Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elementli üzvi birləşmələr
Elementli üzvi birləşmələr (EÜB) - Bu birləşmədə Karbon başqa birləşmələrdən fərqli olaraq atomlarla rabitələri mövcuddur. == İzahı == Əksər üzvi maddələr orqanogen-atomlardan (C, H, O, N, S) ibarətdir.Sonralar müəyyənləşdirildi ki, bunlardansavayı üzvi birləşmələrin tərkibində silisium, bor, metal atomları və praktik olaraq bütün elementlər ola bilər. Orqanogenlərdən fərqli olan bu birləşmələr element-üzvi birləşmələr (EÜB) adlandırılmışdır. Onlar praktik olaraq üzvi və qeyri-üzvi birləşmələrin xassələrini özündə cəmləşdirirlər. == Tarixi == Hər şey arsendən başlandı. tanınmış alman alimi R.Bunzen 1841-ci ildə dimetilarseni (CH3)2AsH (kakodil) almışdır. bu ona baha başa gəldi. O, gözünü itirmiş, lakin tədqiqatı davam etdirmişdir. 50-ci illərdə Bunzenin tələbəsi E.Frankland sink-, qalay-, civə-üzvi birləşmələri almağa müvəffəq olmuşdur. Sonralar element üzvi birləşmələri XX əsrin görkəmli alimləri Fridel Krafts, Tsiqler, natta, Qrinyar, Andrianov, Nesmyanov və b.
AND elementi
AND elementi məntiqi əlaqələrdə tətbiq edilən əsas rəqəmli məntiq elementidir –bu sağdakı riyazi cədvələ uyğun şəkildə özünü göstərir. Əgər AND elementində hər iki giriş maximum 1 olarsa , yalnız o zaman maxsimum çıxış 1 alınar. Əgər AND elementində yalnız bir giriş maxsimumdursa, nəticə minimum alınar. == Simvollar == AND elementləri üçün 3 simvol var: Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu. AND elementi A və B girişləri və çıxış C ilə məntiqi ifadəni yerinə yetirir: C=A•B. == Tətbiqləri == AND elementi adətən N-kanallı və ya P-kanallı metal oksid yarımkeçirici sahə effekti tranzistorularından (MOYSET) istifadə edilərək işlənib hazırlanır.Əsas rəqəmli girişlər a və b, çıxış F AND funksiyası kimi eyni nəticəyə malik olmalıdır. == Alternativlər == Əgər heç bir səciyyəvi AND elementləri mövcud olmazsa, bir NAND və ya NOR elementlərindən hazırlana bilər, çünki NAND və NOR elementləri universal elementlər qəbul edilib.Buna görə də onlar başqalarının (başqa elementlərin) yerinə istifadə edilə bilər. Həmçinin XOR elementləri AND elementi ilə orşar istifadə edilə bilər,lakin nadir hallarda bunun üçün istifadə olunur.
Məntiq elementi
Məntiqi element — Bul funksiyasını yerinə yetirən fiziki qurğudur. O, bir və ya bir neçə məntiqi girişlərdə məntiqi əməliyyatı yerinə yetirir və sadə məntiqi çıxışları göstərir. Məntiq elementləri ilk növbədə elektron açarlar kimi fəaliyyət göstərən tranzistorlar və diodlar istifadə edərək yerinə yetirilir, həmçinin molekullar,optika, elektromaqnit relelər və hətta mexaniki elementlər istifadə edərək qurula bilər. yapışdırıcı məntiq — (ing. glue logic, ru. связующая логика) – kompüterin bir əsas hissəsini başqa bir hissə ilə birləşdirmək üçün zəruri olan nisbətən sadə məntiqi sxemlər. Məsələn, mikroprosessorların bir çoxu mərkəzi prosessor (CPU) ilə yaddaş (MEMORY) arasında yapışdırıcı məntiqin olmasını tələb edir. == Simvollar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
NAND elementi
NAND elementi (İNKAR AND və ya NOT AND) — Rəqəmli elektronikada,yalnız bütün girişlər 1 (true) olanada, çıxışdakı məlumat 0 (false) alınan məntiqi element. Əgər hər iki giriş elementləri yalnız maxsimum 1 olarsa,nəticədə çıxış minimum-0 alınar. Əgər bir və ya hər iki giriş minimum 0 olarsa, nəticədə çıxış maxsimum-1 alınar. Bu tranzistorlarda istifadə edilir. NAND elementləri əhəmiyyətlidir, çünki istənilən Bul funksiyası NAND elementlərinin kombinasiyasından istifadə edilərək yerinə yetirilə bilər.Bu xüsusiyyət funksional tamlıq adlanır. NOT(a1 AND a2 AND … AND an)funksiyası NAND(a1, a2, …, an) funksiyasının ekvivalentidir. == Simvollar == NAND elementləri üçün 3 simvol var. MIL/ANSI simvolu, the IEC simvolu və DIN simvolu. == Təhcizat təsviri və pinout == NAND elementləri əsas məntiqi elementlərdir və onlar TTL və CMOS İnteqral sxemlərdə tanınırlar. == Tətbiqləri == NAND elementlərinin funksional tamlıqlarının xüsusiyyətləri var.Yəni ki,istənilən başqa məntiqi funksiyalar (AND,OR, və s.) yalnız NAND elementlərindən istifadə edərək yerinə yetirilə bilər.Tam prosessor tək NAND elementlərindən istifadə edilərək yaradıla bilər.
NOR elementi
NOR elementi — ortaq inkarı yerinə yetirən rəqəmli məntiq elementidir-bu sağdakı cədvələ uyğun şəkildə özünü göstərir.Əgər hər iki giriş elementləri minimum 0 olarsa, nəticədə çıxış maxsimum,yəni 1 alınar. Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa, nəticədə çıxış minimum,yəni 0 alınar. == Simvollar == NOR elementləri üçün üç simvol var:Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu.
NOT elementi
Rəqəmli məntiqdə, çevirici və ya NOT elementi məntiqi inkarı yerinə yetirən məntiq elementidir (Cədvəl 1).
OR elementi
OR elementi məntiqi ayrılmanı yerinə yetirən rəqəmli məntiq elementidir.Əgər bir və ya hər iki giriş maxsimum 1 olarsa,nəticədə çıxış maxsimum 1 alınar.Əgər heç bir giriş maxsimum qiymət almazsa,nəticədə çıxış minimum-0 alınar. == Simvollar == OR elementi üçün 3 simvol var: Alman(GNSI və "hərbi") simvolu, IEC simvolu və DIN simvolu. == Tətbiqləri == == Alternativlər == Əgər heç bir müəyyən OR elementləri mümkün deyilsə,aşağıdakı şəkildə göstərilən konfiqurasiyada NAND və ya NOR elementlərindən istifadə edilə bilər.İstənilən məntiqi element NAND və ya NOR elementlərinin birləşməsindən hazırlana bilər.
XNOR elementi
XNOR elementi xüsusi OR elementinin tərsi olan funksiyanın rəqəmli məntiq elementidir.Sağdakı cədvələ uyğun şəkildə iki giriş versiyanın məntiqi ekvivalentliyini həyata keçirir.Əgər hər iki giriş elementi eyni olarsa, çıxış maxsimum-1 alınar.Əgər hər iki girişdən yalnız biri maxsimum(1) olarsa,nəticədə çıxış minimum (0) alınar. == Simvollar == XNOR elementi üçün iki simvol var: xarakterik simvol və düzbucaqlı simvol. == Alternativlər == Əgər heç bir müəyyən XNOR elementləri mümkün deyilsə,aşağıda göstərilmiş birləşmələrdə beş NAND elementindən və ya dörd NOR elementindən istifadə edilə bilər.Faktiki olaraq, istənilən məntiqi element yalnız NAND elementləri və ya yalnız NOR elementlərinin birləşməsindən hazırlana bilər.
XOR elementi
XOR elementi (bəzən EOR elementi və ya EXOR elementi adlanır) — xüsusi ayrılmanı (yəni, hər iki giriş fərqli olanda çıxışda 1 (true) alınan məntiqi əməliyyatdır) yerinə yetirən rəqəmli məntiq elementidir. Əgər girişlərdən yalnız hər hansı biri 1 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 (true) alınar. Əgər hər iki giriş minimum 0 (false) və ya hər ikisi 1 (true) olarsa, nəticə minimum 0 (false) alınar. A ⋅ B ¯ + A ¯ ⋅ B {\displaystyle A\cdot {\overline {B}}+{\overline {A}}\cdot B} və ( A + B ) ⋅ A ⋅ B ¯ {\displaystyle (A+B)\cdot {\overline {A\cdot B}}} hər iki cəbri ifadə A və B girişləri olan XOR elementini təsvir edir. == Simvollar == XOR elementi üçün iki simvol var: Ənənəvi simvol və IEEE simvolu.
Eyvan (memarlıq elementi)
Eyvan (Farsca: ایوان eyvān, ərəbcə: إيوان Iwan) üzəri daha çox tağlarla örtülmüş; Üç tərəfi bağlı, bir tərəfi tam açıq olan bir memarlıq elementidir. Eyvana İran memarlığında, Səlcuq və Osmanlı memarlığında tez-tez rast gəlinir.
Elementar
Elementar – 1)ibtidai, ilkin, başlanğıc, bir şeyin ancaq əsaslarına aid olan. Məsələn, elementar cəbr, elementar riyaziyyat; 2)qeyri-mürəkkəb, ən zəruri, ən sadə, ən bəsit. Məsələn, ibtidai, elementar məsələ, ən elementar şeyi bilmir; 3)ən vacib, ən lazımlı, ən əsas. Məsələn, elementar şərait. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elementlər
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Element
Element – mürəkkəb obyektin, hadisənin, prosesin analiz olunarkən sonrakı hissələrə ayrılmayan kompanentidir. Element – 1)kimyada adi kimyəvi üsullarla öz tərkib hissələrinə ayrıla bilməyən, digər mürəkkəb maddələrin isə tərkib hissəsi olan bəsit maddə, nüvənin eyni yükünə malik atomların toplusu (sadə, artıq parçalanmayan maddə); 2)fizikada kimyəvi enerji hesabına yaradılan zəif elektrik qüvvəsi mənbəyi olan cihaz; 3)tamın, bütövün tərkib hissəsi; 4)kiçik enerji mənbəyi; 5)hər hansı bir şeyin tərkib hissəsi; 6)sosial qrup üzvü; 7)bütövdə hər hansı bir şeyin payı; 8)danışıqda adam, şəxs, ünsür. Elementin formaları Element (fəlsəfə) Çoxluq elementi Elementar funksiyalar Kimyəvi element Qalvanik element Elektron element == Həmçinin bax == Element-indikatorlar Element 122 Element 123 Element 124 Element 125 Elementlərin geokimyəvi təsnifatı == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Acacia clementii
Acacia pyrifolia (lat. Acacia pyrifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia clementii Domin Acacia morrisonii Domin Acacia pyrifolia var. morrisoni Maiden [Spelling variant] Acacia pyrifolia var.
Atmofil elementlər
Atmofil elementlər - atmosferdə sərbəst və ya davamlı birləşmələr şəklində toplanan yüksək uçuculuq qabiliyyətli və atom çəkisi böyük olan kimyəvi elementlər. Atmofil elementlər içərisində xarici elektron örtüyündə 8 elektron olan atomlar (nəcib, inert qazlar) üstünlük təşkil edir. Bunlardan başqa, atmofil elementlər N (aşağı temperaturda), H, həmçinin Cl, Br və I aid edilir. Litosferin əsas hissəsini təşkil edən oksigen atmosferdə qeyri-sabit olub yalnız fotosintez və suyun fotolizi ilə tənzimlənir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Biogen elementlər
Biogen elementlər — avtotrof orqanizmlərin üzvi birləşmələr sintez etməsi üçün vacib olan kimyəvi maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Elementar hissəcik
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. == Elementar hissəciklərin təsnifatı == Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar.Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur. === Fermionlar === Fermionlar 1⁄2 spinə malik, Fermi—Dirak statistikasına tabe olan hissəciklərdir.
Elementar hissəciklər
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. == Elementar hissəciklərin təsnifatı == Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar.Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur. === Fermionlar === Fermionlar 1⁄2 spinə malik, Fermi—Dirak statistikasına tabe olan hissəciklərdir.
Elementar həndəsə
Evklid həndəsəsi (və ya elementar həndəsə) — e.ə. III əsrdə Evklid tərəfindən elmə ilk dəfə daxil edilmiş, aksiom sisteminə əsaslanmış həndəsi nəzəriyyə. == Əsas məlumatlar == Elementar həndəsə - yerdəyişmələr toplumu (izometriya) və oxşarlıq toplumları ilə təyin olunan həndəsədir. Ancaq elementar həndəsənin məzmunu bu formadəyişmələr ilə məhdudlaşmır. Belə ki, elementar həndəsə həmçinin inversiya, sferik həndəsə məsələləri, həndəsi elementlərin quruluşu, həndəsi kəmiyyətləri ölçmə nəzəriyysi və digər suallar da aid edilir. Elementar həndəsəni çox vaxt "evklid həndəsəsi" adlandırırlar, çünki onun təməli nizamlı olmasa da "Evklid elementləri"ndə təsvir olunmuşdu. İlk dəfə olaraq olaraq elementar həndəsənin aksiomatikası 1899-cu ildə David Hilbert tərəfindən işlənmişdir. Elementar həndəsə orta təhsil məktəblərində tədris olunur. == Aksiomatika == Elemntar həndəsənin tamam aksiomlaşdırılması problemi həndəsnin Qədim yunandnda yaranmış problemlərindən biridir. O zamanlar bu problem Evklid həndəsəsinin təsdiqlənməsinin aksiomlar əsasında, heç bir cizgiyə ehtiyac olmadan məntiqi olaraq alınmasına edilən cəhdin tənqidi əsasında yaranmışdr.
Euphorbia clementii
Euphorbia occidentaustralica (lat. Euphorbia occidentaustralica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
F-elementləri
f-elementləri — dövri sistemdə 28 f — elementi var. Bunlardan sıra nömrəsi 58-dən 71-ə qədər olan 14 element VI dövrdə lantanla birlikdə yerləşir və kimyəvi xassələrinə görə lantana oxşadıqlarından onlara lantanoidlər deyilir. Eyni səbəbə görə VII dövrdə aktiniumla birlikdə yerləşən və sıra nömrəsi 90-dan 103-ə qədər14 element aktionoidlər adlanır. Lantanoid və aktinoidlərin sıra nömrəsi artdıqca növbəti elektron atomun axırdan 3-cü elektron təbəqəsinin f-yarım səviyyəsinə daxil olur və buna görə dəd onlara f-elementləri deyilir. Bu cəhətdəb qadolinium və lyutesium müstəsnalıq təşkil edir. Onların 4f-yarım səviyyəsində uyğun olaraq 7 və 14 elektron yerləşir. Səviyyənin belə konfiqurasiyası (d5 və d10 səviyyələri kimi) davamlı olduğundan növbəti elektron atomunun d-yarım səviyyəsinə daxil olur. f-yarım səviyyəsinin elektron tutumunun 14-ə bərabər olması ilə əlaqədar olaraq lantanoid və aktionidləri təşkil edən elementlərin sayı da 14-dür. 4f-yarım səviyyəsinə elektronların daxil olması xarakterindən asılı olaraq lantanoidləri, hərəsinə 7elemet olmaqla, iki yarımailəyə bölürlər. Bunlardan Ce-Gd sırasında yerləşən elementlərin serium yarımailəsini, Tb-Lu sırasındakı elementlər isə terbium yarımailəsini təşkil edir.
Kimyəvi elementlər
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Litofil elementlər
Litofil elementlər - Qoldşmidt, 1933 - oksigenlə əlaqəyə girməyə meyil edən və süxurların əsasını təşkil edən silikatları əmələ gətirən elementlər. Litofil elementlər 50-dən çox element aid edilir. Siderofil dəmir istisna olmaqla, klarkları 0,5-dən çox olan bütün elementlər, o cümlədən O, Si, Al, Mg, Ca, Na, K, Ti və b. litofil elementlərə aiddir. == Həmçinin bax == Oksigen Süxurlar Silikatlar Kimyəvi elementlər Klark == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Radioaktiv elementlər
Radioaktiv element (lat. radius - şüa) – sabitolmayan atom nüvəsinə malik olan kimyəvi elementlər (kripton – 85, sezium – 137, rutenium – 106, stronsium – 90, yod – 131): öz-özünə parçalandıqda xarakterik şüalanma yaradır. Canlı orqanizmlərdə mutagen, teratogen və s. dəyişikliklər, həmçinin neqativ ekoloji hadisələr törədə bilər. == Radioaktiv filizlər == Radioaktiv elementlərin mineralları olan filizlər. == İstinadlar == == Xarici keçid == Bəzi maddələr hər zaman radiasiya verir.
Elementar realizm
== Giriş == Realizm həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsidir. "Realist məktəb" adlanan məktəb XIX əsrdə fransız ədəbiyyatında ədəbi termin kimi yaranmışdır. Bu məktəbin meydana çıxma amillərinə aşağıdakılar daxildir: 1. Parisin Latın məhəlləsində yaşayan və romantikləri ələ salan o qədər də məşhur olmayan yazıçılar və rəssamlar. 2. Barbizon Məktəbi rəssamları İtalyan klassik ənənəsinin köhnəlmiş hesab edilən o dövründə təbiəti birbaşa müşahidə etməyə çağırdı və reallıqdan qaçan romantiklərə qarşı reaksiya verdi. == Elementar realizm == Realizmin bu növü Balzakın əsərlərindən başlayır. Elementar realizm özünü doğru, dolğun və dürüst sosial mühiti və müasir dünyanı yeniləməyə sadiqdir, lakin bu yenilənmə çox sadədir və nümunə təklif olunmur. Bundan əlavə, Elementar realizm pessimist və gələcəyə məyusdur. Bu məktəbdə yazılmış əsərlərə Tolstoyun "Hərb və Sülh", Fyodor Dostoyevskinin "Cinayət və Cəza" və "Karamazov qardaşları" daxildir.
Mutsio Klementi
Mutsio Klementi (23 yanvar 1752[…], Roma – 10 mart 1832[…]) — əsasən İngiltərədə yaşayan italyan bəstəkarı, pianoçusu və müəllimi.