Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evcilər
Evcilər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dülqədirli türk tayfasından olan avcı etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması ilə əmələ gəlib «evcilər tayfasına mənsub kənd» mənasını bildirir. Bu qənaətə gəlirik ki, evci, avçı etnonimin fonetik variantıdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arazap qoyulmuşdur.
Qızılı xortumlu itciyəz
Qızılı xortumlu itciyəz (lat. Rhynchocyon chrysopygus) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Xallı xortumlu itciyəz
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Erciyes Universiteti
Ərciyəs Universiteti (türkcə: Erciyes Üniversitesi) Türkiyənin Kayseri şəhərində yerləşmiş bir ali təhsil qurumudur. Universitet 1978-ci ildə Kayseri Universiteti adı altında qurulur. Zamanla bir sıra ad dəyişikliyindən keçdikdən sonra universitet 1982-ci ildə indiki adı olan Ərciyəs Universiteti adını alır. Ərciyəs adı Kayseri şəhərinin yaxınlığında yerləşən Ərciyəs dağından gəlir. Universitetin 2007–2008 təhsil ilində 26 096 tələbəsi mövcuddur. Universitetin nəzdində Tibb, Memarlıq, Hüquq, İlahiyat və s. kimi fakultetlər vardır.Universitetin ərazisində ən böyük binalardan ikisi Gövhər Nəsibə Tibb Fakulteti Xəstəxanası və məsciddir.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. == Həyatı == Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. == Uğurları == Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi.Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Rüfət Elçiyev
Ərciyəs Universiteti
Ərciyəs Universiteti (türkcə: Erciyes Üniversitesi) Türkiyənin Kayseri şəhərində yerləşmiş bir ali təhsil qurumudur. Universitet 1978-ci ildə Kayseri Universiteti adı altında qurulur. Zamanla bir sıra ad dəyişikliyindən keçdikdən sonra universitet 1982-ci ildə indiki adı olan Ərciyəs Universiteti adını alır. Ərciyəs adı Kayseri şəhərinin yaxınlığında yerləşən Ərciyəs dağından gəlir. Universitetin 2007–2008 təhsil ilində 26 096 tələbəsi mövcuddur. Universitetin nəzdində Tibb, Memarlıq, Hüquq, İlahiyat və s. kimi fakultetlər vardır.Universitetin ərazisində ən böyük binalardan ikisi Gövhər Nəsibə Tibb Fakulteti Xəstəxanası və məsciddir.
Ərciyəs dağı
Ərciyəs dağı — Türkiyənin iç Anadolu bölgəsindəki Kayseri şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 3916 metr olan vulkanik bir dağdır. Üzərindəki qarlar heç bir mövsümdə tam ərimir. Qış mövsümündə xizəklə sürüşmək üçün uyğun şəraitə malikdir.