Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dubrovka
Dubrovka (Avurğazı)
Olxovka
Göyşaban (əvvəlki adı: Oxlovka) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun Olxovka kəndi Göyşaban kəndi adlandırılmışdır. Keçmiş adı Gomuşavan olmuşdur. Yerli əhali arasında kəndin adı indi de belə adlandırılır. XIX əsrə aid mənbələrdə Gomuşavan haqqında məlumat verilir. Keçmişdə kəndin ərazisi geniş sucaqlıq və qamışlıq olduğundan burada çoxlu camış saxlanılırdı. Odur ki, kəndin adı da "camış saxlanılan yer" mənasında olan bu adla adlandırılmışdı. XIX əsrin ikinci yarısında Suxumidən gəlmiş Novo Afon monastırının keşişləri yaşayış məntəqəsinə Olxovka adı verdilər. Olxov bu ərazidə bitən qızılı rəngli cil bitkisinin bir növünün adıdır. İcarədar keşişlər quru balığı istehsal etmək üçün həmin bitkini yığıb yandırırdılar.
Zubovka
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Devid Duxovni
Devid Uilyam Duxovni və ya Duxovnıy (ing. David Duchovny; 7 avqust 1960[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyorudur. == Həyatı == Devid Uilyam Duxovni 7 avqust 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində doğulmuşdur. Anası şotland əsilli, atası Amram Duxovni (1927–2003) isə rus yəhudilərindən biri olub, bir çox ktabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü. Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakultəsində təhsil almışdı. Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdrmiş və ingilis ədəbiyyat üzrə magistrliyi oxumuşdu. İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır.
Dubrovka (Auırqazı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Novofyodrofka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Dubrovka (Avurğazı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Novofyodrofka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Dubrovka (Bakalı)
Dubrovka (başq. Дубровка, rus. Дубровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 16 km, kənd sovetliyindən (Starıe Matı): 2.5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 95 km.
Dubrovka faciəsi
"Dubrovka" və ya "Nord-Ost" faciəsi — 850 nəfərin əsir götürülməsi, 170 nəfərin ölümü ilə nəticələnən 2002-ci il 23-26 oktyabr tarixində Dubrovkada Moskva Teatr mərkəzində baş vermiş terror aktı. Onlar İkinci Çeçen Müharibəsində. Movsar Barayevin başçılığı ilə döyüşçülər odlu silahla, hərbi döyüş sursatı və partlayıcı qurğularla əhaliyə hücum etmiş, İkinci Çeçen müharibəsinin bitməsini və Çeçenistandan Rusiya qüvvələrinin çıxarılmasını tələb etmişdilər. Onlar əvvəlcə tamaşaçıları və teatrın qulluqçularını girov götürmüşdü. Əməliyyat nəticəsində təkcə 130 mülki vətəndaş həlak olmuşdu. == Terror aktına hazırlıq == 2002-ci ildə Çeçenistan Respublikasından minik avtomobillərinin yük yerlərində Moskvaya partlayıcı maddə və silah aparılırdı. Ardınca bir ay ərzində xırda döyüşçü qruplar Moskvaya gedir, şəhərin rayonlarında gizlənirdi. Terror qrupunun ümumi tərkibi təxminən 40 nəfərdən ibarət idi və onların yarısını qadınlar təşkil edirdi. == Terror aktı üçün seçilmiş yerlər == Terror üçün çox adamın olduğu zallar və teatrlar seçilmişdi: Moskva dövlət teatrı, Dubrovkada Teatr Mərkəzi və Moskva sarayı. Nəticə etibarilə, tamaşaçı zalının böyüklüyünə görə Dubrovka seçilmişdi.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Kaxovka su anbarı
Kaxovka su anbarı (ukr. Каховське водосховище) — Dnepr çayının aşağı axarlarında 2023-cü ilin 6 iyununa kimi mövcud olmuş su anbarı. Ukraynanın Xerson, Zaporojiya və Dnepropetrovski vilayətlərinin ərazisində yerləşən bu su anbarı və Kaxovka SES Rusiya-Ukrayna müharibəsi gedişatında rus hərbiçiləri tərəfindən dağıdılmışdır. == Xarakteriskası == 1956-cı ilsə istifadəyə verilmiş Kaxovka su anbarı əsasən çaydakı su səviyyəsinin mövsümü və illik nizamlanmasına, eləcə də cənubi Ukraynanın su təchizatına xidmət edirdi. Su anbarından Şimali Krım, Kaxovka və Dnepr-Krivoy-Roq kanalları çəkilmişdir. Bu su anbarı Dnepr çayı üzərində inşa olunan 6 kaskad su anbarlarından sonuncusu idi. Su anbarının doldurulmasına 1955-ci ildə başlanılmış və 1958-ci ildə bitmişdir. Maksimal su həcmi 18,18 km³, faydalı həcmi isə 6,78 km³-dir. Ən dərin yeri 24 metr, orta dərinlik isə 8,4 metrdir. Ümumi sahəsi 2155 km²-dir.
Düzova (Cizrə)
Düzova — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1850-ci il qeydlərində Əvsər, 1865-ci il qeydlərində Hoser kimi tanınır. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.