Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Endirim
Filay (endirilmə aparatı)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Çarmıxdan endirilmə (Rafael)
Çarmıxdan endirilmə (it. Deposizione Borghese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Çarmıxdan endirilmə" əsəri hal-hazırda İtaliyada Roma şəhərində saxlanılır.
İldırımlı yollarla
İldırımlı yollarla — böyük Azərbaycan bəstəkarı Qara Qarayevin Piter Abrahamsın romanının motivləri əsasında 1958–1959-cu illərdə yazdığı balet. Piter Henri Abrahamsın romanı Afrika xalqlarının azadlıq uğrunda çarpışmaları dövrundə yazılıb. Əsər məzmununun ana xətti ağ irqdən Sari adında qızla ağ irqdən olmayan Lenni adlı oğlanın ülvi məhəbbətidir. İrqçiliyin sarsılmaz qanunlarını pozmuş Lenni bütün yerli fermer və varlıların qəzəbinə gəlir. Yeni il gecəsi Sari, nəhayət nifrət bəslədiyi evdən baş götürüb qaçır. Azğınlaşmış təqibçilər öz şəxsi azadlığını və məhəbbətini hər şeydən uca tutan hər iki gənci vəhşicəsinə öldürürlər. == Məzmun == Hadisələr Cənubi Afrikada XX əsrin 40-cı illərində baş verir. Cənubi Afrika, kiçik bir qəsəbə meydanı. Bir qrup tələbə yeməkxanada ziyafət verirlər. Lenni əynində məzun forması bu ziyafətə qoşulur.
İldırımlı yollarla (balet)