Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epitafiya
Epitafiya (yun. ἐπιτάφιος «qəbirüstü», lat. Epitaphium) — adətən, mənzum şəkildə olan qəbirüstü yazı. == Mənşəyi == Yunan-latın mənşəli söz olub, epi - haqqında, taphos - qəbir deməkdir. Antik dövrdə döyüş meydanında qəhrəmanlıqla həlak olan Afinalılar üçün dualar oxunurdu. Dualar əsasən anım mərasimlərində də oxunurdu. Sonralar bu dualar qısa şəkildə qəbir daşlarına yazılmağa başlandı. == Məzmunu == Qədim dövrlərdə ölülərə aid ayinlə və öləndən sonrakı şöhrət və xatirə qayğısı ilə bağlı olmuşdur. Ölən şəxsin qəbir daşına həkk olunmaq üçün yazılan kiçik şeirlərdir. Məzmunca məhrumun qəbirstandan keçənlərə müraciətini-vəsiyyətini ifadə edir.
Epiqamiya
Epiqamiya (q.yun. ἐπιγαμία) — xüsusi müqavilə əsasında yunan şəhər-dövlətlərinin vətəndaşları arasında olan nikah bağlanmasının təminatlı hüququ. E.ə. 451-ci ildə epiqamiya haqqında qanun nikaha daxil olan hər iki tərəfdən tam vətəndaşlıq hüquqlarının olmasını tələb edirdi. Ellinizm dövründə epiqamiya dövlətlərarası münasibətlərdə müttəfiqlərin müqavilə öhdəliklərində xüsusi olaraq qeyd olunurdu.Afina demokratiyası dövründə şəhər-dövlətlərinin vətəndaşları arasında nikahlara icazə verilmirdi, yalnız xalq yığıncağının qərarı ilə icazə verilə bilərdi. Hətta Afinada məskunlaşmış əcnəbilərin (metekilər) də yerli Afina vətəndaşları ilə nikaha daxil olmaq hüququ tanınmırdı. Epiqamiya həm də müxtəlif dövlətlərin vətəndaşları arasında münasibətləri rəsmiləşdirməyin bir vasitəsi idi. Ənənəvi olaraq, epiqamiya sazişi həyat yoldaşının və uşaqların müvafiq dövlətdəki milliyətə qəbul edilməsinə imkan yaradırdı. Məsələn, V əsrdə Afina bu hüququ Evbeya şəhər-dövlətinə vermişdi; hansı ki bu çox nadir görülən bir hadisə idi. Plutarxa görə, Attika, Pallena və Aqnus şəhərləri arasında epiqamiya qadağan edilmişdir.
Epitaksiya
Epitaksiya — prosesində nazik təbəqələr kristal altlıq üzərində elə alınır ki, onun strukturu altlığın kristal oriyentasiyasını tamamilə təkrar edir. Epitaksiya texnologiyasının üstünlüyü ondan ibarətdir ki, bu üsulla təmiz təbəqə almaqla yanaşı, həm də aşqarlama dərəcəsini tənzimləmək mümkün olur. Nazik təbəqənin alınmasında üç tip epitaksiya‐ qaz, maye və molekulyar üsullar tətbiq edilirdi. Qazla epitaksiya halında müəyyən konsentrasiyalı hidrogenlə silisium 4‐xlor qarışığı (SiCl4+H2), içərisində qrafit altlıq üzərində silisium təbəqəsi yerləşdirilmiş reaktordan buraxılır. Sonra induksiya qızdırıcısının köməyi ilə qrafit 1000°C‐dən yüksək temperaturlarda qızdırılır. Seçilən temperatur, kristal qəfəsində atomların düzgün oriyentasiyasını və monokristal təbəqənin alınmasını təmin edir. Proses aşağıdakı dönən reaksiya əsasında baş verir: SiCl4(g) + 2H2(g) ↔ Si(s) + 4HCl(g) Düzünə reaksiya epitaksiya təbəqəsinin alınmasına, əksinə reaksiya isə altlığın aşınmasına uyğundur. Epitaksiya təbəqəsinin aşqarlanması üçün qaz axınına aşqar atomları əlavə edilir. Bu halda fosforitdən (PH3) donor, dibordan (B2H3) isə akseptor kimi istifadə olunur. Mayeli epitaksiya halında müxtəlif materiallardan təşkil olunmuş çoxlu sayda struktur alınır.
Epifaniya (duyğu)
Epifaniya ( Klassik Yunan dilində "ἐπιφάνεια", epifaneia, "təzahür, qəfil aşkarlama") bir şeyin mənasını və ya mahiyyətini qəfil anlamaq və ya fərqinə varmaq deməkdir. Termin istər fəlsəfi, istərsə də sözün həqiqi mənasında, kiminsə "tapmacanın son hissəsini tapıb bütün mənzərəni görə bildiyini" və ya əhəmiyyətsiz olan yeni bir bilik və təcrübənin daha dərin və ya ilahi əsas dünyagörüşünə işıq saldığını göstərir.