Liftçi qız (film, 1966)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film.
== Məzmun ==
Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır.
Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır.
== Festivallar və mükafatlar ==
Kinoalmanax
1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı
Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır.
== Film haqqında ==
Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir.
Qaraca Qız
Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir.
Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Liftçi qız
Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir.
Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir.