Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eclipse
Eclipse - Busta Flexin üçüncü mahnı albomu.
Ellips
Ellips (q.yun. ἔλλειψις — endirmə, çatışmazlıq) — müstəvi üzərində fokuslar adlanan iki nöqtədən məsafələrinin cəmi sabit olub, fokuslar arasındakı məsafədən böyük qalan nöqtələrin həndəsi yeri. == Ellipsin kanonik tənliyi == Düstur ilə təyini və Ellipsin kanonik tənliyi: x 2 a 2 + y 2 b 2 = 1. {\displaystyle {\frac {x^{2}}{a^{2}}}+{\frac {y^{2}}{b^{2}}}=1.} Xüsusi halda a = b {\displaystyle a=b} olarsa x 2 + y 2 = 1 {\displaystyle {x^{2}}+{y^{2}}=1} çevrəsi alınar. == Əlaqəli təyinləri == Ellips fokusları vasitəsilə keçən və ucu ellipsə uzanan AB parçası, bu ellipsin böyük oxu adlanır. Böyük oxun uzunluğu yuxarıda göstərilən tənlikdə 2a-ya bərabərdir. CD parçası - perpendikulyar ellipsin böyük oxunun mərkəzindən keçən və elliə uzanan ox, ellipsin kiçik oxu adlan larının kəsişmə nöqtəsi oadl Abbasov eli 1706anır. Müstəvi üzərində ixtiyari nöqtənin fokuslardan ibarət r 1 {\displaystyle r_{1}} və r 2 {\displaystyle r_{2}} məsafəsi bu nöqtənin fokal radiusları adlanır. Məsafə tənliyi: c = | F 1 F 2 | 2 {\displaystyle c={\frac {|F_{1}F_{2}|}{2}}} Bu təyin fokus məsafəsi adlanır. e = c a = 1 − b 2 a 2 {\displaystyle e={\frac {c}{a}}={\sqrt {1-{\frac {b^{2}}{a^{2}}}}}} təyini eliptik ölçü adlanır.
Eclipse (proqram)
Eclipse — çox dilli inteqrasiya olunmuş inkişaf mühiti. Əsasən javada yazılıb. Eclipseden istifadə etməklə Javada eləcə də digər proqramlaşdırma dillərində, C, C++,Ruby (Ruby on Rails daxil olmaqla), PHP, Perl, Prolog, Ada, COBOL, Haskell, Scala, Clojure, Groovy and Scheme proqramlar yaratmaq (yazmaq) olar. 27.06.2012-ci ildə Eclipse-in 4-cü stabil versiyası (Eclipse 4.2 - kod adı Juno) istifadəyə verildi.
Total Eclipse of the Heart
Total Eclipse of the Heart – Bonnie Tylerin 1982-ci ildə Faster Than the Speed of Night albomundan çıxardığı sinql. Mahnının müəllifi Jim Steinmandır. Mahnı Tylerin ən uğurli mahnısı olmuşdur.
Ellipsis
Ellipsis — sözlərin və ya şəkilçilərin ixtisarı. Ellipsisdən adətən şeirdə qafiyə yaratmaq, mətni daha intonasiyalı etmək üçün istifadə olunur. Həmçinin ellipsis bədii üslubun göstəricilərindən biridir. == İstinadlar == == Mənbə == Ágel, V., Ludwig Eichinger, Hans-Werner Eroms, Peter Hellwig, Hans Heringer, and Hennig Lobin (eds.) 2003/6. Dependency and Valency: An international handbook of contemporary research. Berlin: Walter de Gruyter. Johnson, Kyle 2001. What VP ellipsis can do, and what it can’t, but not why. In The handbook of contemporary syntactic theory, ed. Mark Baltin and Chris Collins, 439–479.
Ellinge Qalası
Ellinge Qalası (isveç: Ellinge slott) — İsveçin Skone bölgəsinin Eslöv kommunasında qala. Mülk İsveçin ən qədim mülklərindən biridir. Ehtimal ki, XIII əsrdə müdafiə qalası kimi qurulmuşdur. == Coğrafiyası == Qala Eslövdən cənubda Bråån çayının yaxınlığında yerləşir. == Tarixi == 1859-cu ildə nəşr olunan qalanın təsvirində “Ellinge həmişə zadəganlar ailəsinə məxsus olub” kimi təsvir edilir. Əmlakın tarixini XI-ci əsrə qədər izləmək olar. Ellinge Qalasına sahib olan ilk ailələrdən biri Kvite adlanırdı, sonra malikanə XIII-cü əsrin əvvəllərində Qalen Evinə, daha sonra Erlandsen ailəsinə keçdi. Mülk 1505-ci ildə Danimarka tacına verildi və 1511-ci ildə dövrün ən güclü adamlarından biri olan Henrik Krummedigeyə satıldı. XIX-cu əsrdə Ellinqin 3 fərqli sahibi var idi. 1-si II Karl Fredrik Düker — orduda karyera qurdu.
Bulbophyllum elliae
Bulbophyllum elliae (lat. Bulbophyllum elliae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elise Norvood
Elise Norvood (18 iyun 1981, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Elise Norvood, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Elise Norvood, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Ellis Barkvort
Ellis Barkvort (15 oktyabr 1997-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort doqquz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin may ayında klub ilə peşəkar müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Ellis Marsalis
Ellis Marsalis (14 noyabr 1934, Nyu-Orlean, Luiziana – 1 aprel 2020, Nyu-Orlean, Luiziana[…]) — Amerika cazmeni. == Həyatı == 14 noyabr 1934-cü ildə Nyu-Orleanda doğulub. Ellis Marsalis 1 aprel 2020-ci ildə 85 yaşında yeni tip koronavirus infeksiyasının yaratdığı pnevmoniyadan ölüb. == Fəaliyyəti == O, uzun illər Yeni Orleanda yaşayıb və caz musiqisinin inkişafı yolunda çalışıb.
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.
Tomas Ellis
Tomas Con Ellis (17 noyabr 1978, Kardiff, Uels, Birləşmiş Krallıq) — Uelsli aktyordur. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır. 2016-cı ilə yayımlanan Lucifer adlı serialda, başrol olaraq aktoyluğunu etmişdir. Tomas Con Ellis 17 noyabr 1978-ci ildə Kardiffdə dünyaya gəldi. Onun atası Christopher John Ellis anası isə, Marilyn Jean idi. Onun üç bacısı var idi, biri isə onun əkizidir. Onun atası, əmisi və bacılarından biri Baptist vəzirlərindən olmuşdur. Tom John Ellis dünyaya gəldikdən sonra ailəsi İngiltərəyə köçdü və o, Cənubi Yorkşirin Şeffild şəhərində böyüdü. O, Şeffildin Yüksək Storrs Məktəbində oxumuş və Şeffild Şəhər Gənclər Orkestrində fransız buynuzu çalmışdır. Daha sonra Qlazqoda Kral Şotlandiya Musiqi və Dram Akademiyasında Dramatik Tədqiqatlar üzrə bakalavr dərəcəsini qazanmışdır.
Tom Ellis
Tomas Con Ellis (17 noyabr 1978, Kardiff, Uels, Birləşmiş Krallıq) — Uelsli aktyordur. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır. 2016-cı ilə yayımlanan Lucifer adlı serialda, başrol olaraq aktoyluğunu etmişdir. Tomas Con Ellis 17 noyabr 1978-ci ildə Kardiffdə dünyaya gəldi. Onun atası Christopher John Ellis anası isə, Marilyn Jean idi. Onun üç bacısı var idi, biri isə onun əkizidir. Onun atası, əmisi və bacılarından biri Baptist vəzirlərindən olmuşdur. Tom John Ellis dünyaya gəldikdən sonra ailəsi İngiltərəyə köçdü və o, Cənubi Yorkşirin Şeffild şəhərində böyüdü. O, Şeffildin Yüksək Storrs Məktəbində oxumuş və Şeffild Şəhər Gənclər Orkestrində fransız buynuzu çalmışdır. Daha sonra Qlazqoda Kral Şotlandiya Musiqi və Dram Akademiyasında Dramatik Tədqiqatlar üzrə bakalavr dərəcəsini qazanmışdır.
Ellis (ada)
Ellis adası (ing. Ellis Island) — Nyu-York şəhərindəki Hudson çayının mənsəbində yerləşən bir adadır. 1 yanvar 1892-ci ildən 12 noyabr 1954-cü ilə qədər Ellis adası Nyu-York şəhərinə gələn yeni immiqrantlar üçün tranzit mərkəzi rolunu oynamışdır. Hal-hazırda ABŞ federal hökumətinə məxsus olan ada ABŞ Milli Park Xidmətinin nəzarəti altındadır və Azadlıq heykəli Milli Abidəsi (ing. Statue of Liberty National Monument) adlı dövlət orqanı tərəfindən idarə olunur. Turistlər adaya gedib-gəlməkdə sərbəstdirlər. Ellis adasının Nyu-York ştatı və ya Nyu-Cersi ştatına aid olması məsələsi uzun bir müddət ərzində müzakirə mövzusu olmuşdur. Adanın böyük bir hissəsi Nyu-Cersi ştatının Cersi-Siti şəhərinin sərhədləri daxilində olsa da, kiçik bir hissəsi qonşu Nyu-York şəhərinin sərhədləri daxilində yerləşir.
Mara Ellis Rayan
Mara Ellis Rayan (ing. Marah Ellis Ryan, qızlıq soyadı Martin) və ya Ellis Martin (27 fevral 1860, Batler (dairə, Pensilvaniya), Pensilvaniya – 11 iyul 1934) — ABŞ yazıçısı, aktrisası və aktivisti. O, hopi ilə yaşadıqdan sonra yerli amerikalılar üzərində etibarlı sayılırdı. == Həyatı == Mara Ellis Rayan Pensilvaniya ştatının Batler dairəsində Qrem və Sidni Meklinq Martinin ailəsində anadan olmuşdur. O, karyerasına Ellis Martin təxəllüsü ilə başlamış, bir neçə şeir və hekayə yazmışdır. Rayan 1883-cü ildə irlandiyalı aktyor və komediya ustası Semuel Ervin Rayan ilə evlənmişdir. O, 1889–1925-ci illər ərzində çoxsaylı romanlar yazaraq populyar yazıçı olmuşdur. Təxminən 1909-cu ildə Arizonada məskunlaşmış hopi xalqı arasında yaşamağa getmişdir. "New York Times"a görə, Rayan "gizli dini ayinlərə qəbul edilən yeganə ağdərili qadın olduğunu iddia etmişdir. O, ABŞ və Meksikada hindilərin qəbilə həyatında nüfuz sahibi kimi qeyd edilmişdir".