Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elevter Andronikaşvili
Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, Sankt-Peterburq – 8 sentyabr 1989, Tbilisi) — Sovet gürcü fiziki. == Həyatı == 1910 (25 dekabr) 1910 12 dekabr ildə Sankt-Peterburqda anadan olmuşdur. Əcdadları güclü zadəganlardan idilər. Onun qardaşı ədəbiyyatşünas İrakli Andronikaşvili idi. 1932-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirdi. 1934-1945-ci illərdə Tbilisi Dövlət Universitetində mühazirə dərsləri deyirdi. 1942-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləmiş, 1951-ci ildən bu institutun direktoru olmuşdur. 1940-1941-ci illərdə və sonra 1945-1948-ci illərdə Moskva Fizikia Problemləri İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir, 1948-ci ildə dərəcə alır.
Fyodor Plevake
Plevako Fyodor Nikiforoviç (1842 – 1909) – ən tanınmış rus vəkillərdən biri, hüquqşünas, natiq, həqiqi mülki müşavir == Həyatı == Moskva Universitetinin hüquq fakultəsində kurs bitirmişdir. Məhkəmə vəzifələrinə namizəd olmuşdur. 1870-ci ildə Moskva dairəsinin məhkəmə palatısının müvəkkil andlılar təbəqəsinə daxil oldu. Vəkil fəaliyyəti Moskvada keçmişdi. İlkin məhkəmə nitqləri böyük natiqlik istedadını göstərdi. Dinləməsi Ryazan dairə məhkəməsində keçirilən polkovnik Kosturbo-Koriskiy prosesində (1871-ci il) Plevakonun rəqibi müvəkkil andlı A.İ.Urusov olmuşdur və dinləciyilərə çox böyük təsir göstərmişdi, lakın sübutların ciddi təhlili ilə seçilən Plevako onun mövqeyini dağıtmışdır. Bundan başqa Plevakonun daha bir nitqi diqqəti cəlb edir, belə ki 1880-ci ildə 19-yaşlı Kaçka adlı bir qız, tələbə Bayroşevskinin qətlində təqsirli bilinmişdir (onunla sevgi əlaqəsində olmuşdur). Cavanlıqla elmi işlərlə məşğul idi: 1874-cü ildə Puxtanın roma mülki hüquq kursunu rus dilinə tərcümə edib nəşr etmişdir.
Artemisia elenae
Artemisia elenae (lat. Artemisia elenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ələvicə
Ələvicə — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,692 nəfər və 1,696 ailədən ibarət idi.
Əcəvitə edilən sui-qəsd cəhdləri
Mustafa Bülənd Ecevit (türk. Mustafa Bülent Ecevit, 28 may 1925[…], Konstantinopol – 5 noyabr 2006[…], Ankara) — şair, jurnalist, publisist, partiya sədri, baş nazir və siyasət adamı. == Haqqında == Müxtəlif dövrlərdə Ankara, Zonquldağ və İstanbuldan millət vəkili olmuşdur. Təmsilçilər Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyası və Demokratik Sol Partiyasının sədri seçilmişdir. Türkiyə Çalışma Bakanı, dövlət naziri, baş nazir köməkçisi və baş nazir kimi fəaliyyət göstərmişdir. Ali təhsili olmadığı üçün Türkiyə prezidentliyinə namizəd ola bilməmişdir. Atası əslən güneydoğudan köçərək gəlmiş bir kürd kökənli müderrisin oğlu Kastamonu doğumlu Əhməd Fəxri Əcəvit Ankara Hüquq Fakültəsində professor idi . Anası Fatma Nazlı (milliyyətcə boşnak) isə rəssamdı. 1944-cü ildə Robert kolecini bitirən Bülənd Ecevit elə həmin il fəaliyyətinə Basın Yayın Genel Müdirliyində tərçüməçiliklə başladı. 1946-cı ildə sınıf yoldaşı Rahşan (Aral) Ecevit ilə ailə həyatı qurdular.