ƏYAN₂

top. [ ər. ] köhn. Keçmişdə: ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar.
Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. A.Şaiq.
Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. M.S.Ordubadi.
Papaqların bəzisi uzun və qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli.

Синонимы

  • ƏYAN aydın — aşkar — açıq
  • ƏYAN əyan bax 1. zadəgan; 2. aşkar

Этимология

  • ƏYAN Dilimizdə “əyan olmaq” ifadəsi var. Əyan sözü eyn (göz) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏYAN₁
ƏYANİ
OBASTAN VİKİ
Əyani dərslik
Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. Biliyin ötürülməsinin yollarından biridir və tədrisdə istifadə olunur. Əyani dərsliklər adi kitablardan daha interaktiv, aydın və maraqlı olurlar. Onlardan adətən konkret misallar üzrə informasiyaları çatdırmaq üçün istifadə olunur. Məzmunundan və məqsədindən asılı olaraq əyani dərsliklər müxtəlif formalarda ola bilər: kompüter əsaslı, internet əsaslı, televiziya əsaslı və s.

Значение слова в других словарях