Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. == Üç qardaş daş kompozisiyası == Naxçıvan MR-də Əlincəçayın sol sahilin­də, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. == Qoşalaşmış Oğlan-Qız qayası == Naxçıvan MR-də Gilançayın sağ sahilin­də, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. == “Sfinks” qayası == Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin ya­maclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticə­sində yaranmışdır. == Göbələyəbənzər “Parağdaş” qaya qalığı == Naxçıvançayın yuxarı axarın­da, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. == “Gəlinqaya” == Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxur­larından təşkil olunmuşdur.
Ekistika
Ekistika — insan məskənlərini öyrənən elm sahəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Ekzotizm
Ekzotizm — mənşəcə başqa dilə daxil olub hər hansı bir xalqın məişətini, onun adət-ənənəsini, milli xüsusiyyətlərini göstərən leksik vahidlər. == Ekzotik sözlər == Eldar:-Bu nədir? Gürcü:-Çonquri deyirik buna,sizin saz kimidir.(S.V) Bu nümunədəki "çonquri" sözü mənsubiyyətcə gürcü dilinə aiddir. Həmin dildə simli çalğı alətinin adıdır. Azərbaycan dilində çonquri sözünün ekvivalenti yoxdur. Belə bir cəhət - ekzotizmin qarşılığının olmaması onun diqqəti cəlb edən əlamətlərindəndir. Dildə ekzotizmlər müxtəlif səbəblərdən meydana çıxır. Hər şeydən əvvəl, ekzotik sözlər xalqlar, ölkələr arasında siyasi, iqtisadi, mədəni və dostluq əlaqələri əsasında yaranır. Azərbaycan dilində ekzotik sözlərin meydana gəlməsinin xüsusi tarixi vardır. Bu qrup sözlər lap qədimdən, ilk dəfə qonşu xalqlarla münasibət əsasında dilimizdə özünə yer tapmışdır.
Erotika
Erotika və ya Erotizm sözü qədim yunan mifologiyasındakı məhəbbət ilahı sayılan Erosun adından götürülmüşdür. Sözün geniş mənasında həm iki cinsin (yəni kişi və qadın) cinsi yaxınlığındakı, həm də bütün insanların arasında mövcud olan dostluq və sevgi formasındakı eşqin bütün növlərini əhatə edir. Amma bu söz zaman keçdikcə öz ilkin mənasını tamamilə itirmişdir. Bu gün erotik deyincə ağıla gələn cinsi ehtiyacların fiziki və mənəvi ölçüləri və cinsi eqoları təmin etmək məqsədilə edilən hərəkətlər, davranışlar, oyunlar, moda və incəsənət kimi ictimai hadisələr başa düşülür. Bu anlayışına görə də, hal-hazırkı dövrdə erotika və ya erotizm sözünün mənası cinsi ehtiyacların sərhədlərini keçmir. Erotizm anlayışı pornoqrafiyaya yaxın olsa da, pornoqrafiya sərhəd tanımaması ilə erotikadan fərqlənir.