Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epiqraf
Epiqraf (yun. επιγραφή — "yazı") — Başlıq, ideya yönümü, kimi tanımlaya biləcəyimiz epiqraf, elmi-bədii, siyasi-iqtisadi, ictimai-psixoloji – yəni təfəkkür dünyasını əhatə edən kitab, məqalə, araşdırma, məktub, gündəlik və b. yazı məhfumlarının başlığında, yaxud başlıqlarında hər hansı bir düşüncə adamının qısa fikri kimi işlədilir. İşlədildiyi nümunəni, yön, fikir, ideya baxımdan, əhatə edir, ilkin anlayış, məqsədi nəzərdə tutur. Epiqraf – [yun. epigraphe – yazı] 1)ədəbiyyatda əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər; zərbiməsəl, hikmətli söz; 2)qədim yunanlarda: kitabə, abidə (qəbir daşları) üzərində yazı; 3)bir əsərin və ya onun ayrı-ayrı hissələrinin (fəsillərinin) başında mövzunun xarakterini və inkişafını göstərən qısaca mətn: cümlə, zərbi-məsəl, hikmətli söz və s. == Xarici keçidlər == == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Epiqram
Epiqram (q.yun. ἐπίγραμμα — "yazı") — qısa, maraqlı və yaddaqalan satirik şeir, həcv. Epiqram – [yun. epigramma – yazı] qədim yunanlarda qəbir daşlarında, ictimai binalarda, abidələr, hədiyyələr və s. yerlərdə üzərində yazılan xatirə yazısı (yadigarlıq yazısı). == Mənbə == http://azerdict.com/izahli-luget/epiqram Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.