Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fövcül-füsəha
Fövcül-füsəha — XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri "Fövcül-füsəha" ("Gözəl danışanlar dəstəsi") adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şerlərinə nəzirə yazır, ədəbi-fəlsəfi və dini məsələlər ətrafında müzakirə açır, mübahisə aparırdılar.
Füqəra füyuzatı
Füqəra füyuzatı (jurnal, 1920-1921) - ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I.IX, I.XI) 2, 1921-ci ildə (28.IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A.Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə, zənginlərin tamaşagah ədəbiyyatımızdakı nüfuzlarının pərdəsi enib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa göstərəcək teatronun pərdəsi qalxıyor demək istiyoruz.
Əyn-Üsəra
Əyn-Üsəra ( ərəb. عين وسارة‎)‎ — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, nisbətən düz ərazidə, dəniz səviyyəsindən 683 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 101,239 nəfər idi.
Buşehr
Buşehr — İranın Buşehr ostanında yerləşən şəhər, Buşehr şəhristanının mərkəzi. Fars körfəzi sahilindəki şəhər, paytaxt Tehranın 1281 km. uzaqlıqındadır. İndiki vaxtda beynəlxalq böhrana səbəb olan Buşehr atom elektrik stansiyası bu şəhərin yaxınlığındadır. == Əhalisi == Buşehr əhalisinin əksəriyyəti farslaşmış lurlar, qara dərililər, ərəblər, qaşqaylardan ibarətdir ki, buşehr dialektində danışırlar. Bununla belə az da olsa hələ də bu şəhərdə lurca, ərəbcə və qaşqayca danışanlar var. == İqtisadiyyat == İranın ən əhəmiyyətli ixracat limanı olan Buşehrdə mədənçilik, konserv və balıq məhsulları sənayesi, — bütün İranda olduğu kimi-kilimcilik və enerji əhəmiyyətli sənaye qollarıdır. Şəhər İranın ən əhəmiyyətli balıqçılıq mərkəzidir. Şəhərdə İran Dəniz Qüvvələrinin əhəmiyyətli təsisləri də mövcuddur. == Nəqliyyat == Şəhərdə əhəmiyyətli olan limanın xaricində, beynəlxalq bir hava limanı mövcuddur.
Fusuma
Fusuma (yap. 襖) — hər iki tərəfdən kağız yapışdırılmış taxta çərçivədən ibarət siyirməli qapı, yapon otaqlarını, böyük vasitsuları hissələrə ayırmq üçün istifadə olunur. Kağız kifayət qədər nazikdir və işığı keçirir, adətən onun üzərinə rəsm çəkilir. Fusumanın ölçüləri təxminən tataminin ölçüləriylə eynidir. Fusuma yuxarıdan və aşağıdan taxta üzərində hərəkət edir. Yuxarı taxta kamoi, aşağı taxta isə sikii adlanır. Qədimdə bu taxtalara mum sürtürdülər, lakin müasir dövrdə sürtünməni asanlaşdırmaq üçün xüsusi vinil zolaqdan istifadə olunur. == Sözün etimologiyası == Versiyalardan birinə görə, bu söz ilk dəfə imperatorun əsas iqamətgahının yataq otağını — fusuma dokoronu (yap. 衾所?) bildirmək üçün istifadə olunmuşdur və yataq otağı sözünə sinonim olaraq istifadə olunmuşdur. Fusuma sözünün hərfi mənası uzanmaq üçün otaq mənasını verir.
Buşehr AES
Buşehr atom elektrik stansiyası, İranın Buşehr şəhərinin cənub-şərqinin 17 kilometrlığında (11 mil) Heleyle və Bəndərqah balıqçılıq kəndləri arasında Fars körfəzi boyunca yerləşir. Zavod üç tektonik plitələr qovşağında yerləşir.İranda və eyni zamanda Yaxın Şərqdə ilk Atom Elektrik Stansiyası olan Buşehrin inşaasına 1975-ci ildə Almaniyanın Siemens kompaniyasının Kraftwerk Union AG filialı tərəfindən başlayıb. Lakin 1979-cu ildə İranda İslam İnqilabı, daha sonra isə İraqla silahlı münaqişənin baş verməsi nəticəsində tikinti dayandırılır və müqavilə pozulur. 1995-cı ilin yanvarın 8-də Buşir AES-nin birinci enerji blokunun tikintisinin başa çatdırılması barədə Rusiya ilə müqavilə bağlanılır, 1998-ci ildə isə Atomstroyeksport dövlət şirkəti tərəfindən bütün obyektin tikintisinin açar təslimi barədə saziş imzalanır. == Sentyabr 2011 rəsmi açılış == Zavod 3 Sentyabr 2011 üzrə elektrik əlavə etməyi milli elektrik şəbəkəyə başlamış və rəsmi açılış 12 sentyabr keçirilmişdir. == Təhlükəsizlik == Rusiyanın dövlət nüvə enerji müəssisəsi ROSATOM illər uzunu təxirə salınan Buşir zavodununun tikintisini nəhayət bitirdikdən sonra iranlı işçilərə zavodu idarə etmək üçün təlimlər keçirlər. Onlar siniflərdə operator təlimləri keçirirlər. Bundan başqa onların bütün halları əhatə edən simulyatorları var. Bu simulyatorlar qərb standartlarına uyğun gəlir. Pilotların təlim keçdikləri aviasiya simulyatorları kimi, nüvə enerji operatorları da problemlər və gözlənilməz fövqəladə hallar zamanı gerçək həyatda təlafat və fəlakətə səbəb ola biləcək səhvlər etməmək üçün təlimlər keçirlər.
Buşehr ostanı
Buşehr (fars. استان بوشهر‎ – Ostane Buşehr) — İranın cənubunda ostan. Mərkəzi Buşehr şəhəridir. Ostanın ərazisi 23.191 km² -dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 886.267 nəfər əhali yaşayır.
Buşehr şəhristanı
Buşehr şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Buşehr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhristanın əhalisi 216087 nəfər və 53173 ailədən ibarət idi.
Dalbergia funera
Dalbergia funera (lat. Dalbergia funera) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Nadya Ruşeva
Nadejda (Nadya) Nikolayevna Ruşeva (31 yanvar 1952, Ulan Bator - 6 mart 1969, Moskva) Sovet qrafika rəssamı. == Bioqrafiya == Nadejda Ruşeva Ulan Batorda Sovet rəssamı Nikolay Konstantinoviç Ruşevin ailəsində anadan olub (1918-1975). Anası Natalya Doydalovna Azikmaa-Ruşeva (1926-2015) ilk Tuva balerinası idi. 1952-ci ilin yayında ailə Moskvaya köçdü. Nadya beş yaşında rəsm çəkməyə başladı və heç kim ona necə rəsm çəkməyi və məktəbdən əvvəl oxumaq və yazmağı öyrətmədi. Yeddi yaşında birinci sinif şagirdi olmaqla, hər gün dərsdən sonra yarım saat mütəmadi olaraq rəsm çəkməyə başladı. Sonra bir axşam atası bu sevimli nağılı ucadan oxuduğu zaman o, Puşkinin "Çar Saltan nağılı" üçün 36 şəkil çəkdi. == Ölümü == 6 mart 1969-cu ildə xəstəxanada beyin damarının anadangəlmə anevrizması və beyində qanaxma səbəbiylə həyatının 18-ci ilində vəfat etdi. == Sərgilər == 1964-cü ilin may ayında Gənclər jurnalı (Nadya beşinci sinifdə oxuyurdu) tərəfindən ilk rəsm sərgisi təşkil edildi. Elə həmin il bu sərgidən sonra, cizgilərinin ilk nəşrləri jurnalın 6 nömrəsində cəmi 12 yaşında ikən ortaya çıxdı.
Achillea fusca
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Avena fusca
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Baccharis fusca
Baccharis fusca (lat. Baccharis fusca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bidens fusca
Acmella oleracea (lat. Acmella oleracea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Anacyclus pyrethraria (L.) Spreng. Bidens fervida Lam. Bidens fixa Hook.f. Bidens fusca Lam. Bidens oleracea (L.) Cav. ex Steud. Cotula pyrethraria L. Pyrethrum spilanthus Medik. Spilanthes acmella var.
Horkelia fusca
Horkelia fusca (lat. Horkelia fusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin horkelia cinsinə aid bitki növü.
Malacoptila fusca
Malacoptila fusca (lat. Malacoptila fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin malacoptila cinsinə aid heyvan növü.
Malus fusca
Boz alma (lat. Malus fusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Masiela Lusha
Masiela Luşa (ing. Masiela Lusha; 23 oktyabr 1985, Tirana, Albaniya — ABŞ aktrisası, yazıçı və filantrop.
Melanitta fusca
Adi qılquyruq (lat. Melanitta fusca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qılquyruq cinsinə aid heyvan növü. == Təsviri == İri dəniz ördəyidir.Erkəklərdə bədəninin ümumi rəngi qaradır, gözünün üstündə və qanadın üzərində ağ ləkə vardır. Dişilərinin rəngi tünd qəhvəyidir. == Yayılması == Skandinaviyadan (Norveç və İsveç) Finlandiyaya və Estoniyaya qədər, eləcə də qərbi Sibirdən Yenisey çayına qədər yuvalayır. Qərbi Avropanın sahil zonalarında qışlayır, əsasən Baltik dənizdə. Azərbaycanda nadir qeydə alınan qışlayan və köçəri növdür. Ədəbiyyat məlumatlarına əsasən Abşeron sahillərində, adalarda, Qızılağac körfəzində və Ağgöl ərazisində müşahidə olunmuşdur. == Yaşayış yeri və həyat tərzi == Sahilə yaxın dəniz sularında, sirin sulu göllər və çaylarda yuvalayır. Yuvasına sahilə yaxın torpağın üzərində, ot və kolların arasında qurur.
Spilanthes fusca
Acmella oleracea (lat. Acmella oleracea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Anacyclus pyrethraria (L.) Spreng. Bidens fervida Lam. Bidens fixa Hook.f. Bidens fusca Lam. Bidens oleracea (L.) Cav. ex Steud. Cotula pyrethraria L. Pyrethrum spilanthus Medik. Spilanthes acmella var.
Mir Faseh qəbiristanlığı
Mir Faseh qəbiristanlığı — Şuşanın Cıdır düzündə yerləşən müsəlman qəbirstanlığı. == Tarixi == Şuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mirfəsehin kiçik, lakin çox mötəbər qəbiristanlığı var idi. Qəbirstanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır. Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün yaxınlığında, lap uçurumda dəfn edilib. Nəvvab "Təzkirə" adlı əsərlərindən biri də bu hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın qardaşı oğlu Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçdi. Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək, Xan, onu oğlu ilə birlikdə edam etməyi əmr etdi. Onlar Vaqifin göstərişi ilə çoxlu adamların atıldığı Xəznə qayasına "Adam atılan" ("intihar qayası" deməkdir) gətirildi. Onun hüzurunda qayadan ilk atılan oğlunun olacağını bilən Vaqif ağlayıb müqavimət göstərməyə başlayır.
Mir Fəseh Bağırov
Mir Fəseh Bağırov — Qarabağın tarixiylə bağlı bir çox araşdırmaların müəllifi, XX əsrin 70-ci illərdə Şuşada məşhur Su qalereyasını inşa etdirən şəxs, Şuşa şəhərinin görkəmli şəxsiyyətlərindən biri. == Həyatı == Qarabağda, Şuşada doğulub, böyümüş Mir Fəseh tanınmış Bağırovlar soyundandır. Bu soy kökcə Ağamirovlara, musəvi seyidlərinə bağlıdır. O, ulu babası Mir Fəseh ağa Mir Səbur ağa oğlunun adını daşıyırdı.1907-ci ildə Şuşa şəhərində dünyaya gəlmiş Mir Fəseh Mir Fəttah ağa oğlu Bağırovun oğludur. Ailədə Mir Fəsi kimi tanınırdı. == Təhsili == Mir Fəseh Bağırov Şuşada orta məktəbi bitirdikdən sonra Bakıdakı Coğrafiya texnikumuna daxil olmuşdu. Daha sonra təhsilini Leninqrad (indiki Sankt Peterburq) İnşaat İnstitutunda davam etdirmişdi. II Dünya müharibəsində iştirak etmiş Mir Fəseh Bağırov döyüş yolunu Berlində sonlandırmışdı. Müharibədən sonra 3 il Avstriya və Çexoslovakiyada məsul vəzifələrdə çalışmışdı. == Fəaliyyəti == Mir Faseh təhsilini tamamlayıb Azərbaycana dönəndən sonra Qarabağın yeraltı su ehtiyatlarının öyrənilməsi kimi vacib, dövlət əhəmiyyətli işi yüksək professionallıqla yerinə yetirmək bacarığına malik mütəxəssis və alim olduğu üçün Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəhbərliyi onu 1952-ci Hidrogeologiya Ekspedisiyasının rəisi vəzifəsinə təyin etdi, 1953-cü ildə isə ona Şuşaya su çəkmək kimi daha məsul iş tapşırıldı.
Panthera pardus fusca
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Setaria pallide-fusca
Setaria pumila (lat. Setaria pumila) — qırtıckimilər fəsiləsinin setaria cinsinə aid biki növü. == Sinonim == Chaetochloa glauca var. purpurea Farw. Chaetochloa lutescens var. longispica Honda Oplismenus helvolus (L.f.) P.Beauv. Panicum flavescens Moench [Illegitimate] Panicum glaucum var. elongatum Pers. Panicum glaucum var. flavescens Elliott Panicum glaucum var.
Jozef Fuşe
Jozef Fuşe — (fr. Joseph Fouché) Nantlı Fuşe, Otranto Hersoqu, Qraf Fuşe kimi bilinən fransız siyasətçisi 1759-cu il mayın 21-də Nant yaxınlığındakı Le Pellerində anadan olmuş və 26 dekabr 1820-ci ildə Triestdə vəfat etmişdir. O, xüsusilə Fransa Burjua İnqilabı dönəmində, 1793-cü ildə baş vermiş Lyon üsyanını qəddarlıqla yatırtmasıyla tanınır. Bu üsyanı yatırması onun Direktoriya, Konsulluq və İmperiya dövrlərində Polis Naziri kimi fəaliyyət göstərməsinə səbəb olmuşdur. == Həyatı == === Gənclik illəri (1759 - 1792) === O, ticarət donanması kapitanı olan və Santa-Dominqoda və Marie-Adelaide Croizetdə qaradərili kölələrin işlədiyi plantasiyaları olan Jozef Fuşenin oğludur. Atası 1771-ci il martın 10-da inək sağımından qayıdarkən vəfat etmişdir. Jozef Fuşe öz karyerasını atası kimi qurmaq istəsə də, sağlamlığında problemlər olmasına görə bu arzusunu həyata keçirə bilmir. Nant Oratoriyasının seminariyasına qəbul olur. 1782-ci ildə professor olan Fuşe, 1788-ci ildən etibarən Niort, Saumur, Vendome, Juilly and Arras oratoriyalarında dərs keçməyə başlayır. Arrasda olarkən Rosati Akademiyasında, ədəbiyyat cəmiyyətində və para-mason lojasında Robespyer ilə görüşür.