Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.
Eqyan
Eqyan (fr. Eyguians, oks. Aiguians) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05053. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 71.2%). Fəal olan 117 nəfərdən 110 nəfəri (60 kişi və 50 qadın), 7 nəfəri işsizdir (3 kişi və 4 qadın).
Reyan
Reyan (fr. Reillanne, oks. Ralhana) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04160. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1012 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 897 əmək qabiliyyətli insan (15–64 yaş arasında) arasında 603 nəfər iqtisadi cəhətdən fəal, 294 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə bu 58,4%) idi. Fəaliyyət göstərən 603 nəfərdən 501 nəfər (273 kişi və 228 qadın), 102 nəfəri işsizdir (50 kişi və 52 qadın).
Adolf Erman
Adolf Erman (31 oktyabr 1854, Berlin – 26 iyun 1937, Berlin) — alman misirşünası, arxeoloq. == Bioqrafiyası == 1883-cü ildə Berlin Universitetinin professoru, 1884-cü ildə isə Berlindəki Misir muzeyinin direktoru olub. 1994-cü ildən Prussiya Elmlər Akademiyasının üzvü olub. Misir yazı sistemini öyrənən, misirşünaslığın əsasını qoyan sələflərindən fərqli olaraq, Erman Misir dilini tədqiq etmiş, onun qrammatik quruluşunu və inkişaf mərhələlərini müəyyənləşdirmişdir. Onun rəhbərliyi altında Qәdim Misir dilinin ən dolğun lüğəti işlənib hazırlanmışdır.
Alenuş Teryan
Alenuş Teryan (ing. Alenush Terian, erm. Ալենուշ Տէրեան; 1920—2011) — erməni əsilli iranlı alim, astronom və fizik; onu müasir İran astronomiyasının anası adlandırırlar. == Bioqrafiya == O, 1920-ci il noyabrın 9-da Tehranda erməni ailəsində anadan olmuşdur. Onun atası Arto, Arizad kriptonimi ilə rejissor, şair və tərcüməçi idi; anası Vartui teatr aktrisası və rejissoru idi. 1947-ci ildə Tehran Universitetinin Elmlər fakültəsini bitirib, burada əmək fəaliyyətinə fizika laboratoriyasında başlayıb və tezliklə laboratoriyanın müdiri olub. Teryan Fransada təhsil almaq məqsədi ilə təqaüd üçün müraciət etmiş, lakin Tehran Universitetinin professoru Mahmud Hesabi iranlı qadının təhsilinin kifayət qədər olduğunu düşünərək buna razılıq vermir. Lakin atasının maddi dəstəyi ilə Alenuş yenə də Fransaya təhsil almağa gedir və burada 1956-cı ildə Sorbonna Universitetində (indiki Paris Universiteti) atmosfer fizikası üzrə doktorluq dərəcəsi alır. İrana qayıdaraq Tehran Universitetində termodinamika üzrə dosent olur. Daha sonra Almaniya hökuməti tərəfindən Tehran Universitetinə verilən təqaüdlə Qərbi Almaniyada günəş fizikası sahəsində dörd ay işləyir.
Bryan Alvarez
Eduard Elyan
Eduar Vaqanoviç Elyan (20 avqust 1926-cı il, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ — 6 aprel 2009-cu il, Rostov) — Tupolev konstruktor bürosunun təyyarəçi-yoxlayıcısı. SSRİ-nin əməkdar təyyarəçi-yoxlayıcısı (1967), Sovet İttifaqı Qəhrəmanı (1971), polkovnik. == Həyatı == 1926-cı il avqustun 20-də Bakı şəhərində anadan olmuşdur. Ermənidi. 1938—1944-cü illərdə o, Moskva, Sverdlovsk və Norilskdə yaşamışdır. 1944-cü ildə Sverdlovsk Hərbi Hava Qüvvələrinin xüsusi məktəbini bitirmişdir. 1944-cü ilin iyun ayından orduya qoşulmuşdur. 1944-cü ildə Buquruslan şəhərində 9-cu hərbi aviasiya məktəbini bitirmişdir. 1948-ci ildə isə təyyarəçilərin Borisqlebsk hərbi aviasiya məktəbini. 1951-ci ilə qədər orada təyyarəçi-instruktor idi.
Ercan Yazgan
Ercan Yazgan (4 aprel 1946, Sinop – 8 mart 2018, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur.
Erhan Ufak
Erhan Ufak (5 may 1977) — Türkiyə aktyoru.
Erman Eltemur
Erman Eltemur (11 may 1993) — Türkiyəli karateçi. Erman Eltemur Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Şəxsi həyatı == Erman Eltemur 1993-cü ildə Kocaeli ilinin Gölcük ilçəsində anadan olmuşdur. Hal-hazırda İstanbulda yaşayır. Eltemur İstanbul Büyükşehir Belediyesi S.K. komandasının üzvüdür. == Karyerası == Erman Eltemur birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 75 kq çəki dərəcəsində, 1/8 final mərhələsində Azərbaycanın nümayəndəsi Rafael Ağayev ilə üz-üzə gəldi. Həmin görüşdə Erman Eltemur rəqibinə 0:3 hesabı ilə uduzdu.
Erman tozağacı
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Ernan Krespo
Ernan Kraspo — Argentinalı futbolçu və məşqçi.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Ersan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
Ertan Demirtaş
Ertan Demirtaş — "Dostluq" ordeni laureatı. == Həyatı == Ertan Demirtaş 1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1980–2003-cü illərdə Gülhanə Askeri Tibb Akademiyasında (GATA), daha sonra 1986–1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997–2003-cü illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001–2003-cü illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Erzyan bayrağı
Erzyanların milli bayrağı (erz. Эрзянь раськень коцт, sözbəsöz olaraq: Erzyan xalqının bayrağı) — Rusiyada yaşayan xalq olan erzyanların milli bayrağı. == Bayrağın təsviri == Bayrağın ölçüsü 1:2-yə nisbətindədir. Eyni eni olan üç üfüqi zolaqdan ibarətdir, üstü ağ, ortası qırmızı, alt hissəsi qara. O, Valentin Devyatkin tərəfindən hazırlanmış və 1990-cı ildə "Mastorava" cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bayrağın əsas rəngləri "erzya milli kişi və qadın geyimlərinin rənglərini təkrarlayır". İllər sonra erzya bayrağı erzya xalqının konqresi tərəfindən təsdiq edildi: "Erzyan Konqresi ağ-qırmızı-qara (yuxarıdan aşağıya) qumaş parçasını erzya xalqının bayrağı olaraq təsdiqləyir, rənglər erzya xalqının Azadlığını, Həyatını və Torpağını simvolizə edir.. == Bayrağın istifadəsi == "Qara-qırmızı-ağ" üçrəngi həm rəsmi erzya bayramlarında, həm də millətin gündəlik mədəni həyatında istifadə olunur. Erzyan bayrağı rəsmi qurumlar tərəfindən tanınmasa belə, xalqı üçün qanunidir. Bayrağın istifadə olunduğu bayramların əksəriyyəti erzya xalqının konqresi tərəfindən qəbul edilmişdir: 16 aprel — Erzyan dili günü (erz.
Erzyan dili
Erzyan dili (э́рзянь кель) — fin-uqor dil ailəsi fin-voljsk dil qrupuna daxil olan mordov dillərindən biri, erzyanların dili. Mokşan, rus dili ilə yanaşı Mordoviyanın üç dövlət dilindən biri. == Sayı == Siyahıyaalma zamanı Mordoviya sakinləri ana dili kimi mordov dilini göstərərək onu mokşan və erzyan dillərinə bölmürlər. Ona görə də təxmini olaraq erzyanların sayının 517 575 nəfər, o cümlədən Rusiyada 440 000 nəfər olduğunu güman edirlər. Rusiya Statistika Komitəsinin məlumatına görə özünü mordva kimi 843,35 min nəfər adlandırırlar (o cümlədən mokşa — 49,6 min nəfər, erzyan — 84,4 min nəfər ). Erzyan dili yox olma həddində olan dillərin siyahısında və ya yox olma həddinə yaxın siyahılarda qeyd edilir. === Bu dildə danışanların yayıldığı ərazi === Təxminən 28 % erzyanlar Mordoviya Respublikası ərazisində, digəriləri isə keçmiş SSRİ ərazisində yaşayırlar. === İki dillilik === Erzyan dilini bilənlərin böyük mütləqiyyəti iki dillidirlər. İki dillilərin ümumi sayı 696 369 nəfərdir. Onlardan — 306 109 nəfəri kişi, 389 982 nəfəri isə qadındır.
Kleyr Kryan
Üryan Xıdır
== Üryan Xıdır Dorutayda == Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər. Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.
Erkan Akçay
Erkan Akçay (1961, Burdur ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Erkan Akçay 1961-ci ildə Burdur ilinin Yeşilova ilçəsində anadan olub. Qazi Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Maliyyə Nazirliyində mühasibat nəzarətçisi, İzmirin xəzinədarının müavini, Manisanın isə xəzinədarı olub. Balıkəsirdə Gəlirlər İdarəsinin rəisi və Vergilər İdarəsinin rəisi vəzifələrində də təmsil olunub. Uzun illərdir MHP üzvüdür. 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Manisa ilindən Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 17 noyabr 2015-ci ildə MHP TBMM qrupunun müavinidir. İngiliscə bilir.
Erkan Özerman
Erkan Özerman (1938 – 13 fevral 2024) — Türk prodüser, təşkilatçı, "Best Model of Turkey" və "Best Model of the World" gözəllik yarışmalarının qurucu prezidenti. == Həyatı == 2022-ci ildə mədəaltı vəzi xərçənginə tutulub və xəstəlik qaraciyərinə keçib. 13 fevral 2024-cü il tarixində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Debby Ryan
Deborah Enn "Debbi" Rayan — Amerikalı aktrisa və müğənni. Debbi 2007-ci ildə Barni və dostları (ing. Barney & Friends) DVD filmində Disney tərəfindən kəşf edildi. Rayanın ən məşhur rolu Disney Channel serialı olan Zak və Kodinin gəmidəki macəraları adlı serialdakı Beyli Pikket roludur. 2008-ci ildə bu serial televiziyada 6–11 yaş arası uşaqlar arasında birinci, 9–14 yaş yeniyetmələr arasında isə ikinci yerdə dururdu. O, həmçinin həmin ildə Lonqşortlarda Edit rolunu canlandırdı. 2010-cu ildə, "16 arzu" adlı filmdə baş rola çəkilmişdir və bu film Disney Channelin ən çox izlənilən filmlərindən biri olmuşdur. 2010-cu ildə o Disney Channelda onun premyerası günündə əksəriyyət insanların müşahidə etdiyi kabel proqram olan 16 arzu filmi yeni auditoriyalara Rayanı təqdim etdi. Filmin ilk nümayişi 20 avqust 2010 — da oldu. Rayan həmçinin, Disney Channel Orijinal filmi olan "Radio qiyamçısı"nda baş rola çəkildi.
Ryan Bolton
Ryan Bolton (26 mart 1973) — Birləşmiş Ştatları təmsil edən triatlonçu. == Karyerası == Ryan Bolton Birləşmiş Ştatları 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 25-ci pillədə başa vurdu.
Bryan Kennet Saymon
Bryan Kennet Saymon (ing. Bryan Kenneth Simon; 14 aprel 1943 – 3 yanvar 2015, Brisben) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Bryan Kennet Saymon Avstraliya bitkiləri üzrə ixtisaslaşmışdır, Sacciolepis, Aristida, Sporobolus kimi cinslərin müəllifidir. == Əsərləri == Simon, B.K. Rhodesian and Zambian Grass Lists (неопр.) // Kirkia. — 1971. — Т. 8. — С. 3–83. Simon, B.K. A revision of the genus Sacciolepis from the Flora Zambesiaca area (англ.) // Kew Bulletin : journal. — 1972. — Vol.
Ayişə Ərzan
Ayişə Ərzan (1949, Ankara) — Türkiyə fizikaçısı. == Həyatı == Ayişə Ərzan Ankarada anadan olmuşdur.O sonrakı təhsilini İstanbulda sonra isə ABŞ-nin Brayn Mavr kollecində davam etmişdir. 1970-ci ildə o ilk qazancını qazanmışdır. 1976-cı ildə Stoni Bruk Universitetinin fizika üzrə namizədlik işini müdafiə etmişdir. Ərzan Ankaraya qayıdır və Yaxın şərq Texnika Universitetində fizika şöbəsində işləməyə başlayır. 1977-ci ildə İstanbul Texnika Universitetinə qoşulur. Bu dövr ərzində o sülh və qadın azadlığına görə mübarizə aparmışdır. == Karyerası == 1980-ci ildə o yenidən ölkəni tərk edir. 1981-1990-cı illərdə Ərzan müxtəlif institut və universitetlərdə çalışmışdır. 1981-1982-ci illərdə Cenevrə Universitetinin Teoretikal fizika şöbəsində işləmişdir.
Dəryan (Şəbüstər)
Dəryan (fars. داريان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,954 nəfər yaşayır (1207 ailə).
Ərhan (Əbhər)
Ərhan (fars. ارهان‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,077 nəfər yaşayır (238 ailə).
Ərhan Afyoncu
Ərhan Afyoncu (türk. Erhan Afyoncu d.1967, Tokat, Türkiyə) — Türk tarixçisi, yazıçı, akademik, televiziya proqramçısı və köşə yazarı, Milli Müdafiə Universitetinin rektoru. == Həyatı == Ərhan Afyoncu ibtidai və orta təhsilini doğulduğu yer olan Tokatda almışdır. Qazi Osman Paşa Liseyini bitirdikdən sonra 1984-cü ildə Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi Sosial Araşdırmalar Təhsil şöbəsinə daxil olmuş, 1988-ci ildə məzun olduqdan bir il sonra isə həmin şöbədə elmi işçi vəzifəsində işləməyə başlamışdır. Magistratura pilləsini Necati Əfəndi Krımın tarixi (Rus Sefaratname) tezisi ilə, Doktoranturanı isə 1997-ci ildə Osmanlı Dövlət Təşkilatında dəftərxana əmiri (XVI-XVIII əsrlər) tezisi ilə bitirmişdir. 2000-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə isə professora qədər yüksəlmişdir. 2007-ci ildə 24 televeziya kanalında həftədə 1 dəfə verilən "Keçmiş zaman olur ki" adlı proqrama qatılan Ərhan Afyoncu daha sonra Xəbərtürk televeziyasında Murat Bardakçı və Pelin Batu ilə birlikdə "Tarixin arxa otağı" adlı tarix haqqında proqram hazırladı. Həmçinin ilk nömrəsi 30 may 2010-cu ildə çıxan və 2011-ci ilin 22 may tarixində yayımı dayandırılan "Xəbərtürk tarix" jurnalında köşə yazarı kimi fəaliyyət göstərmiş, eyni zamanda jurnalın akademik vəzifəsini icra etmişdir. 2011-ci ildə Show TV-də yayımlanan “Muhteşem Yüzyıl” ın ilk mövsümündə tarix məsləhətçisi vəzifəsində çalışsa da, serialın ikinci mövsümündə vəzifəsini tərk etmişdi. 11 noyabr 2012-ci il tarixində Türkiyənin o dövrki prezidenti Abdullah Gül tərəfindən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu idarə heyətinin üzvü olaraq gətirilmişdir.
Ərhan Güləryüz
Ərhan Güləryüz (türk. Erhan Güleryüz; 13 yanvar 1966, Böyükçəkməcə, İstanbul ili) — "Ayna" Qrupunun solisti, film rejissoru və aktyor. == Həyatı == Ərhan Güləryüz ibtidai və orta məktəbi Böyükçəkməcədə oxuyub, burada yaşayıb. Musiqi ilə orta məktəb illərindən məşğul olmağa başlayıb, baraban çalıb. Doqquz Eylül Universitetinin İqtisadi və İdari Elmlər fakültəsində təhsil alıb.
Axyan
Yaşayış məntəqələri