Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erotica (Madonna albom)
Erotica — Madonnanın ikinci studiya albomu. 20 oktyabr 1992-ci ildə dünya üzrə "Warner Bros. Records" tərəfindən buraxılmışdır.
Erotika
Erotika və ya Erotizm sözü qədim yunan mifologiyasındakı məhəbbət ilahı sayılan Erosun adından götürülmüşdür. Sözün geniş mənasında həm iki cinsin (yəni kişi və qadın) cinsi yaxınlığındakı, həm də bütün insanların arasında mövcud olan dostluq və sevgi formasındakı eşqin bütün növlərini əhatə edir. Amma bu söz zaman keçdikcə öz ilkin mənasını tamamilə itirmişdir. Bu gün erotik deyincə ağıla gələn cinsi ehtiyacların fiziki və mənəvi ölçüləri və cinsi eqoları təmin etmək məqsədilə edilən hərəkətlər, davranışlar, oyunlar, moda və incəsənət kimi ictimai hadisələr başa düşülür. Bu anlayışına görə də, hal-hazırkı dövrdə erotika və ya erotizm sözünün mənası cinsi ehtiyacların sərhədlərini keçmir. Erotizm anlayışı pornoqrafiyaya yaxın olsa da, pornoqrafiya sərhəd tanımaması ilə erotikadan fərqlənir.
Capsella exotica
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Eroziya
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Veronica
Bulaqotu (lat. Veronica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Anaqallisəbənzər bulaqotu (lat. Veronica anagalloides Guss.) Dərman bulaqotu (lat. Veronica officinalis L.) Gülçülükdə bulaqotunun aşağıdakı növlərindən istifadə olunur: İri bulaqotu (V. teucriu) hündürlüyü 45 sm-ə çatan, göy və ya ağ çiçəkləri olan bitkidir. Virciniya bulaqotunun (V. virginica) hündürlüyü 150 sm-ə, daraqşəkilli bulaqotunun (V. pectinata) hündürlüyü isə 90 sm-ə çatır, çəhrayı və mavi rəngli çiçək açır, sünbülşəkilli bulaqotu (V. spicata) isə mavi, ağ və rəngli çiçəkləri olan bitkidir. Bulaqotunun çoxillik kolları çoxsaylı birillik bitkilərdən ibarətdir. Bulaqotunu kolun pöhrələri ilə və qələmlə çoxaltmaq olar. Bunun üçün yazda kəsilən cavan zoğlardan istifadə edilir.
Urtica
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
İrtica
İrtica (arb: رُجُع rücu kökündən, de: réaction — az: reaksiya) və ya geriçilik (az: "əvvəlki yerə qayıtmaq"), reaktsionizm əvvəlki vəziyyətə qayıtmağı tələb edən, həddindən artıq mühafizəkar və mütərəqqi olanlara qarşı olan, hər hansı bir ictimai və ya siyasi hərəkat və ya ideologiyadır. Sosial elmlər doktoru Emre Konqar "insanın tarixi inkişaf prosesinə, istehsal münasibətlərinə, istehlak və bölüşdürmə münasibətlərinə və siyasi rejimlərə görə" reaksionizmi təsnif etmişdir. Bu tərifə görə, bəşəriyyət tarix boyu inkişaf və tərəqqi göstərmişdir. Konqarın tərifinə görə yığıcılıq, ovçuluq, kənd təsərrüfatı, sənaye və informasiya cəmiyyəti kimi mərhələləri geri almaq və ya dayandırmaq mürtəcilikdir. Zamanla istehsal əlaqələri, ibtidai klanlar, köləlik, feodalizm, kapitalizm və sosializm kimi dəyişmişdir. Bu dəyişiklikləri geriyə qaytarmağı müdafiə etmək mürtəcilikdir. Allahın adı ilə cəmiyyəti idarə edən mütləq hüquqi və inzibati səlahiyyətlərə sahib olan hökmdarlar və səltənətlər öz yerlərini konstitusional krallıqlara və respublikalara buraxmışdırlar. Müasir dövlətlərdə fərdi hüquq və azadlıqlar demokratik və dünyəvi qanunlarla təmin olunur. Müasir və demokratik rejimlərdən daha çox, dini qaydaların insanlara qarşı tətbiq olunduğu antidemokratik rejimləri tələb etmək mürtəcilikdir. Bu termin Qərbdə Böyük Fransa inqilabı dövründə cinayətkar monarxiya rejiminə və ya onun şərtlərinə qayıtmaq istəyən əks-inqilabçıları təsvir etmək üçün istifadə edilmişdir.
Erica
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Eroziya (geologiya)
Eroziya — relyefin erozion formalarının mənşəyini və inkişafını bilmək üçün axar suların işi və onların əsasını təşkil edən fiziki qanunları bilmək lazımdır. Axar suların işi, onların kipetik (canlı) enerjisinin böyüklüyü ilə müəyyən edilir. Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses – eroziya və akkumulyasiya prosesləri gedir. Bu proseslərin kəmiyyət münasibətindən asılı olaraq çay yatağının quruluşu, vaxt getdikcə dəyişikliyə uğrayır. Eroziya üstünlük təşkil edən sahələrdə yataq dərinləşir, akkumulyasiya üstünlük olan sahələrdə isə yataq çayın gətirdiyi məhsullarla dolaraq dayazlaşır. Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olarsa, onun erozion fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə, çayın yatağını dərinləşdirən və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi aşağıdakı proseslərdən ibarətdir: Çay hövzəsində aşınmış məhsulun daşınması. Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çaqıldaşı, valun vasitəsilə yonulması və çilalanması. Bəzi süxurların (əhənğdaşı, dolomit, gips) suda həll olması və süxurların tərkibindəki duzların yuyulması.
Eroziya fazası
Gavia arctica
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Iris croatica
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Ligularia arctica
Ligularia arctica (lat. Ligularia arctica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Pinus serotina
Pinus serotina (lat. Pinus serotina) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Plantago cretica
Plantago cretica (lat. Plantago cretica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Pyrus serotina
Gecyetişən armud (lat. Pyrus pyrifolia), bəzi ölkələrdə Asiya armudu, yapon armudu, Çin armudu, Koreya armudu, Tayvan armudu, alma armudu və s.— bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Yaponiyada, Şimali Amerikada, Mərkəzi Asiyada və Çində bitir. Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Zoğları çılpaq və ya tükcüklü, bəzən isə keçətükcüklüdür. Yarpaqları uzunsov, yumurtavaridir, 7-12 sm uzunluqda, 4-6 sm enindədir. Kənarları dişlidir və açıq-yaşıl rəngdədir. Yarpaqların hər iki tərəfi əvvəlcə az tükcüklü olub, sonradan çılpaqlaşır. Çiçəkləri 6-9 ədəd olub, qrup halında yerləşmişdir. Meyvəsinin uzunluğu 5-7 sm-ə çatır, kürə formalı, yandan sıxılmış üzəri xallıdır, qonuru-ağımtıl rəngdədir.
Quercus croatica
Quercus scotica
Reqressiv eroziya
Reqressiv eroziya (rus. регрессивная эрозия, ing. regressive erosion, head ward erosion, backward erosion) — lat. regressio – geriyə hərəkət – geriyə çəkilən eroziya. Süxurların səthi axınlarla parçalanması və yuyulması prosesi. Dərinlik eroziyası mənbə istiqamətində inkişaf edərək tarazlıq profilinin yaranmasına gətirib çıxarır və adətən qonşu hövzələrin çaylarının baş hissəsinin zəbt olunmasına səbəb olur.
Rhodiola arctica
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.
Salix arctica
Arktika söyüdü (lat. Salix arctica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix arctica subsp. arctica Salix arctica subsp. crassijulis (Trautv.) A.K.Skvortsov Salix arctica subsp.
Salix serotina
Çubuqşəkilli söyüd (lat. Salix viminalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Diplima viminalis (L.) Raf. Salix viminalis var. genuina Turcz.
Salvia serotina
Salvia serotina (lat. Salvia serotina) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sonata Arctica
Sonata Arctica — Finlandiya power metal qrupu, 1996-cı ildə Finlandiyanın Kemi şəhərində Toni Kakko, Jani Liimatainen, Marko Paasikoski, Tommi Portimo və Pentti Peura tərəfindən yaradılıb. Əvvəlcə qrup "Tricky Beans" adlanırdı. Onlar "Tricky Beans" qrupu kimi hard rock janrı ilə oxumağa başladılar. 1997-ci ildə "Sonata Arctica" adı ilə fəaliyyətinə davam edir və 1999-cu ildə onların üslubu tamamilə dəyişir. Habelə Toni Kakkonun vokal səsi də dəyişir. Dəyişikliklərdən sonra qrup 1999-cu ildə "UnOpened" və "Wolf & Raven" sinqllarını, eləcə də "Ecliptica" adlı ilk studio albomu buraxıldı və albom 30,000 nüsxədən çox satıldı. Beləliklə, "Sonata Arctica" qrupu power metal üslubunda qrup kimi məşhurlaşmağa və tanınmağa başladı.
Securigera cretica
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.