Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firuiddin
Firuiddin — İslam dininin əməl edilməsi vacib olan şərtləri. Firuiddinə aid olan məsələlər çoxdur. Lakin bunlardan 10-u çox mühüm olduğundan daha çox tanınıblar:[mənbə göstərin] Namaz — Gün ərzində müəyyən şərtlər və müəyyən vaxtlarda Allaha ibadət etmək. Oruc — Hər il Ramazan ayının əvvəlindən sonunadək sübh azanından axşam azanınadək oruc olmaq. Zəkat — Müəyyən şərtlərdə malın müəyyən hissəsini yoxsullara vermək, xeyir işlərdə xərcləmək və s. Xüms — İl ərzində insanın gəlirinin,qazancının beşdə birini ayırıb müəyyən olunmuş yerlərdə xərcləmək və s. Həcc — Müəyyən şərtlərlə ömründə bir dəfə Məkkəyə Kəbə evinin ziyarəti də daxil olmaqla xüsusi proqramla ziyarətə getmək. Cihad — Allah yolunda kafirlər, zalımlar və təcavüzkarlarla mübarizəyə qalxmaq.Mənəvi yəni nəfsinlə mübarizə. Əmr be məruf (yaxşılıqlara dəvət) — Xalqı yaxşı işlərə və bəyənilmiş rəftarlara dəvət etmək. Nəhy əz-munkər (pisliklərdən çəkindirmək) — Xalqı pis işlərdən çəkindirmək.
Firuddin Babayev
Firuddin Əli oğlu Babayev (1 may 1929, Şirvanlı, Bərdə rayonu – 22 iyun 1987, Kirovabad) — Azərbaycanın ilk professor fitopatoloqu, görkəmli kənd təsərrüfatı alimi, biologiya elmləri doktoru. 250-dən çox elmi dərsliklərin və əsərlərin müəllifidir. Dünyanın bir çox yerlərində mühazirə söyləmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Həyatı == Firuddin Babayev 1 may 1929-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində, ziyalı ailəsində anadan olmuşdur. Ailədə altı uşaq arasında Firuddin Babayev böyükləri idi və ondan əlavə olaraq bir qardaşı, dörd bacısı vardır. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1945-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Həmin texnikumu 1948-ci ildə bitirdikdən sonra təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsində davam etdirib. Bu institutu Alim Aqronom ixtisası üzrə 1953-cü ildə bitirmişdir. Aspiranturaya daxil olmadan, 1959-cu ildə Moldovanın paytaxtı Kişinyovda Biologiya Elmləri Namizədi dərəcəsini almışdır.
Firuddin Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firuddin Məmmədov
Firuddin Məmmədov (Məmmədov Firuddin İbrahim oğlu; 1 iyul 1936, Şahtaxtı, Naxçıvan MSSR – 8 iyun 2017) — texnika elmləri doktoru (1993), professor (1995), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Firuddin Məmmədov 1 iyul 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini, sonra "Neftkimyaavtomatika" Elmi-Tədqiqat Layihə İnstitutunun (Sumqayıt) aspiranturasını bitirmişdir. O, 1958-1968-ci illərdə "Neftkimyaavtomatika" ETLİ-də laborant, texnik, mühəndis, baş mü­həndis, baş elmi işçi kimi çalışmışdır. 1968-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrini icra etmişdir. 1993-cü ildən isə Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur. Firuddin Məmmədovun elmi tədqiqatlarını əsasən informatikanın texniki vasi­tələ­ri­nin yaradılmasına həsr etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alim elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmiş­dir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.
Firuddin Nəbiyev (general)
Nəbiyev Firuddin İsaxan oğlu — 1965-ci il yanvar ayının 25-də Ermənistan SSR-nin Amasiya rayonunda doğulub. == Həyatı == 1971-ci ildə Amasiya rayonunun Təpəkənd kəndindəki orta məktəbin birinci sinfinə gedib. 1981-ci ildə həmin məktəbi bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1987-ci ildə həmin institutundan müalicə işi ixtisası ilə məzun olub. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində hərbi hazırlıq kursu keçib, institutu bitirdikdə ona ehtiyatda olan tibb xidməti leytenantı hərbi rütbəsi verilmişdir. == Fəaliyyəti == 1987–1988-ci illərdə Yerevan şəhərində terapiya ixtisası üzrə internatura kursu keçdiyi zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar kursu yarımçıq qoyub, 1988-ci ildə Bakı şəhərinə köçüb. İnternaturanı 1989-cu ildə Sumqayıt şəhər xəstəxanasında davam etdirib. 1990–1992-ci illərdə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasında həkim, anesteziya-reanimasiya şöbəsinin müdiri vəzifələrində işləyib. 1992-ci ildə Daşkəsən Rayon Hərbi Komissarlığına müraciət edərək ordu sıralarına çağırılıb və 1994-cü ilədək döyüşən hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. 1994-cü ilin avqust ayında Hərbi Hava Qüvvələrinin tabeliyindəki hərbi hissələrin birində xidmətini davam etdirib. 1996-cı ildən 2001-ci ilədək Hərbi Hava Qüvvələrində tibb şöbəsinin müalicə-profilaktika üzrə zabiti və sonradan uçuşların tibbi təminatı üzrə baş zabiti, 2001-ci ildən Müdafiə Nazirliyində Hərbi Tibb Xidmətinin müalicə-profilaktika şöbəsinin baş zabiti, 2011-ci ildən Hərbi Tibb İdarəsinin müalicə-profilaktika şöbəsinin baş zabiti-şöbə rəisinin müavini, 2014-cü ilin yanvar ayından müalicə-profilaktika şöbəsinin rəisi vəzifələrində xidmət edib.