ƏNCAM

is. [ fars. ]
1. Son, axır, nəhayət, nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı xeyir olsun (axırı xeyir olsun).
□ Əncam qılmaq (vermək) – sona vardırmaq, nəticələndirmək.
[Böyükxanım:] Allah rizasına, bizi dil-dişə salma! İşlərə əncam verginən! M.S.Ordubadi.

Əncam tapmaq – sona varmaq, nəticələnmək.
[Ağamərdan:] Amma Zeynəb xanım gərək mənim hər sözümə, hər tədbirimə əməl etsin ki, bu iş əncam tapa. M.F.Axundzadə.

2. Kömək, vasitə, yol, tədbir.
□ Əncam etmək (çəkmək) – həllinə, başa gəlməsinə, qaydaya düşməsinə kömək etmək, çıxış yolu tapmaq, tədbir görmək.
İndi naxoşdu milləti-islam; Ona lazımdır eyləmək əncam. S.Ə.Şirvani.
[Aslan bəy:] Sən ehtiyatlı ol, mən özüm bu işə əncam çəkərəm, – dedi. A.Şaiq.
[Hacı Murad:] Məhərrəm bəy gəlsin, görək işə nə əncam çəkirik. S.S.Axundov.

Əncama qoymaq (salmaq) – yoluna qoymaq, yoluna salmaq, qaydaya salmaq.
Məktəb işlərini əncama saldınmı? – O, Tütünçüoğlu və Həsənağanın vasitəsilə hər bir işi əncamına salmışdı. M.S.Ordubadi.

Синонимы

  • ƏNCAM əncam bax 1. son; 2. tədbir, kömək
  • ƏNCAM kömək — vasitə — tədbir — yol
  • ƏNCAM son — axır — nəticə
ƏNBİYA
ƏNCAMƏ

Значение слова в других словарях

грубе́ть недосы́л общи́пываться о́чный псевдони́мный сли́вочник стеклоду́в эвапора́ция дезинсе́кция догрыза́ть забу́риваться свя́точный хохми́ть bench jockey falling-off glutenite motte naval pasteurism sand-bath unbuttressed waffle whole-hearted za-zen тканьё