Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araqonlu Eleonora
Araqonlu Eleonora (isp. Leonor de Aragón; 20 fevral 1358 – 13 avqust 1382) — Araqon kralı IV Pyotrun qızı və Kastiliya kraliçası. == Həyatı == Eleonora atasının üçüncü evliliyindən dünyaya gəlmişdi və kralın ən kiçik övladı idi. Qardaşlarından ikisi - Con və Martin Araqon kralı olsa da, heç birinin oğul varisi dünyaya gəlmədi. Eleonora 18 iyun 1375-ci ildə Kastiliya kralı I Conla Soriyada evləndirildi. Bu evliliklə Araqon və Kastiliya arasında 1374-1375-ci illərdə bağlanan atəşkəs gücləndirildi. Cütlüyün bu evlilikdən 3 övladı dünyaya gəldi: Henri (1379-1406) Ferdinand (1380-1416) Elyanora (13 avqust 1382)Yeddi il davam edən evliliyin ardından Eleonora 13 avqust 1382-ci ildə doğum əsnasında vəfat etdi. Dünyaya gələn qız uşağına onun adı verilsə də, eyni gün uşaq vəfat etdi. == Mənbə == Previté-Orton, Charles William (1960). The Shorter Cambridge Medieval History.
Eleonora Evelinq
Eleonora Evelinq (Marks; alm. Eleanor Aveling [Marx]‎; 16 yanvar 1855-ci il — 31 mart 1898-ci il) — Böyük Britaniya sosialist və qadın hərəkatının fəal üzvü. == Həyatı == 1855-ci il yanvarın 16-da Londonda anadan olmuşdur. O, Karl Marksın kiçik qızı, İngilis sosialisti E.Eveliniqin isə həyat yoldaşı və silahdaşı olmuşdur. Eleonora 1898-ci ildə martın 31-də Londonda vəfat etmişdir. == İnqilabda rolu == E.Eleonora Britaniyada ilk sosialist təşkilatının yaradıcılarından biri olmuşdur. O, bununla yanaşı "yeni tred-yunionlar" hərəkatında fəal iştirak etmiş,qadınlar arasında böyük iş aparmışdır. İkinci İnternasionalın bir sıra konqreslərində tərcüməçi olmuşdur. O, İngiltərə və Almaniyanın sosialist mətbuatında fəal iştirak etmişdir. Atası K.Marksın bir sıra əsərini çapa hazırlamışdır.
Eleonora Hüseynova
Eleonora Hüseynova - azərbaycanlı diplomat. == Həyatı == Eleonora Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2019-cu ilin yanvar ayının 22-də vəfat etmişdir. == Fəaliyyəti == Eleonora Hüseynova 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuşdur.
Eleonora Kejova
Eleonora Kejova (28 dekabr 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eleonora Kejova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Eleonora Romanova
Eleonora Romanova — 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. Ukraynalı bədii gimnastdır. Dünya Çempionatının 2, Avropa Çempionatının isə 1 qat bürünc medalçısıdır. Vətənini 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Eleonora Romanova 17 avqust 1998-ci ildə Ukraynanın Krasnodon şəhərində anadan olub. == Karyerası == Eleonora Romanovanın ən böyük uğurları Dünya və Avropa Çempionatlarına təsadüf edir. Eleonora Romanova 2014-cü ildə İzmirdə, 2015-ci ildə isə Ştutqartda Dünya 3-cüsü olmuşdur. Həmçinin Eleonora Romanova 2015-ci ildə Belarusun paytaxtı Minsk şəhərində Avropa Çempionatının 3-cüsü olmuşdur. Eleonora Romanova 2015-ci ildə Ukraynanı Avropa Oyunlarında təmsil etdi.
Eleonora qızılquşu
Eleonora qızılquşu (lat. Falco eleonorae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco eleonorae
Eleonora qızılquşu (lat. Falco eleonorae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Typhloseiulus eleonorae
Typhloseiulus eleonorae (lat. Typhloseiulus eleonorae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhloseiulus cinsinə aid heyvan növü.
Leonora
Leonora Kolmor Yepsen (dan. Leonora Colmor Jepsen; 3 oktyabr 1998, Hellerup[d]) və ya sadəcə Leonora — Danimarkalı müğənni, bəstəkar və fiqurlu konkisürən. O, "Love is Forever" mahnısı ilə Danimarkanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə müsabiqənin finalında 12-ci yerdə qərarlaşmışdır. Leonoranın Avroviziya mahnısı 2013-cü ildə Danimarkaya qələbə qazandıran "Only Teardrops" mahnısının bəstəkarlarından biri olan Liza Kabbl tərəfindən bəstələnmişdir. == Həyatı == Leonora 3 oktyabr 1998-ci ildə Danimarkanın Hellerup şəhərində anadan olmuşdur. O təhsilini Qammel Hellerup gimnaziyasında almışdır. Leonora bir çox mahnılar bəstələmiş və həmin mahnılar ilə müxtəlif kafe və məktəb konsertlərində çıxış etmişdir. Fiqurlu konkisürən olaraq Leonora 2016-cı ildə ISU World Junior Championships və ISU JGP Riga Cup 2015-də iştirak etmişdir. O, qardaşı Linus ilə birlikdə Danimarkanın fiqurlu konkisürmə çempionatında qızıl medala layiq görülmüşdür. O, artıq yarışlarda iştirak etmir və fiqurlu konkisürmə müəlliməsi kimi fəaliyyət göstərir.
Eleanora Ruzvelt
Anna Eleanora Ruzvelt (ing. Anna Eleanor Roosevelt; 11 oktyabr 1884[…], Manhetten, Nyu-York ştatı – 7 noyabr 1962[…]) - ABŞ-nin prezidenti Franklin Delano Ruzveltin həyat yoldaşıdır. Teodor Ruzvelt onun dayısıdır. Uşaqlıq vaxtında anasını və atasını titrmişdir. Anası difteriya xəstəliyindən, atası isə içki səbəbindən vəfat etmişdir. Onu nənəsi böyütmüşdür. 4 mart 1933-cü il və 12 aprel 1944-cü illər ABŞ-nin ilk ledisi seçilir.
Elenora qızılquşu
Love is Forever (Leonora mahnısı)
Love is Forever (azərb. Sevgi əbədidir‎) — Danimarkanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Leonora "Love is Forever" mahnısı ilə Danimarkanın Melodi Grand Prix yarışmasında qələbə qazanaraq Danimarkanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkaya qələbə qazandıran "Only Teardrops" mahnısının bəstəkarı Liza Kabbl və eyni zamanda Melani Vehpe və Emil Rozendal Ley tərəfindən bəstələnmişdir. Mahnıda ingilis dili ilə yanaşı fransız, danimarka və alman dilində olan sözlərdən də istifadə olunmuşdur.
Avstriyalı Elyanora
Avstriyalı Elyanora (ing. Eleanor of Austria; fr. Éléonore d'Autriche) (15 noyabr 1498, Leuven – 18 fevral 1558) — Avstriya hersoqinası və Kastilya vəliəhdi, fərqli zamanlarda Portuqaliya və Fransa kraliçası. Kastilya kraliçası Yuannanın qızı olması səbəbilə bəzi mənbələrdə Kastilyalı Elyanora olaraq da anılır. == Həyatı == === İlk illəri === Elyanora 1498-ci ildə Kastilya kraliçası Yuanna və Kastiliyalı Filipin ilk övladı olaraq Belçikanın Löven şəhərində dünyaya gəldi. Anası Yuanna katolik monarxlar — Araqonlu Ferdinand və Kastilyalı İzabellanın qızı, atası Filip isə Müqəddəs Roma imperatoru I Maksimilyan və Burqonlu Mariyanın yeganə oğlu idi. Anası əqli cəhətdən zəif idi və bu səbəblə öncə atası, daha sonra isə əri tərəfindən dövlət idarəsindən uzaqlaşdırılmışdı. 1506-cı ilin sentyabrında atasının vəfatından sonra Elyanora bibisi Marqaritanın Antverpendəki sarayında yaşamağa davam etdi. Uşaq yaşlarında Elyanora İngiltərə kralının böyük oğlu və gələcəkdə İngiltərə kralı olan Henriylə nişanlandı. Ancaq çox keçmədən kral vəfat etdi.
Vizeyli Elyanora
Vizeyli Elyanora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. == Mənbə == Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Leonor Merime
Jan Fransua Leonor Merime (fr. Jean-François-Léonor Mérimée; 16 sentyabr 1757 – 26 sentyabr 1836, Paris) — fransız rəssam və incəsənət mütəxəssisi. Məşhur yazıçı Prosper Merimenin oğlu.Leonor Merime ədəbiyyat, tarix, incəsənət, arxeologiya, dilçilik və kimya ilə maraqlanırdı. O yağlı boya ilə davamlı kompozisiyaları, kağız istehsalında yeni üsullar kəşf etməsi ilə Paris İncəsənət Məktəbinin daimi üzvü idi. 1830-cu ildə "Yağlı boya ilə rəssamlıq" kitabını nəşr etdirmişdi. == İstinadlar == == Ədəbiyyat == Gaston Pinet, Léonor Mérimée (1757–1836) , Honoré Champion éditeur, Paris, 1913.
Avstriyalı Elyanora (hersoqina)
Avstriyalı Elyanora (ing. Archduchess Eleanor of Austria) (2 noyabr 1534 və ya 2 noyabr 1534, Vyana – 5 avqust 1594, Mantova[d], Mantova əyaləti) — Mantuya hersoqu Quqlielmo Qonzaqanın xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage. Translated by Cochrane, Lydia G. The University of Chicago Press. p. 96 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Düsseldorflu Elyanora Maqdalena
Düsseldorflu Elyanora Maqdalena (alm. Eleonore Magdalene von Pfalz-Neuburg‎) (6 yanvar 1655, Düsseldorf – 19 yanvar 1720, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun üçüncü xanımı. Atası Palatin kürfürstü Filip Uilyam, anası isə onun xanımı Hesseli Elizabet Amaliyadır. Evlilikdən öncəki və ərinin vəfatından sonrakı illərini dini rituallar və Bibliyanın alman dilinə tərcüməsiylə keçirmişdir. == Mənbə == Mahan, J. Alexander: Maria Theresa of Austria READ BOOKS 2007 ISBN 1-4067-3370-9 Konrad Kramar und Petra Stuiber: "Die schrulligen Habsburger – Marotten und Allüren eines Kaiserhauses". Ueberreuter, Wien 1999, ISBN 3-8000-3742-4 Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German).
Eleanor Anna Ormerod
Eleanor Anna Ormerod (ing. Eleanor Anne Ormerod; d. 11 may 1828 — ö. 19 iyul 1901) — ingilis entomoloqu. == Həyatı == Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi.
Eleanor Cek Gibson
Eleanor Cek Gibson (ing. Eleanor J. Gibson) 7 dekabr 1910, Peoriya[d], İllinoys – 30 dekabr 2002, Kolumbiya[d] – ABŞ psixoloqu. 1931-1949-cu illərdə Smit kollecində dərs demişdir. "Perseptiv öyrənmə və inkişafın prinsipləri" (1969) əsərində göstərirdi ki, perseptiv öyrənmə faydalı informasiyalarda sensor stimulyasiyanın əvvəllər buraxılmış imkanlarının yenidən qurulma mexanizminin reallaşdırılması üsuludur. Ən mühüm əsərlərindən biri "Oxu psixologiyası"dır (1975).
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Araqonlu Elyanora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Elyanoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Elyanora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi. Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi.
Avstriyalı Elyanora (Polşa kraliçası)
Avstriyalı Elyanora (alm. Eleonore von Österreich‎; pol. Eleonora Habsburżanka) (21 may 1653, Reqensburq – 17 dekabr 1697, Vyana) — Avstriya hersoqinası. İlk evliliyi Polşa kralı və Reç Pospolita başhersoqu I Mixail ilə, ikinci evliliyi isə Lotaringiya hersoqu V Çarlzla baş tutdu. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə onun son xanımı Elyanora Qonzaqadır. == Mənbə == "Gonzaga, Maria (1609–1660)". Women in World History: A Biographical Encyclopedia. Gale Research. 2002 Lipp, Charles T. (2011). Noble Strategies in an Early Modern Small State: The Mahuet of Lorraine.
Elyanora Qonzaqa (1598-1655)
Elyanora Qonzaqa (23 sentyabr 1598, Mantova[d] – 27 iyun 1655, Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası) — Müqəddəs Roma imperatoru II Ferdinandın ikinci xanımı. Atası Mantuya hersoqu Vinçenzo Qonzaqa, anası isə Françesko Mediçinin qızı Elyanora Mediçidir. Adaşı olan ögey gəlini imperatriça Elyanoradan fərqlənmək üçün Böyük Elyanora olaraq anılmışdır. Onun illərində Vyanadakı imperator sarayı barokko musiqisinin Avropadakı əsas mərkəzləriundən birinə çevrildi. == Mənbə == Raviola, Blythe Alice (2014). Corti e diplomazia nell'Europa del Seicento: Correggio e Ottavio Bolognesi (in Italian). Universitas Studiorum. p. 24, 43–44, 49, 171. ISBN 978-8-89-768364-3 Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016).
Elyanora Qonzaqa (1630-1686)
Elyanora Qonzaqa (18 noyabr 1630, 30 aprel 1630, 18 noyabr 1628 və ya 1630[…], Mantova[d], Mantova əyaləti – 6 dekabr 1686 və ya 5 dekabr 1686, Vyana) — Müqəddəs Roma imperatoru III Ferdinandın üçüncü xanımı. Atası Never hersoqu II Karl Qonzaqa, anası isə onun xanımı Mariya Qonzaqadır. Adaşı olan ögey qaynanası imperatriça Elyanoradan fərqlənmək üçün Kiçik Elyanora olaraq anılmışdır. == Mənbə == Braun, Bettina; Keller, Katrin; Schnettger, Matthias (4 April 2016). Nur die Frau des Kaisers?: Kaiserinnen in der Frühen Neuzeit (in German). Böhlau Verlag Wien. p. 117. ISBN 978-3-205-20085-7 Hengerer, Mark (2012) [2008]. Mazohl, Brigitte (chair); Rumpler, Helmut (deputy chair); et al.