Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Encase
Encase — sübutların toplanması və analizi üçün ABŞ Maliyyə Nazirliyinin gizli xidməti. FTB və MTA-nin işlərinə yardım üçün yaradılmışdır. Hazırda açıq satışda olan kommersiya alətidir. İnformasiyanın müxtəlif fayl sistemlərində, müxtəlif əməliyyat sistemlərində, informasiya daşıyıcılarının tipindən asılı olmayaraq axtarışını həyata keçirir.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsi ilə verilir . == İlk baxış == Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. == Komponentlər == EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
Johnny Cash
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. == Tarixi == Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Əncan
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Əncan şəhəri