətdir: obyektiv stresli hadisələr və şərait, azlıq üzvlərinin özləri tərəfindən belə hadisələrin gözləntiləri və mənfi sosial münasibətlərin daxililəşdirilməsi. Bir çox cəhətdən LGBT fərdinin üzləşməli olacağı nəticələrin şiddəti onun şəxsiyyətinin xüsusiyyətlərindən asılıdır: şəxsiyyətin əhəmiyyəti, bu kimliyə münasibət, bu kimliyin digər kimliklərlə inteqrasiyası. Nəhayət, LGBT icmasının və başqalarının dəstəyi LGBT insanlara stressin öhdəsindən gəlməyə kömək edə bilər; şəxsiyyəti gizlətmək isə stresə səbəb ola bilər.

Əlavə tədqiqatlar homofobiya ilə üzləşən insanlarda depressiya, narahatlıq, PTSP, intihar və psixoaktiv maddələrdən asılılığın yaranması kimi halları təsdiqlədi. Bundan əlavə, homofobiyanın fiziki sağlamlığa da təsirləri aşkar edilmişdir: stress hormonlarının səviyyəsinin artması, fiziki zədələr, ürək-damar xəstəlikləri və həzm pozğunluqları homofobiya ilə əlaqələndirilmişdir.[15]

Valideynləri tərəfindən homoseksualların qəbul olunmaması onların psixi sağlamlığına, özünə dəyər verməmək və narkotik maddələrdən sui-istifadə riski üçün zəmin olduğu sübut edilmişdir.[16] Bir araşdırmaya görə, valideynləri tərəfindən rədd edilən gənc gey, lezbiyan və biseksual insanların depressiyaya düşmə ehtimalı 5,9 dəfə, intihara cəhd etmə ehtimalı 8,4 dəfə, narkotik maddələrdən istifadə etmə ehtimalı 3,4 dəfə çoxdur.

İnstitusional homofobiya LGBT sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Araşdırmalar göstərdi ki, LGBT insanları və eynicinsli nikah hüquqlarını qoruyan qanunların olmaması LGBT insanlar arasında psixi pozğunluqlar və intihar riskinin artması kimi nəticələrə gətirib çıxarır.

Səhiyyə sahəsində ayrı-seçkilik LGBT insanlara mənfi təsir göstərə bilər. İngiltərədə aparılan sorğuda LGBT insanların 13%-i tibbi xidmət almaqda ədalətsizliklə üzləşib, 23%-i tibb işçilərindən LGBT insanlara qarşı təhqirlər eşidib. Nəticədə LGBT insanların 14%-i ayrı-seçkilik qorxusu ilə həkimə getməkdən çəkinir.[17] Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir:

Tədqiqatlar göstərdi ki, cəmiyyətdə, eləcə də səhiyyə sistemlərində stiqmatizasiya və maarifləndirmənin olmaması səbəbindən LGBT icmasının üzvləri səhiyyə xidmətlərindən istifadə edə bilmirlər. Keyfiyyətsiz qayğı ilə yanaşı, onlar əhalinin digər üzvləri üçün nəzərdə tutulan səhiyyə xidmətlərindən də məhrum edilə bilərlər. Bu mənfi təcrübələr depressiya, narahatlıq pozğunluqları, psixoaktiv maddələrdən asılılığı, intihar düşüncələri və cəhdlərinin daha yüksək ehtimallarına səbəb olur.[18]

Əmək diskriminasiyasının fəsadları

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Avropada LGBT insanların 11-30%-i məşğulluq sahəsində diskriminasiyaya məruz qaldıqlarını bildirmışdilər.[19] LGBT insanlar işə qəbulda və irəliləyişdə ayrı-seçkilik, iş yerində təhqiredici şərhlər və cinsi oriyentasiyalarına görə işdən çıxarıldıqlarını bildirirlər.[20] Tədqiqatçılardan biri, Roçester Universitetinin klinik və sosial psixologiya professoru Riçard Rayan qeyd edir:

Tədqiqatlar ABŞ və Almaniyada aparılan dörd ayrı təcrübəni əhatə edir. Dörd eksperimentin hər birində 160 tələbə iştirak edib. Əldə edilmiş məlumatlar psixoanalitik nəzəriyyə üçün yeni empirik sübutlar təqdim edir ki, bəzi zahirən heteroseksual olaraq görünən insanların geylərə və lezbiyanlara qarşı qorxu, narahatlıq və ikrah hissi onların özlərində basdırılmış homoseksual istəklərinin nəticəsi ola bilər.[21]

  1. The Global Divide on Homosexuality | Pew Research Center's Global Attitudes Project Arxiv surəti 3 noyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
  2. "Texts adopted - Wednesday, 18 January 2006". www.europarl.europa.eu (ingilis). 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
  3. 1 2 Eric Anderson. "Homophobia" (ingilis). Encyclopædia Britannica. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  4. 1 2 "George Weinberg Dies at 87; Coined 'Homophobia' After Seeing Fear of Gays" (ingilis). The New York Times. 2017-03-22. 2019-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  5. "Homophobia: Don't Ban the Word — Put It in the Index of Mental Disorders" (ingilis). The Huffington Post. 2012-06-12. 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  6. "Homophobia" (ingilis). Oxford Dictionaries. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.
  7. James J. Dean. Homophobia // Blackwell Encyclopedia of Sociology. George Ritzer. 2007. ISBN 978-1-4051-2433-1.
  8. "Архивированная копия". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  9. "Архивированная копия". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  10. Гомофобия: страх перед иными Arxivləşdirilib 2017-04-23 at the Wayback Machine // Медпортал
  11. What is «Lesbophobia»? Arxivləşdirilib 2012-02-20 at the Wayback Machine / Пресс-релиз группы SOS Homophobie (ing.)
  12. Peper, Karen, «Female athlete=Lesbian: a complex myth constructed from gender role expectations and lesbiphobia», Queer words, queer images: communications and the construction of homosexuality, pages 193—208 (New York University Press, 1994)
  13. 1 2 Ilan H. Meyer. Prejudice, Social Stress, and Mental Health in Lesbian, Gay, and Bisexual Populations: Conceptual Issues and Research Evidence // Psychological bulletin . 129. 2003-9.
  14. Ashleigh J. Rich, Travis Salway, Ayden Scheim, Tonia Poteat. Sexual Minority Stress Theory: Remembering and Honoring the Work of Virginia Brooks // LGBT health . 7. 2020-04.
  15. "What does the scholarly research say about the effects of discrimination on the health of LGBT people?". What We Know (ingilis). 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-08.
  16. "What does the scholarly research say about the link between family acceptance and LGBT youth well-being?". What We Know (ingilis). 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  17. "LGBT in Britain - Health". Stonewall (ingilis). 2018-11-07. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  18. "WMA - The World Medical Association-LGBT" (ingilis). 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  19. "EU LGBT survey - European Union lesbian, gay, bisexual and transgender survey - Main results". European Union Agency for Fundamental Rights (ingilis). 2014-10-21. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  20. Brad Sears. "Documented Evidence of Employment Discrimination & Its Effects on LGBT People". Williams Institute (ingilis). 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  21. "Homophobia linked to lack of awareness of one's sexual orientation and authoritarian parenting, study shows". 2013-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]