EKRANLI
EKSKAVATORÇU
OBASTAN VİKİ
Ekskavator
Ekskavator — yumşaq xassəli torpaqların qazılması və ya süxurlu yerlərin xırdalanmış halda emalı, həmçinin onların avtomobillərə və digər yükdaşıyan maşınlara yüklənməsinə imkan verən xüsusi maşındır. İşləmə prinsipinə görə bir çalovlu və çox çalovlu ekskavatorlar fərqlənirlər. Birinci tip ekskavatorlarda iş mərhələləri ardıcıl olaraq yerinə yetirdildiyi halda, çox çalovlu ekskavatorlarda bu paralell baş verir. Bir çalovlu ekskavatorlar ən geniş yayılmışdır. Bu ekskavatorlarda iş əməliyyatı yeri kəsmək (qazmaq), dolmuş çalovu boşaltma mövqeyinə gətirmək, çalovu boşaltmaq və ilkin mövqeyə qaytarmaqdır. İş tsiklinin davamı ekskavatorun gücündən və iş şəraitindən asılı olaraq 12-80 saniyə çəkir. Bir çalovlu ekskavator istənilən qruntların emalında tətbiq oluna bilir. Asan qazılan yerlərdə çalovun həcmi böyüdülə bilir. Suxurlu yerlər ekskavatorla emal olunmazdan əvvəl boşaldılır (adətən partlayışla). Bir çalovlu ekskavatorlar tırtıllı, təkərli, dəmir yollu transmisiyaya malikdir.

Значение слова в других словарях

верня́к заготови́тельный коро́ночка отмолоти́ть парохо́дишко перлюстра́ция раскосма́чиваться сильното́чный двусве́тный инфанти́льно кля́узница ля́писный exaggerative holocaustic inwardness microbiology sweetheart agreement выстилать гандболистка доставлять мемориал нравоучение осенний провинность рыбоводство