ELYANORA

yun. şəfqət, mərhəmət; y.Allah mənim nurumdur.
ELYANƏ
ELYANURA
OBASTAN VİKİ
Avstriyalı Elyanora
Vizeyli Elyanora
Elyanora Giorgi
Avstriyalı Elyanora (hersoqina)
Düsseldorflu Elyanora Maqdalena
Elyanora (Akvitaniya hersoqinası)
Akvitaniyalı Elyanora (fr. Éléonore d'Aquitaine; oks. Alienòr d'Aquitània; 1122, Bordo, Akvitaniya hersoqluğu – 1 aprel 1204[…], Puatye) — Akvitaniya hersoqinası. Fransa kralı VII Lüdovik və İngiltərə kralı II Henriylə baş tutan evlilikləri səbəbilə, bir müddət hər iki dövlətin kraliçası olmuşdur. Uzun illər cənub-qərbi Fransanı idarə edən Puatye sülaləsinin varisi olaraq Orta əsrlər dövründə Avropanın ən güclü və zəngin qadınlarından biri idi. Atası X Uilyamın vəfatının ardından 1137-ci ildə hələ 15 yaşında ikən hersoqina oldu. Elə həmin il Fransa kralı VI Lüdovikin oğlu ilə evləndirildi və çox keçmədən qaynatasının vəfatıyla əri VII Lüdovik taxta çıxdı. Beləcə, Fransa kraliçası olan Elyanoranın bu nigahdan 2 qızı dünyaya gəldi. 1147-ci ildə baş tutan İkinci Səlib yürüşündə əriylə birlikdə müqəddəs torpaqlara səyahət etdi. Ancaq oğul varisi verə bilmədiyi üçün əri tərəfindən boşanmağa məcbur edildi.
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Avstriyalı Elyanora (Polşa kraliçası)
Elyanora Qonzaqa (1598-1655)
Elyanora Qonzaqa (1630-1686)
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Elyanora Plantagenet (Kastiliya kraliçası)
Elyanora Plantagenet (isp. Leonor Plantagenet; sentyabr 1161 – 31 oktyabr 1214, Burqos, Kastiliya və Leon) — Kastiliya kralı VIII Alfonsonun xanımı, Kastiliya kraliçası. Eyni zamanda İngiltərə kralı II Henrinin qızıdır. Təxminən 1161-ci ildə Normandiyanın Domfront kommunasında dünyaya gəldi. Atası İngiltərə kralı II Henri, anası isə Akvitaniya hersoqinası Elyanora idi. Anası daha öncə Fransa kralı VII Lüdoviklə evlənmişdi və bu evlilikdən onun 2 bacısı vardı. 1170-ci ildə 9 yaşlı Elyanora siyasi məqsədlərlə 15 yaşlı Kastiliya kralı VIII Alfonso ilə evləndirildi. Bu yolla atası Akvitaniyanın cənub sərhədlərini qorumaq istəyirdi. VIII Alfonso isə Navarra krallığına qarşı siyasi müttəfiq axtarışında idi. Bu siyasi evliliyin nəticəsi olaraq 1177-ci ildə II Henri sərhəd bölgəsinə ordu yürütdü və burada Navarra krallığından gələ biləcək hücumlara qarşı tədbirlər gördü.
Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)