Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firuiddin
Firuiddin — İslam dininin əməl edilməsi vacib olan şərtləri. Firuiddinə aid olan məsələlər çoxdur. Lakin bunlardan 10-u çox mühüm olduğundan daha çox tanınıblar:[mənbə göstərin] Namaz — Gün ərzində müəyyən şərtlər və müəyyən vaxtlarda Allaha ibadət etmək. Oruc — Hər il Ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək oruc olmaq. Zəkat — Müəyyən şərtlərdə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərdə xərcləmək və s. Xüms — İl ərzində insanın gəlirinin,qazancının beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə xərcləmək və s. Həcc — Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkəyə Kəbə evinin ziyarəti də daxil olmaqla xüsusi proqramla ziyarətə getmək. Cihad — Allah yolunda kafirlər, zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.Mənəvi yəni nəfsinlə mübarizə. Əmr be məruf (yaxşılıqlara dəvət) — Xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək. Nəhy əz-munkər (pisliklərdən çəkindirmək) — Xalqı pis işlərdən çəkindirmək.
Firuddin Babayev
Firuddin Əli oğlu Babayev (d.1 may, 1929. Bərdə rayonu, Şirvanlı) — Azərbaycanın ilk professor fitopatoloqu, görkəmli kənd təsərrüfatı alimi, biologiya elmləri doktoru. 250-dən çox elmi dərsliklərin və əsərlərin müəllifidir. Dünyanın bir çox yerlərində mühazirə söyləmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Həyatı == Firuddin Babayev 1 may 1929-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində, ziyalı ailəsində anadan olmuşdur. Ailədə altı uşaq arasında Firuddin Babayev böyükləri idi və ondan əlavə olaraq bir qardaşı, dörd bacısı vardır. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1945-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Həmin texnikumu 1948-ci ildə bitirdikdən sonra təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsində davam etdirib. Bu institutu Alim Aqronom ixtisası üzrə 1953-cü ildə bitirmişdir.
Firuddin Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firuddin Məmmədov
Firuddin Məmmədov (Məmmədov Firuddin İbrahim oğlu; 1 iyul 1936, Şahtaxtı, Naxçıvan MSSR – 8 iyun 2017) — texnika elmləri doktoru (1993), professor (1995), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Firuddin Məmmədov 1 iyul 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini, sonra "Neftkimyaavtomatika" Elmi-Tədqiqat Layihə İnstitutunun (Sumqayıt) aspiranturasını bitirmişdir. O, 1958-1968-ci illərdə "Neftkimyaavtomatika" ETLİ-də laborant, texnik, mühəndis, baş mü­həndis, baş elmi işçi kimi çalışmışdır. 1968-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrini icra etmişdir. 1993-cü ildən isə Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur. Firuddin Məmmədovun elmi tədqiqatlarını əsasən informatikanın texniki vasi­tələ­ri­nin yaradılmasına həsr etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alim elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmiş­dir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.