Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eskalator
Eskalator, Hərəkətli pilləkən (ing. escalator, fr. escalader – dırmaşmaq, lat. scala – pillәkәn) – adamları bir sәviyyәdәn digәrinә keçirmәk üçün hәrәkәt edәn pillәkәnşәkilli qaldırıcı nәqliyyat qurğusu. Binanın mərtəbələri arasında insanların daşınması üçün konveyer nəqliyyat cihazı. == Ümumi məlumat == Hərəkət edən səkilərdə (Travolatorlarda-"yeriyən səki") sərnişinlər ya ayaq üstə durur ya da səkinin üstündə oturacaqlarla təchiz edilmiş kabinələrdə yerləşdirilirlər. Hərəkət edən səkilər (Travolator) horizontal və bucaq altında yerləşdirilə bilərlər (meylli, və ya üfüqi). Sәrnişin axını çox olan metro stansiyalarında (tunel Eskalatoru), küçә keçidlәrindә, hәmçinin vağzal binalarında (mәrtәbә Eskalatoru; mәrtәbәlәrarası Eskalator), çoxmәrtәbәli ictimai binalarda, ticarәt mәrkәzlәrindә, teatrlarda vә s. geniş istifadә olunur. Eskalatorun pillәlәri sonsuz dartı zәncirinә bәrkidilir vә diyircәklәr üzәrindә yönәldici yolla hәrәkәt etdirilir.
Ekskavator
Ekskavator — yumşaq xassəli torpaqların qazılması və ya süxurlu yerlərin xırdalanmış halda emalı, həmçinin onların avtomobillərə və digər yükdaşıyan maşınlara yüklənməsinə imkan verən xüsusi maşındır. İşləmə prinsipinə görə bir çalovlu və çox çalovlu ekskavatorlar fərqlənirlər. Birinci tip ekskavatorlarda iş mərhələləri ardıcıl olaraq yerinə yetirdildiyi halda, çox çalovlu ekskavatorlarda bu paralell baş verir. Bir çalovlu ekskavatorlar ən geniş yayılmışdır. Bu ekskavatorlarda iş əməliyyatı yeri kəsmək (qazmaq), dolmuş çalovu boşaltma mövqeyinə gətirmək, çalovu boşaltmaq və ilkin mövqeyə qaytarmaqdır. İş tsiklinin davamı ekskavatorun gücündən və iş şəraitindən asılı olaraq 12–80 saniyə çəkir. Bir çalovlu ekskavator istənilən qruntların emalında tətbiq oluna bilir. Asan qazılan yerlərdə çalovun həcmi böyüdülə bilir. Suxurlu yerlər ekskavatorla emal olunmazdan əvvəl boşaldılır (adətən partlayışla). Bir çalovlu ekskavatorlar tırtıllı, təkərli, dəmir yollu transmisiyaya malikdir.